SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 14-də Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində nümunəvi çıxışlardan ibarət qala-konsert keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının birgə təşkil etdiyi tədbirdə məktəbin yetirmələri idman, həmçinin akrobatika gimnastikası üzrə müxtəlif nümunəvi nömrələrlə bacarıqlarını göstəriblər.
Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və idman ictimaiyyətinin nümayəndələri gənc gimnastların çıxışlarını izləyiblər.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə müasir idman infrastrukturunun yaradılmasında dövlət başçısı İlham Əliyevin böyük qayğısını qeyd edib. Son illər Azərbaycanda gimnastika idman növünün sürətlə inkişaf etdiyini və idmançılarımızın müxtəlif mötəbər yarışlarda qələbələr qazandığını xatırladan təhsil naziri bu uğurların əldə olunmasında Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Bakıda keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın uğurlu çıxışı haqda danışıb. “Bakı-2015” birinci Avropa Oyunlarında da idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə ümidvar olduğunu söyləyən Altay Həsənov paytaxtla yanaşı, bölgələrimizdə də idman komplekslərinin yaradıldığını xatırladıb.
1966-cı ildən fəaliyyət göstərən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində hazırda 5-16 yaşında 700-yə yaxın şagird məşq edir. Xüsusi olaraq gimnastika təlimləri üçün qurulan məktəb Azərbaycanda bu formatda olan yeganə təhsil müəssisəsidir. Məktəbin yetirmələri arasında dünya və olimpiya çempionları var.
Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışları da keçiriləcək. Hazırda Azərbaycan yığma komandası yeni istifadəyə verilmiş Milli Gimnastika Arenasında məşqlərini davam etdirir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl