SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Videoqəbula elektron müraciətlə yazılmaq imkanı
Mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu məsələsi daim diqqətdə saxlanılır və bu istiqamətdə ardıcıl olaraq təkmilləşdirici tədbirlər görülür. Belə ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar elektron müraciət vasitəsilə (https://edu.gov.az/contact_us) Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin videoqəbuluna yazıla bilərlər. İstifadəçilər nazirliyin rəsmi saytının əlaqə hissəsindən elektron müraciət bölməsinə daxil olmaqla və müraciətin mövzusunu “Virtual qəbul” seçməklə videoqəbulda iştirak edə biləcəklər.
Vətəndaşlar elektron müraciət vasitəsilə Bakı, Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhər (rayon) təhsil şöbələri tərəfindən təşkil edilən videoqəbullara da yazıla bilərlər.
Qeyd edək ki, videoqəbulların keçirilməsində məqsəd vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir. Bununla yanaşı, Çağrı Mərkəzinin "146-1" nömrəli telefonuna zəng edərək də qəbula yazılmaq mümkündür.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl