• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Biz zəfər qazandıq!" müsabiqə-sərgisi yekunlaşıb

“Biz zəfər qazandıq!" respublika onlayn rəsm müsabiqə-sərgisinə yekun vurulub.

 

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilib.

 

3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqəyə 1127 rəsm işi daxil olub. Təqdim olunan işlərdən ibarət virtual sərgi təşkil edilib və kütləvi informasiya vasitələrində yayımlanır.

 

Qaliblər Təhsil Nazirliyinin diplom və fəxri fərmanları, həmçinin hədiyyələrlə təltif ediləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn keçirilən rəsm müsabiqə-sərgisinin məqsədi gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, torpaqlarımızın işğaldan azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması olub. Həmçinin, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, istedadlı uşaq və gənclərin aşkar edilməsi də məqsədlər sırasındadır.

 


 


3 il əvvəl