SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Liderlik üzrə tanınmış amerikalı mütəxəssis “Yeni Çağırışlar”da
7 may saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı təhsildə liderlik üzrə tanınmış amerikalı mütəxəssis, Indiana Dövlət Universitetinin fəxri professoru, bestsellər müəllifi Tod Vitaker olacaq. Tod Vitaker ilə təhsildə effektivlik və liderlik barədə danışılacaq.
Tod Vitaker motivasiya, təhsil liderliyi və effektivlik üzrə Amerikanın ən qabaqcıl mütəxəssislərindən biri, 50-dən çox kitabın müəllifidir. Tod Vitaker ali təhsil sahəsində karyerasına başlamadan öncə məktəbdə riyaziyyat müəllimi, basketbol məşqçisi və müdir işləyib.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
“Yeni çağırışlar”da dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim Toni Vagner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu, Toronto Universitetinin fəxri professoru, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan qonaq olub.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl