SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq yarışlarına start verilib.
“Baku Crystal Hall”da keçirilən intellektual oyunlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda mübarizə aparır. İlk oyunda təhsil naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər iştirak edib. Oyunların aparıcısı və baş hakimi DJ Fateh ölkədə geniş populyarlıq qazanmış bu yarışma və onun keçirilmə qaydaları haqqında məlumat verib. Breyn-rinqin 4-cü mövsümünün başlandığını bildirən baş hakim dəstəyə görə Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkür edib. Oyunlar 4 ay ərzində keçiriləcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. “Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər. İlk seçim görüşündə “Bilik kuboku”nun son sahibi “Norm sement” komandası ilə “Fortuna” komandası qarşılaşıb. “Norm sement” rəqiblərinə 5-1 hesabı ilə qalib gəlib. İkinci seçim görüşü “BDU” ilə “Aviasiya Akademiyası” komandaları arasında olub. Gərgin keçən mübarizə “BDU”nun üstünlüyü ilə başa çatıb. Birinci final qarşılaşmasında “Norm sement” “BDU” komandasını üstələyərək qalib gəlib. Növbəti final görüşü də bu iki komanda arasında baş tutub və birincinin qələbəsi ilə başa çatıb. Beləliklə, “Norm sement” sentyabr ayının finalında oynamaq hüququ qazanıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin 18 nömrəli Bakı Peşə Liseyində “Müasir Azərbaycan Peşəkarları Layihəsi” çərçivəsində “Bərbər” ixtisası üzrə kadrların hazırlanması məqsədilə müəllim və ustalara qısamüddətli təlimlər keçirilir.
“Eldar Studio” tərəfindən keçirilən təlimlərin əsas məqsədi 2014-2015-ci tədris ilində “Eldar Studio” ilə birlikdə daha 2 ilk peşə-ixtisas təhsili müəssisəsində müasir tipli tədris emalatxanalarının yaradılması və “Bərbər” ixtisası üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi, mühəndis-pedaqoji heyətin bilik və peşəkarlıq səviyyəsinin artırılmasıdır. Təlimlər 2 mərhələ olmaqla 20 gün davam edəcək.
08/07/2015 16:52
Sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Bu tədris ilində Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedir. Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək. Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb. Yeni tədris ilindən etibarən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində pilot olaraq ölkəmizin 6 ümumi təhsil məktəbinin 15 sinfində “Sağlam təhsil sinfi” fəaliyyət göstərəcək. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən 1692 müəllim işə qəbul olunub. Onlardan 1405 gənc “müəllim andı” içdikdən sonra ilk dəfə sinfə daxil olacaq. Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq. Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub. Yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini, müəllim və şagirdləri, tələbələri təbrik edirik. Təhsilverənlərə və təhsilalanlara, ümumilikdə ölkənin bütün pedaqoji ictimaiyyətinə yeni – 2014-2015-ci dərs ilində uğurlar arzulayırıq.
08/07/2015 16:52
Prezident İlham Əliyev Bakı Fransız Liseyinin açılışında iştirak edib.
Bakı Fransız Liseyinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin prinsiplərinin əsasını təşkil edir. Son illərdə ölkəmizdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqramın reallaşmasına güclü dəstək verib. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində ölkəmizdə yaşayan milli azlıqların təhsilinə xüsusi diqqət göstərilib. Bundan əlavə, Bakıda yaşayan əcnəbilərin övladlarının təhsili ilə bağlı problemlərin aradan qaldırılması da diqqətdən kənarda qalmayıb. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr öz bəhrəsini verib. Bakı Fransız Liseyinin yaradılması ilə bağlı həyata keçirilən layihə də bu sırada mühüm yer tutub. Qeyd edək ki, paytaxtın “Ağ şəhər” adlanan ərazisində inşa olunan bu təhsil ocağı 320 şagird yerlikdir. Müasir memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək səviyyədə inşa olunub. Sahəsi 14 min kvadratmetr olan liseydə təlim-tədris üçün bütün şərait yaradılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva liseyin rəmzi açılışını bildirən lenti kəsdilər. Yüksək standartların tətbiq olunduğu bu tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai təhsil və kollec-lisey qrupları fəaliyyət göstərəcək. Cari tədris ilində 100 şagird liseydə təhsil almağa başlayacaq. Qeyd edək ki, liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” Sazişə əsasən qoyulub. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq. Fransız Liseyində tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar. Xatırladaq ki, bu ilin mayında Fransa Prezidenti Fransua Olland da Azərbaycana rəsmi səfəri çərçivəsində Fransız Liseyinə gəlmiş və burada tikinti işlərinin gedişi ilə tanış olmuşdu. www.president.az
08/07/2015 16:52
Prezident İlham Əliyev Bakının Əmircan qəsəbəsindəki 84 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün layihələr uğurla icra olunur. Tədbirlər planına əsasən hər il olduğu kimi, bu il də məktəblərin təmiri və yenidən qurulması davam etdirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxt Bakıda da orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və lazımi avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə qayğısını nümayiş etdirir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1920-ci ildə inşa olunan məktəbin binasından ilk vaxtlar hospital kimi istifadə olunub. Yararsız vəziyyətdə olan bina 2012-ci ildə sökülüb və yerində ən müasir standartlara cavab verən üçmərtəbəli bina tikilib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, hazırda 48 sinif otağı olan məktəb 1224 şagird yerlikdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi qayğını və Prezident İlham Əliyevin Suraxanı rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu. Burada bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb. Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Məktəbin akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da var. www.president.az
08/07/2015 16:52
Prezident İlham Əliyev Bakının Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseydə və 80 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı əvvəlcə 72 nömrəli məktəb-liseydə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, məktəb-liseyin binası 1930-cu ildə inşa olunub. İkimərtəbəli təhsil ocağı ilk illər Qızlar Gimnaziyası kimi fəaliyyətə başlayıb. 1989-cu ildə məktəb üçün ikinci korpus tikilib. Təhsil ocağının 3-cü əlavə korpusu isə 2007-ci ildə inşa olunub. Bu il məktəb-liseydə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 45 sinif otağı olan məktəbdə 1235 şagird təhsil alır. Burada bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, zəruri dərs ləvazimatları və avadanlığı ilə təchiz olunub, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin idman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bir sözlə, məktəb-liseydə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün mükəmməl infrastruktur yaradılıb. X X X Sonra Prezident İlham Əliyev Sabunçu rayonundakı 80 nömrəli orta məktəbin əlavə korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısına məktəbdə görülən işlərlə bağlı məlumat verildi. Məktəbin 3 mərtəbədən, 23 sinif otağından ibarət 480 şagird yerlik əlavə korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən qurulub. Bu korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb. Qeyd edildi ki, buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb. Məktəblərin yeni binasının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi, bu il də davam etdirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. www.president.az
08/07/2015 16:52
Prezident İlham Əliyev Bakının Binəqədi rayonunda 182 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev sentyabrın 13-də Bakının Binəqədi rayonunda 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, məktəbin əvvəlki binası 1962-ci ildə inşa edilmişdi. 31 sinif otağından ibarət məktəb 800 yerlik olub. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək 3 mərtəbədən, 65 sinif otağından ibarət müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. 1300 şagird yerlik yeni binada 10 fənn kabineti yaradılıb. Bütün sinif otaqları ən müasir standartlar səviyyəsində olan məktəb zəruri avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Təhsil müəssisəsində yeni istilik və işıqlandırma sistemləri quraşdırılıb. Bu məktəbdə də idmanın müxtəlif növlərinin öyrədilməsi üçün müasir zal və meydançalar var. Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxdı, yaradılan şəraitlə yaxından tanış oldu. www.president.az
08/07/2015 16:52
Sentyabrın 15-də Bakı şəhərindəki 287 saylı “Zəkalar” liseyində yeni tədris ilinin başlanmasına həsr olunan tədbir keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Aygün Əhmədli rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. 1992-ci ildə yaradılan lisey Azərbaycan təhsilində yeni ənənələrin təşəbbüskarı kimi tanınıb. Hər il yüksək göstəriciləri ilə ictimaiyyətin diqqətini cəlb edən “Zəkalar”ın adı son 10 ildə ölkəmizin 15 ən yaxşı məktəbinin sırasındadır. Ötən tədris ilində liseyin ali məktəblərə qəbul imtahanlarında iştirak edən məzunlarından iki nəfəri 700, 20 nəfəri 600-dən yuxarı bal toplayıb. Onlardan 3-ü medalçıdır. Ötən tədris ili ərzində “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsındə keçirilən Respublika olimpiadasının final turunda Bakı şəhəri üzrə iştirak edən 30 şagirddən 10 nəfəri “Zəkalar” liseyinin yetirməsi olub. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarına təhsil naziri Mikayıl Cabbarovun salamlarını və təbrikini çatdıraraq qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün də uğurla davam etdirilir. Yeni tədris ili münasibətilə pedaqoji kollektivi və şagirdləri təbrik edən nazir müavini liseyin digər məktəblər üçün örnək olduğunu vurğulayıb. Firudin Qurbanov çıxışında liseyin şagird, müəllim və valideynlərini “Bilik günü” münasibətilə bir daha təbrik edərək, bu məktəbin əsasını qoyan və pedaqoji fəaliyyətini ömrünün sonunadək təhsil ocağında davam etdirən Rafil İmanovun xatirəsini ehtiramla yad edib. Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev son illər sürətlənən məktəb tikintisi, təmir işləri barədə məlumat verərək rayonun bütün tədris ocaqlarında pedaqoji heyət və təhsilalanlar üçün nümunəvi şərait yaradılmasının vacib iş olduğunu bildirib. Daha sonra valideynlər adından çıxış edən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz müəllimləri və şagirdləri təbrik edib, yüksək keyfiyyətli təhsilin insanın həyatında oynadığı roldan danışıb. Tədbirdə Təhsil Nazirliyinin adından liseyin 6 nəfər Prezident təqaüdçüsünə hədiyyələr təqdim olunub. Rəsmi mərasimdən sonra məktəblilərin ifasında kiçik bədii hissə nümayiş olunub.
08/07/2015 16:52
Dekabrın 2-də Lənkəran şəhərinin “Sultan” sarayında Lənkəran Dövlət Humanitar Kollecinin 85 illiyinə həsr edilmiş “Təhsildə innovasiyalar” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.
Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyev Muzeyində, Dövlət Humanitar Kollecində və Humanitar təmayüllü 4 saylı məktəb-liseydə olublar. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri giriş sözü ilə açaraq kollecin 85 illik yubileyi münasibətilə təhsil ocağında çalışan bütün əməkdaşları təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan təhsilin inkişafına göstərdiyi xidmətlər və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından söz açıb. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Cahangir İbrahimov təhsil ocağının 85 ildə keçdiyi həyat yoluna nəzər salıb, pedaqoji kadr hazırlığı istiqamətində aparılan işlər barədə danışıb. C.İbrahimov qeyd edib ki, bu təhsil müəssisəsi ölkəmizin cənub bölgəsində yaradılan ilk orta ixtisas məktəbidir və ötən 85 il ərzində kollecin 52 min məzunu olub. Təhsil naziri Misir Mərdanov Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar təhsil işçilərinin iştirak etdiyi konfransda “Regionlarda təhsilin inkişaf perspektivləri” mövzusunda çıxış edib. Cənub bölgəsində fəaliyyət göstərən təhsil müəssisələri barədə ətraflı danışan Misir Mərdanov regionda ümumi orta təhsildə, ali və orta ixtisas məktəblərində qazanılmış uğurlardan, mövcud problemlərdən bəhs edib, məktəbəqədər təhsil müəssisələrinin və peşə təhsilinin inkişafı, eləcə də digər məsələlərlə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Nazir bildirib ki, qocaman təhsil ocağı olan Lənkəran Dövlət Humanitar Kollecinin ölkəmiz üçün müəllim kadrlarının hazırlanmasında xidmətləri böyükdür və bu kollec respublikanın digər təhsil ocaqları sırasında özünəməxsus layiqli yer tuta bilib. Misir Mərdanov çıxışının sonunda 85 illik yubiley münasibətilə kollecin müəllim-tələbə kollektivini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Konfransda Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov, Milli Məclisin deputatları S.Novruzov, H.Rəcəbli, N.Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Y.Məmmədov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru A.Zamanov və başqaları çıxış ediblər. Konfransın rəsmi hissəsindən sonra N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında mükafatların təqdim olunma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kollecin direktoru C.İbrahimovun “Əməkdar müəllim” fəxri adına, dil-ədəbiyyat müəllimi E.İsmayılovanın “Tərəqqi” medalına layiq görüldüyünü bildirən təhsil naziri Misir Mərdanov mükafatları onlara təqdim edib. Mərasimdə eyni zamanda kollecdə çalışan qabaqcıl müəllimlərdən bir qrupuna Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri fərmanı və hədiyyələr verilib. Sonda tədbir iştirakçılarına Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı