SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Təhsil” kuboku yekunlaşıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş beynəlxalq onlayn “Təhsil” kuboku başa çatıb.
Yarış Təhsil Nazirliyi, Milli Məclisin Gənclər və İdman Komitəsi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Tornelo portalı üzərindən onlayn təşkil olunan yarışda 24 ölkədən 190 şahmatçı iştirak edib. Yarışa beynəlxalq reytinq əmsalı 2300-dən yuxarı olan 21 şahmatçı qatılıb.
Yarışda I yerə Özbəkistan təmsilçisi Cavahir Sindarov, II yerə Azərbaycan təmsilçisi Xəzər Babazadə, III yerə Hindistan təmsilçisi Raunak Sadvani layiq görülüb.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin müddətində şahmatçıların asudə vaxtlarının səmərəli təşkili, şahmatçıların müasir texnologiyalardan istifadə etməklə oyun təcrübəsinin artırılmasından ibarət olub.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl