SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 2-də 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə tədris emalatxanası açılmışdır.
Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, “Eldar studio” şirkətinin rəhbəri Eldar Məmmədov, təhsil müəssisəsinin kollektivi və şagirdlər iştirak etmişlər.
Təhsil Nazirliyi və “Eldar studio” şirkətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində yaradılmış tədris emalatxanasında “Bərbər” ixtisası üzrə müasir tələblərə cavab verən mütəxəssislər hazırlanacaqdır.
Tədris emalatxanası yeni texnologiyalar və avadanlıqlarla təchiz edilmiş və şagirdlərin öz ixtisaslarını mükəmməl mənimsəməsi üçün hər cür şərait yaradılmışdır. Emalatxananın dizaynında da şagirdlərin seçdikləri peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri amillər nəzərə alınmışdır.
Yekun imtahan zamanı şagirdlərin əldə etdikləri bilik və bacarıqların yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki, yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bacarıqlarının yoxlanılması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə yönəlmişdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl