• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili müəssisələrində daimiləşmə üzrə müsahibə mərhələsi

Peşə təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinə başlanılıb.

 

İki gün davam edəcək müsahibədə müvafiq fənlər üzrə ümumilikdə 32 ümumtəhsil fənn müəllimi iştirak edir. Sözügedən mərhələ üzrə yaradılan müsahibə komissiyasının tərkibi Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsili müəssisələrinin rəhbərləri, hər bir ümumtəhsil fənn üzrə mütəxəssis və psixoloqdan ibarətdir. 


Müsahibələr onlayn formatda təşkil edilir. 

 

Seçim zamanı müsahibə komissiyası tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədrislə bağlı bilik və bacarıqlarının qiymətləndirilməsi, müsahibədə uğur qazanmış müəllimlərlə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılması nəzərdə tutulur.

 

Qeyd edək ki, cari tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq mərkəzləşdirilmiş test mərhələsi təşkil edilib və müəllimlərin işə qəbulu imtahanı nəticələrinə əsasən, müvafiq namizədlər peşə təhsili müəssisələrində vakansiyalar üzrə yerləşdirilib.  Lakin pandemiya şəraiti ilə əlaqədar olaraq, sözügedən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması üçün müsahibə mərhələsinin təşkili baş tutmamışdı. 


3 il əvvəl