SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 15-də “Hyatt Regency” otelinin “Quba” zalında təhsil uğurları ilə seçilən tələbələrlə görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov təhsilin həyatımızdakı xüsusi rolu və əhəmiyyəti barədə fikirlərini bildirib. Təhsil naziri qeyd edib ki, təhsil uğurları ilə seçilən tələbələrlə görüş, həm SABAH qruplarının yaradılması, həm tələbələrin uğur formulları, problem və qayğıları ilə tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda ali təhsil sahəsində dövlətimizin həyata keçirdiyi islahatların əsas hədəflərindən söhbət açan nazir, müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsinin aktual olduğunu nəzərə çatdırıb.
O, qeyd edib ki, tələbələrin tədris müddətində qazandıqları bilik, bacarıq və vərdişlər onların həyatında vacib amildir. Bu prosses təhsilalanın əmək bazarına ciddi resurslarla daxil olmağa imkan verir ki, bu da insanın rəqabətə qabil peşəkar biliklərini daima artırmağa zəmin yaratmalıdır. Bir sözlə, ömürboyu öyrənməyə hər bir tələbə akademik tədris ilindən başlayaraq alışmalıdır. Təhsil naziri onu da vurğulayıb ki, ali təhsil qlobal fenomendir və dünyada indiki qədər heç vaxt ali təhsilli insanların sayı çox olmayıb. Belə olan halda isə diplomun deyil, daima yenilənən bilik və bacarıqların çəkisi artır. Buna görə də, universitetlər səlahiyyət və hesabatlılıq amillərini ciddi ölçüb-biçməli, maliyyə muxtariyyatının verdiyi imkanları optimallaşdırmalı və hər şey təhsilin keyfiyyətinə yönəldilməlidir.
Tədbirdə tələbələrin yüksək marağını nəzərə alaraq ali təhsilimizin brendinə çevrilən SABAH qruplarının təqdimatı nümayiş olunub.
Görüşdə Azərbaycanın 22 universitetinin təhsil uğurları ilə seçilən 120 tələbəsi iştirak edib. Paneldə əyləşən ekspertlər tərəfindən tələbələrin çoxsaylı sual və təklifləri dinlənilib, ali təhsilin bu və ya digər problemləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Ali məktəblərdə qeyri-ixtisas fənləri üzrə dərs yükünün yaratdığı problemlər, təcrübi biliklərə yiyələnmək imkanlarının artırılması, tələbə-müəllim əməkdaşlığı, universitetlərin elm-təhsil-innovasiya üçbucağı kimi dərk olunması, tələbə elmi cəmiyyətlərinin rolunun artırılması və digər bu kimi məsələlər müzakirə olunub. SABAH qruplarına III və ya IV kurslardan daxil olmaq imkanları, vahid elektron kitabxananın yaradılması, universitetlərin maddi texniki təminat və digər məsələlərlə bağlı tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl