• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 4-da “JW Marriott Absheron” mehmanxanasında Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunmuş 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi çərçivəsində “Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər” adlı “Dəyirmi masa” keçirilmişdir.

“Dəyirmi masa”nın məqsədi ölkəmizin ali təhsil müəssisələri ilə işə götürən təşkilatlar arasında əməkdaşlığın inkişafına nail olmaq, insan resursları bazarında mövcud problemləri müzakirə etmək, iş sektorunun ali təhsil müəssisələri ilə əlaqələri genişləndirməkdən ibarətdir. Tədbirdə əmək bazarına aid işçi qüvvəsinin tələblərə uyğunluğu, kadrların peşəkarlıq səviyyəsinin artırılmasında istifadə olunan yeni yanaşmalar, təhsillə əmək bazarı arasında uyğunluğun təmin edilməsi sahəsində təcrübələr, təhsildə rəqabət, yeni tədris metodlarından istifadənin əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Tədbirdə ali təhsil müəssisələrinin nümayəndələri biznes sektoru ilə əməkdaşlıq perspektivləri, o cümlədən istək və tələbləri barədə təmsil etdikləri qurumların mövqeyini ifadə etmişlər.
“Dəyirmi masa”da Azərbaycanın dövlət və özəl sektorundan iri şirkət və holdinqlərinin insan resursları departamentlərinin rəhbərləri, ali təhsil müəssisələrinin tədris üzrə prorektorları və karyera mərkəzləri rəhbərlərinin iştirakı konstruktiv və effektiv dialoq mühiti yaratmışdır. Təhsil və iş dünyasının təmsilçiləri “Dəyirmi masa”nın bu qəbildən ilk belə tədbir olduğunu vurğulamış və Təhsil Nazirliyinin bu təşəbbüsünün universitetlərdə də davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırmışlar.


10 il əvvəl