• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Prezident İlham Əliyev Bakının Əmircan qəsəbəsindəki 84 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.

Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün layihələr uğurla icra olunur. Tədbirlər planına əsasən hər il olduğu kimi, bu il də məktəblərin təmiri və yenidən qurulması davam etdirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir. 
Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxt Bakıda da orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və lazımi avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə qayğısını nümayiş etdirir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1920-ci ildə inşa olunan məktəbin binasından ilk vaxtlar hospital kimi istifadə olunub. Yararsız vəziyyətdə olan bina 2012-ci ildə sökülüb və yerində ən müasir standartlara cavab verən üçmərtəbəli bina tikilib. 
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. 
Məlumat verildi ki, hazırda 48 sinif otağı olan məktəb 1224 şagird yerlikdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi qayğını və Prezident İlham Əliyevin Suraxanı rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. 
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu. Burada bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb. Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Məktəbin akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da var.

www.president.az


10 il əvvəl