• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivala paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, eləcə də digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılıb. 5 gün davam edəcək yarışda iştirak üçün 66 şəhər və rayondan 396 nəfər məktəbli qeydiyyatdan keçib. Onlardan 198 nəfəri qızdır.
Yarış İsveçrə sistemi üzrə keçirilir. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir.
Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyi tərəfindən hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bir çox tədbirlərin, o cümlədən, ənənəvi olaraq, məktəblilər arasında respublika şahmat yarışının keçirildiyini bildirib.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis korpusunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması baxımından böyük imkanlar açıb.
Məlumat üçün qeyd edək ki, hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir.
2013-cü ildə uşaq-gənclər şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 41, Avropa, dünya və beynəlxalq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 bürünc olmaqla, ümumilikdə, 23 medal qazanıblar. Ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələri qazanırlar.
Şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rolu nəzərə alınaraq, 2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb. Hazırda 500-dən çox ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində şahmat fənni tədris olunur.


10 il əvvəl