• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 4-də Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksində Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “Mədəd Azərbaycan” təşkilatı və Azərbaycan ABŞ Təhsilli Məzunlar Assosiasiyası tərəfindən təşkil olunmuş Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbinin açılış mərasimi keçirilib.

 Sentyabrın 13-dək davam edəcək Yay Məktəbinin təşkilində əsas məqsəd təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir.
Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və TEDx formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq.
Müsabiqə yolu ilə seçilmiş Yay Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının və xarici ölkə universitetlərinin məzunları, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət qurmaq bacarıqlarına malik olan gənclərdən ibarətdir.
Yay Məktəbində bir sıra universitet nümayəndələri, yerli və beynəlxalq təhsil ekspertləri, ölkənin ictimaiyyət xadimləri, biznes və media strukturlarının nümayəndələri və bir çox digər mütəxəssislər təlimçi və spiker qismində iştirak edir. 


10 il əvvəl