SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İntellektual yarışın qalibləri müəyyən olunub
Mayın 2-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş intellektual yarış keçirilib. Yarış Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə baş tutub.
IX-XI siniflər arasında keçirilən yarışda respublika üzrə 292 komanda iştirak edib. İştirakçılar Nizami Gəncəvinin həyat və yaradıcılığını əhatə edən 24 sualı cavablandırıblar.
Nəticələrə əsasən, I yerə Şirvan şəhər 1 nömrəli məktəbin “Moonlight” komandası, II yerə Bakı şəhər “Zəkalar” liseyinin eyniadlı komandası, III yerə isə Bakı Avropa liseyinin “Avropa” komandası layiq görülüb. Qalib sırasında ilk onluqda Şəki, Gəncə və Sumqayıt komandaları da yer alır.
Qaliblər diplom, medal və hədiyyələrlə təltif ediləcəklər.
Qeyd edək ki, Təhsil Nazirliyi və “Ağıllı şəhər-Bakı” layihəsi arasında bir ildən çoxdur davam edən əməkdaşlıq çərçivəsində məktəblilər üçün Azərbaycan və rus dillərində həftəlik oyunlar təşkil edilir. Bu müddət ərzində VI-IX siniflər arasında respublika çempionatı və respublika kuboku da keçirilib.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl