SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Təhsil şöbələri müdirlərinin, nazirliyin digər tabeli qurumları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər, əsasən yaşadıqları rayonlarda ümumtəhsil məktəblərində işlə təmin olunma, bir təhsil müəssisəsindən digərinə köçürülmə, məktəb binalarının təmiri, təhsil haqqından azad olunma, xaricdə təhsil, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil və digər məsələlərlə əlaqədar olmuşdur. Həmçinin, yerli təhsili idarəetmə orqanları rəhbərlərinin fəaliyyəti barədə vətəndaşların şikayətləri ilə bağlı müvafiq araşdırmalara başlanılmışdır.
Qəbulda 149 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilmişdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl