• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Avqustun 24-də təhsil naziri Misir Mərdanov Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ilə görüşüb.

Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində qarşılıqlı  əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Nazir mövcud əlaqələrin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb.
Özbəkistanın qarşılıqlı münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyən səfir ölkəsinin Azərbaycana hərtərəfli əlaqələr qurmağa xüsusi önəm verdiyini nəzərə çatdırıb. Şerzod Fayziyev Özbəkistanla Azərbaycan arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Ortaq dəyərləri paylaşan ölkələrimizin münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inandığını bildirən nazir təhsil sahəsində əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl