• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbələr üçün “Virtual məktəb”də təcrübə proqramı

Cari ilin mart ayından etibarən ölkədə pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “Virtual məktəb”də onlayn təcrübə keçmək imkanı yaradılıb.

 

Təcrübə proqramına Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Dillər Universitetindən ümumilikdə 225 tələbə qoşulub. 28 ümumi təhsil müəssisəsi üzrə keçirilən onlayn təcrübə proqramı mart-may aylarını əhatə edir.

 

Onlayn təcrübə proqramının məqsədi pandemiya dövrü ilə əlaqədar əyani olaraq təcrübə keçə bilməyən tələbələr üçün şəraitin yaradılması olub. Təcrübə proqramında tələbələr təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə yanaşı, müasir təlim texnologiyaları ilə iş bacarıqlarını da sınaqdan keçirirlər. Nəticədə gələcəyin müəllimləri müasir təhsil prosesində istifadə olunan interaktiv alətlər, yeni tədris metodları və yanaşmaları ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

 

Qeyd edək ki, tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bunu nəzərə alaraq, təcrübə proqramında iştirak edən tələbələr siyahıya alınıb və yalnız təcrübə proqramı müddətində aktiv olacaq hesablarla dərslərə qoşulurlar.


3 il əvvəl