SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqə başa çatıb.
“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb. Müəlimlərin iş yerinin dəyişdirilməsi üzrə mərkəzləşdirilmiş müsabiqənin təşkili bu prosesin şəffaf və obyektiv həyata keçirilməsinə, məktəblərdə müəllim heyətinin optimallaşdırılmasına və tədris ili ərzində yerdəyişmələrlə bağlı müraciətlərin vahid yanaşma əsasında tənzimlənməsinə müsbət təsir göstərib. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə artıq başa çatıb. Müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 17962 nəfər ərizə verib. İlk dəfə olaraq müsahibə mərhələsində müəllimlərin kommunikativ qabiliyyətləri də qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1304 nəfər işə qəbul olunub. Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib. Əvvəlki illərdə bu proses bir aydan çox vaxt aparırdı. Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan və yeni yaranmış vakant yerlərin təhlili aparılıb, 25-29 avqust 2014-cü il tarixlərində müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 2894 nəfər elektron müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 388 nəfər işə qəbul edilib. Beləliklə, müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Təhlil göstərir ki, ötən illə müqayisədə vakant yerlərin tutulmasında əhəmiyyətli irəliləyiş olub. Belə ki, ötən dərs ilində müsabiqə nəticəsində işə qəbul olunanların sayı 1281 nəfər olmuşdusa, cari ildə həmin göstərici 411 nəfər artaraq 1692 olub. Onu da qeyd etmək lazımdır ki, ötən illərlə müqayisədə cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub. Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 279 nömrəli qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklərin edilməsi də daha çox vakant yerin tutulmasına təsir edib. Müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ildə keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən, demək olar ki, olmayıb.
08/07/2015 16:52
Sentyabrın 4-də Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksində Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “Mədəd Azərbaycan” təşkilatı və Azərbaycan ABŞ Təhsilli Məzunlar Assosiasiyası tərəfindən təşkil olunmuş Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbinin açılış mərasimi keçirilib.
Sentyabrın 13-dək davam edəcək Yay Məktəbinin təşkilində əsas məqsəd təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir. Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və TEDx formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq. Müsabiqə yolu ilə seçilmiş Yay Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının və xarici ölkə universitetlərinin məzunları, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət qurmaq bacarıqlarına malik olan gənclərdən ibarətdir. Yay Məktəbində bir sıra universitet nümayəndələri, yerli və beynəlxalq təhsil ekspertləri, ölkənin ictimaiyyət xadimləri, biznes və media strukturlarının nümayəndələri və bir çox digər mütəxəssislər təlimçi və spiker qismində iştirak edir.
08/07/2015 16:52
Sentyabrın 5-də "Hyatt Regency" otelində “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” ictimai birliyinin (ASAİF) XII Forumu keçirilib.
Öncə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Daha sonra iştirakçılar ölkəmizin müstəqilliyi uğrunda həlak olanların uyuduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər. Dövlət Himninin səslənməsi ilə start verilən Forumun açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər. Forumda giriş sözü ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Ə.Həsənov çıxışında xaricdə təhsil alanların əlaqələndirilməsinin və şəbəkə şəklində fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Bu sahədə Rusiyada fəaliyyət göstərən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR-un fəaliyyətini nümunə kimi önə çəkən Əli Həsənov bildirib ki, gənclərimiz təhsil aldıqları ölkənin mədəni həyatına inteqrasiya etməli, vətənimizin mədəniyyət elçilərinə çevrilməlidirlər. Təhsilini yüksək səviyyədə davam etdirməklə bərabər xalqımızın tarixi mədəni dəyərlərini təblığ etmək, münaqişədənkənar Azərbaycan obrazını yaratmaq hər bir xaricdə təhsil alan gəncin ümdə vəzifələrindən biridir. Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, əsasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ölkəmizin inkişafının strateji milli siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan “Xaricdə təhsil üzrə Dövlət Proqramı” gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq bunun gənclərimizin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb. Gənclərimizin dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Nazir dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlərin bundan sonra daha da genişləndiriləcəyini diqqətə çatdırıb. Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin dünyada tanınmasında gənclərimizin böyük rol oynadığını bildirib. O qeyd edib ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. Dünya idman arenalarında bayrağımızı ucaldan hər bir gənc həm də ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verir. Sonra Forum iştirakçılarının sualları ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fuad Muradov iştirak ediblər. Aparılan müzakirələr zamanı bir fikir xüsusi vurğulanıb ki, xaricdə təhsil alan tələbələr və məzun olaraq çalışan vətəndaşlarımız yüksək səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqli təmsil etməli, milli mənafelərimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 6947 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 6667 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunmuşdur. 1243 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılmışdır. Vətəndaşların Qəbulu Mərkəzində 1303 sənədlər (926 ərizə, 259 məktub, 118 digər sənədlər) qəbul olunub və qeydiyyata alınmışdır. Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, təhsil sənədlərinin alınması, diplomların tanınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu, xaricdə təhsil üzrə dövlət proqramı və ali təhsil ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1738 zəng) və cümə (1539 zəng) günləri, əsasən, saat 09:30-dan 11:30-dək və 14:30-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1642 müraciət) və cümə (1538 müraciət) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
08/07/2015 16:52
Sentyabrın 8-də Təhsil Nazirliyinin təşkil etdiyi V “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb.
Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə təşkil edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən bu müsabiqənin rəsmi internet səhifəsi (www.musabiqe.edu.az) fəaliyyət göstərir. Müsabiqə 3 istiqamət olmaqla 7 nominasiya üzrə keçiriləcəkdir: “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə: - Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli; - “1 şagird : 1 kompyuter” modeli üzrə ən uğurlu dərs/tədris layihəsi; - Təhsil portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi; - Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi. “Təhsildə internet texnologiyaları” istiqaməti üzrə: - Təhsildə internet resursları; - Müəllim bloqları. “Milli elektron tədris resurslarının yaradılması” istiqaməti üzrə: - Milli elektron tədris resurslarının yaradılması. Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqə, “İntel” Korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Dr. Web” AZEDUNET, “Ultra”, “Mədəd Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir. Müsabiqədə qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq. Qeyd etmək lazımdır ki, müsabiqə artıq beşinci ildir keçirilir. 2010-2013-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 4000-dən artıq layihə təqdim edilib.
08/07/2015 16:52
Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün layihələr uğurla icra olunur. Tədbirlər planına əsasən hər il olduğu kimi, bu il də məktəb binalarının təmiri və yenidən qurulması davam etdirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq orta məktəblərin, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxt Bakıda da orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və zəruri avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə olan qayğısını nümayiş etdirir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məktəbdə görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, 153 nömrəli tam orta məktəbin binası 4 mərtəbə, 3 korpusdan ibarətdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Yasamal rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Məktəbdə yenidənqurma işlərinə ötən ilin oktyabrında başlanılıb və yüksək səviyyədə həyata keçirilib. 80 sinif otağı, o cümlədən 6 fənn kabinetindən ibarət məktəb 1500 şagird yerlikdir. Hazırda burada 1 növbədə, rus və azərbaycan dillərində 700 şagird təhsil alır. Məktəbdə 2 idman zalı, akt zalı, kitabxana, kompyuter, əmək təlimi və tibb otaqları da yaradılıb. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı pedaqoji kollektivlə xatirə şəkli çəkdirdi. www.president.az
08/07/2015 16:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, 2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. Həmin tələbələr aşağıdakılardır: Abbasova Ləman Ədalət qızı Abdullayev Kamran Elnur oğlu Adıgözəlov Toğrul Tərlan oğlu Ağabəyova Xanım Məmməd qızı Ağakişiyeva Zülfiyyə Elxan qızı Alıyev Emil Rizvan oğlu Allahverdiyev Surxay Əsədulla oğlu Alpaşayev Vüqar Kazım oğlu Aşirov Yusif Cümşüd oğlu Ayralov Zaur Arif oğlu Baxşəliyeva Aydan Novruz qızı Baxşılı Əmiraslan Baldadaş oğlu Cəfərli Sevinc Nazim qızı Cəfərova Aytac Nayib qızı Cəfərova Nigar Tələt qızı Dadaşzadə Xalıq Yusif oğlu Eminov Kənan Zabil oğlu Əbilov Elmir Adil oğlu Əkbərov İsmayıl İbrahim oğlu Ələkbərli Əli Azər oğlu Ələkbərova Fidan Etibar qızı Əlizadə Elnur Əfqan oğlu Əlizadə Fidan Rüfət qızı Əlizadə Zakir İlqar oğlu Əsgərbəyli Aygün Əliağa qızı Əsgərova Fatimə Vüqar qızı Əzizzadə Nazim Mirzə oğlu Hacılı Məmməd İsmayıl oğlu Hacıyev Mustafa Polad oğlu Heydərova Gülşən Heydər qızı Həmidli Fərid Kamil oğlu Həmzəyeva İnarə Əmir qızı Həsənov Həsən Ağabala oğlu Həsənova Fidan Zahir qızı Həsənova Gülüsüm Ələddin qızı Həsənzadə Rasim Rafael oğlu Həşimli Faiq Həşim oğlu Hüseynov Ağamirzə Qaçay oğlu Xəlilov Oruc Şəmsəddin oğlu Xurşudova Minayə İbrahim qızı İbrahimov Eltun Nazim oğlu İmaməliyev Elnur Müşfiq oğlu İsgəndərova İlahə Sahib qızı İsmayılova Səbinə Vüqar qızı Kərimli Qəzənfər Fikrət oğlu Qaffarlı Selcan Mənsur qızı Qarazadə Rəmziyyə Elnur qızı Qasımov Amil Mayis oğlu Qasımov Əli Müşviq oğlu Qasımov Nicat Nazim oğlu Qasımov Nizami Eldar oğlu Qasımova Lamiyə Elman qızı Qədimbəyli Qoşqar Azər oğlu Qəhrəmanova Aytac Möhsüm qızı Quliyev Elşən Nizami oğlu Quliyev Fuad Firudin oğlu Quluzadə Nurlan Fəzayıl oğlu Qurbanlı Könül Yusif qızı Qüdrətli Qəmər Əhməd qızı Mahmudov Şəmisdan Akim oğlu Mahmudzadə Zaur Əhliman oğlu Mehdiyeva Vəfa Elman qızı Mehrəlizadə Orxan Polad oğlu Məhərrəmov Taleh Qardaşxan oğlu Məmişov Şaiq Paşa oğlu Məmmədalıyev Teymur Yaqub oğlu Məmmədli Çingiz Emin oğlu Məmmədli Xalid Ramiz oğlu Məmmədli Səbinə Sahil qızı Məmmədov Namiq Natiq oğlu Məmmədova Günel Murad qızı Məmmədrzayeva Gülnar Ehtibar qızı Məmmədzadə İlkin Rəfael oğlu Məmmədzadə Kamil Bağman oğlu Mikayıllı Mikayıl Hikmət oğlu Mikayılov Fəhmin Bəybala oğlu Mirişli Rauf Akif oğlu Mohayəddin Burhan Mohəmməd oğlu Muradov Allahverdi Elçin oğlu Mustafayeva Səbinə Sərvər qızı Nağıyeva Arzu Qulu qızı Nəbizadə Fatimeyizəhra Nemət qızı Nəsirli Kifayət Rəfail qızı Nəsirzadə Aydın Teymur oğlu Nəzərova Zəhra Xudaverdi qızı Novruzlu Günay Ramazan qızı Novruzov Elmar Eldar oğlu Rəhimli Kənan Sənani oğlu Rəhimli Ləman Əzəmət qızı Rustamzadə Fərid Bəxtiyar oğlu Rzayev Elvin Elçin oğlu Rzayev Samir Zahid oğlu Səfərova Ayşən Şahin qızı Süleymanova Afina Rasim qızı Süleymanova Fəridə Azər qızı Şərifov Ayaz Araz oğlu Şirinli Nəbi Telman oğlu Şükürlü Mədinə Eldar qızı Tağıyeva Təranə Şükür qızı Yusifzadə Günay Tağı qızı Zeynallı Aysel Fəzail qızı Ziyatxanlı Murad Ratxan oğlu
08/07/2015 16:52
Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Prezident İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, 4 mərtəbədən ibarət olan məktəbdə 1050 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, fənn kabinetləri yüksək standartlara uyğun şəkildə əsaslı surətdə təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Dövlət başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzdi, yaradılan şəraitlə tanış oldu. Sonra Prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəldi. Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı da dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 12 nömrəli tam orta məktəbin binası 1974-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Ulu Öndərin iştirakı ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Dövlət başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış oldu. www.president.az
08/07/2015 16:52
Serbiyanın paytaxtı Belqradda güləşin yunan-roma növü üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Yarışda ölkəmizi Təhsil Nazirliyinin Kürdəmir Peşə liseyinin fiziki tərbiyə rəhbəri Əlisahib Əliabbasov təmsil edib. Veteran güləşçimizin yarışdığı çəki dərəcəsində 10 ölkədən tanınmış idmançılar qələbə uğrunda mübarizə aparıblar. Uğurlu çıxışı ilə yadda qalan güləşçimiz bürünc medal qazanaraq fəxri kürsüyə qalxıb. Bu, Əlisahib Əliabbasovun veteranlar arasında dünya Çempionatında qazandığı 7-ci bürünc medaldır. Güləşin yunan-roma növü üzrə veteranlar arasında dünya çempionatı 7 yaş qrupu üzrə keçirilir. Burda ən cavan güləşçinin 35, ən yaşlısının 70 yaşı var.
08/07/2015 16:52
Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyevin hesabat məruzəsi dinlənilib. E.Əliyev tədbir iştirakçılarına ötən tədris ilində əldə edilən uğurlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Tədbirdə Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova “Təhsil strategiyası və təlimlər”, Bakı şəhəri 182 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Kərimova “Müəllimlərin işə qəbulu müsabiqəsi və sınaq qiymətləndirilmə”, Bakı şəhəri 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov isə “Təhsildə kurikulumun tətbiqi” mövzularında çıxış ediblər. Konfransda yekun çıxışı edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Nazir ulu öndər Heydər Əliyevin hər zaman təhsil sahəsinə diqqətlə yanaşdığını və müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını qeyd edib. “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. 15 sentyabr-“Bilik günü”ndə ilk dərs saatının vətənpərvərlik mövzusunda ictimai xadimlərin, ziyalıların iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə marağını artırmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsinə diqqət çəkən təhsil naziri bununla bağlı konkret tapşırıqlarını verib. Nazir yaxın illərdə Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərinin son siniflərində pilot olaraq ixtisaslaşma imkanını verən və icbari fənlərin sayını azaldan tədris proqramlarının hazırlanmasının vacibliyini bildirib. Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, təhsil sahəsində görülən ən mühüm işlərdən biri də Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsidir. Nazir sınaq qiymətləndirilməsinin nəticələrinin müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və müvafiq qərarların qəbul olunması üçün zəruri olduğunu nəzərə çatdırıb. Dərs bölgüsünün optimallaşdırılması, sınaq qiymətləndirilməsindən keçən müəllimlərin növbəti maliyyə ilindən əmək haqlarında dəyişiklik olması məsələlərinə toxunub. Eyni zamanda sınaq qiymətləndirilməsinin ölkəmizin bütün regionlarını əhatə edəcəyini qeyd edib. Konfransda 3 və daha artıq məzunu 2013-2014-cü dərs ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medal qazandıqlarına görə 10 direktor “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib. Konfransın sonunda tədbir iştirakçıları adından ölkə Prezidentinə müraciət ünvanlanıb və konfransın qətnaməsi qəbul olunub.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı