SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılğı ilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri (oğlanlar və qızlar) arasında kütləvi idman yarışlarına start verilib.
Belə ki, martın 11-də Bakı şəhərindəki 242 nömrəli tam orta məktəbdə basketbol üzrə respublika birinciliyi başlayıb.
Martın 12-də start verilmiş voleybol üzrə respublika birinciliyi oğlanlar arasında Bakı şəhərindəki 44 nömrəli, qızlar arasında 18 nömrəli tam orta məktəbdə keçirilir.
Mini futbol üzrə respublika birinciliyi də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər futbol məktəbində martın 12-də başlayıb.
Martın 13-də Bakı şəhərindəki 129 nömrəli tam orta məktəbdə stolüstü tennis, “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı şahmat-dama məktəbində dama yarışlarına start verilib.
Yarışlarda paytaxt komandaları ilə yanaşı, respublikanın digər şəhər və rayon ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin komandaları da iştirak edəcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl