• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Karyera və iş yarmarkası” keçirilib

Mayın 4-də “Karyera və iş yarmarkası” keçirilib. Tədbir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Gabala Hospitality Group”un birgə əməkdaşlığı çərçivəsində baş tutub.   Bildirilib ki, tədbirin məqsədi işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı, turizm müəssisələrinə gənc və peşə təhsilli peşəkarları tanıtmaq və potensial işçiləri tapmalarına dəstək göstərmək, həmçinin gənclərə iş əldə etmək imkanı yaratmaqdır.   Mövcud karantin qaydalarına uyğun olaraq keçirilən “Karyera və iş yarmarkası”na rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox işsiz və işaxtaran vətəndaş qatılıb, 132 nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halı qəbul edilib. Digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilib, həmçinin karyera hədəflərini təyin etməyə köməklik göstərilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri tərəfindən işsiz və işaxtaran şəxslərə peşə bacarıqları, əmək vərdişləri və seçimlərinə uyğun boş iş yerlərinə müvafiq göndərişlər təqdim edilib.

Yaponiyada təqaüdlü təhsil

Yaponiyanın Azərbaycandakı səfirliyi 2021-2022-ci tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbuluna start verib.   Təqaüd proqramı üç istiqamət üzrə təklif olunur və ali təhsilin müxtəlif təhsil səviyyələrini əhatə edir.   Təqaüd proqramına müraciət üçün son tarix 31 may 2021-ci il nəzərdə tutulub.   Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında

Mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub.   Tədbirdə 49 ölkədən olan 71 əcnəbi tələbə, ali təhsil müəssisələrinin nümayəndələri və Təhsil Nazirliyinin əməkdaşları iştirak edib. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Azərbaycan ordusunun əzmi və qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirilib, eləcə də digər zəruri məqamlarla tanışlıq təşkil edilib.   Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.

Müəllimlərin yerdəyişməsinə başlanılır

Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start veriləcək. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.   Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.   Qeyd edək ki, müsabiqə zamanı "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları"nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

“Bir Könüllü” "Avro-2020 Könüllü Kuboku”nun qalibi olub

Mayın 3-də Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları arasında "Avro-2020 Könüllü Kuboku”nun final oyunu keçirilib. AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan final oyununda “Bir Könüllü” təşkilatı ilə ”Turizm Könüllüləri” təşkilatı qarşılaşıb. “Bir Könüllü” təşkilatı 1-0 hesabı ilə qalib gələrək, "Avro-2020 Könüllü Kuboku”nun qalibi olub.   Turnirdə ümumilikdə müxtəlif ​qurumların 16 könüllü təşkilatı mübarizə aparıb.   Mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, “Avro-2020 Bakı”nın səfiri Vəli Qasımov və “Avro 2020” Bakı Könüllülər proqramının səfiri Taleh Yüzbəyov iştirak edib.   Qeyd edək ki, turnirin tərəfdaşları Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.

Təhsil naziri Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Mayın 3-də təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kandis MakDeyqan ilə görüşüb.   Görüş zamanı Təhsil Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Direktor müavinlərinin işə qəbulunun II mərhələsi baş tutub

Mayın 2-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə test imtahanları keçirilib. İki seansdan ibarət olan mərhələdə 155 namizəd 90 dəqiqə ərzində təhsil, peşə və əmək qanunvericiliyi, həmçinin idarəetmə və məntiq üzrə 60 sualı cavablandırıblar. Namizədlər imtahan sonunda test nəticələri ilə tanış olmaq imkanı da əldə ediblər.   Nəticələrin cari həftənin sonunadək elan edilməsi nəzərdə tutulur. Nəticələr həm müraciətçilərin şəxsi kabinetlərində yer alacaq, həm də SMS bildiriş vasitəsilə qeydiyyat nömrələrinə göndəriləcək.     Qeyd edək ki, II mərhələyə qatılan iştirakçılardan 76 nəfəri kişi, 79 nəfəri qadın olub.

VI Respublika fənn müsabiqələrinin ilk mərhələsinin nəticələri açıqlanıb

Ümumtəhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.   Riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə  keçirilən bilik yarışının ilkin mərhələsində 22531 şagird iştirak edib.    Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə iştirakçıların 20 faizi növbəti final mərhələsində iştirak hüququ əldə ediblər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.    Rayon ( şəhər) mərhələsinin nəticələri ilə olimpiada.edu.az saytından tanış ola bilərsiniz.   Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanına sahib olacaqlar.

12 məktəbimiz Beynəlxalq “eTwinning məktəbi” mükafatına layiq görülüb

“eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkədə təhsil sahəsində müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması hazırda prioritet istiqamətlərdən biridir. Bu sahədə son illər ərzində görülən işlər barədə məlumat verən nazir müavini “eTwinning Plus” layihəsinin xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, layihə çərçivəsində azərbaycanlı müəllim və şagirdlər Avropadan olan iştirakçılar ilə təcrübə və fikir mübadiləsi aparmaq, ortaq dərslər keçmək, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək imkanı əldə edirlər. Həmçinin, layihə iştirakçıları XXI əsr bacarıqlarının artırılması istiqamətində davamlı olaraq keçirilən beynəlxalq səviyyəli təlim, vebinar və müsabiqələrdə iştirak edirlər.   Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “eTwinning” layihəsinin Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan 2013-cü ildə bu layihəyə qoşulub. Layihənin uğurlu nəticələrini qeyd edən idarə rəisi əlavə edib ki, layihə üzrə Azərbaycandan indiyədək 2748 müəllimin iştirakı ilə 3160 təhsil layihəsi həyata keçirilib, Azərbaycan 2018-2019-cu tədris ilində, həmçinin cari tədris ilində “eTwinning məktəbi” mükafatı almış məktəblərin sayına görə 41 ölkə arasında 5-ci yer tutub, 2020-ci ildə ölkə üzrə 161 layihə Avropa keyfiyyət nişanına layiq görülüb.   Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva ölkə üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədrisdə müasir yanaşmaların tətbiqi və fənlərin inteqrativ tədrisi baxımından layihənin əhəmiyyətini vurğulayıb.   Daha sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova layihə çərçivəsində keçirilən “eTwinning Məktəbi” müsabiqəsi barədə məlumat verib. Qeyd olunub ki, hər il “eTwinning Plus” layihəsinin Avropa mərkəzi tərəfindən layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında “eTwinning Məktəbi” müsabiqəsi keçirilir. Cari tədris ilində müsabiqəyə 41 ölkədən 188 280 məktəb qoşulub. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib.   Bildirilib ki, qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 2 935 məktəb “eTwinning school” adına layiq görülüb və bunlardan 12-i Azərbaycan məktəbidir. Beynəlxalq mükafata layiq görülən məktəblər Bakı, Sumqayıt, Gəncə şəhərləri və İsmayıllı rayonunda yerləşir.   Sonda müsabiqədə qalib olmuş məktəb direktorlarına və müəllim heyətinə sertifikatlar təqdim olunub. Eyni zamanda, müsabiqə qaliblərinə cari ildə onlayn peşəkar inkişaf proqramlarında və təlimlərdə ödənişsiz iştirak hüququ verilib.

İntellektual yarışın qalibləri müəyyən olunub

Mayın 2-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş intellektual yarış keçirilib. Yarış Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə baş tutub.   IX-XI siniflər arasında keçirilən yarışda respublika üzrə 292 komanda iştirak edib. İştirakçılar Nizami Gəncəvinin həyat və yaradıcılığını əhatə edən 24 sualı cavablandırıblar.   Nəticələrə əsasən, I yerə Şirvan şəhər 1 nömrəli məktəbin “Moonlight” komandası, II yerə  Bakı şəhər “Zəkalar” liseyinin eyniadlı komandası, III yerə isə  Bakı Avropa liseyinin  “Avropa” komandası layiq görülüb. Qalib sırasında ilk onluqda Şəki, Gəncə və Sumqayıt komandaları da yer alır.   Qaliblər diplom, medal və hədiyyələrlə təltif ediləcəklər.   Qeyd edək ki, Təhsil Nazirliyi və “Ağıllı şəhər-Bakı” layihəsi arasında bir ildən çoxdur davam edən əməkdaşlıq çərçivəsində məktəblilər üçün Azərbaycan və rus dillərində həftəlik oyunlar təşkil edilir. Bu müddət ərzində VI-IX siniflər arasında respublika çempionatı və respublika kuboku da keçirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı