• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Prezident İlham Əliyev fevralın 9-da Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak etmişdir.

Azərbaycan Prezidentinin “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 2009-cu il 4 dekabr tarixli Sərəncamına əsasən məktəbin tikintisinə 2010-cu ilin yanvarında başlanılmış, cari ilin yanvarında başa çatdırılmışdır. Bildirildi ki, hələ sovet dövründə Birinci Şıxlı kəndində bir neçə məktəb binası tikilsə də, onlar mövcud tələbatı ödəyə bilməmişdi. Torpaq sürüşməsinə meyilli ərazilərdə, üstəlik də keyfiyyətsiz tikilən binalar istismar müddəti bitməmiş uçub dağılırdı. 1987-ci ildə istifadəyə verilən məktəb binası da eyni təhlükə ilə üzləşmişdi. Tikinti işlərinə başlayarkən əvvəllər buraxılan səhvlər dərindən təhlil edilmiş, binanın özülü tam monolit betondan tökülmüşdür. Müasir görünüşü ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbdə təlim-tədrisin uğurla və keyfiyyətlə aparılması üçün bütün şərait yaradılmışdır. Burada 49 otaq, o cümlədən 27 sinif otağı, zəruri avadanlıqla təchiz olunmuş idman salonu var. Məktəb istilik sistemi ilə təchiz edilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları da diqqət mərkəzində saxlanılmış, fənn laboratoriyalarında bütün lazımi şərait yaradılmışdır. Prezident İlham Əliyev yeni binanın açılışını bildirən lenti kəsdi, sinif otaqlarına, idman salonuna baxdı.   AzərTAc.

Fevralın 10-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş atletika yarışının açılış mərasimi olub.

Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qonaqları, gəncləri və idmançıları salamlayaraq bu gün ölkəmizin hər yerində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbirlər keçirildiyini bildirib. Nazir qeyd edib ki, xalqımız Azərbaycanın müdafiəsi uğrunda həyatından keçən bütün qəhrəman övladlarının xatirəsini həmişə əziz tutur. Mübariz İbrahimovun öz şücaəti ilə Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da güclənməsinə müstəsna təsir göstərdiyini söyləyən təhsil naziri, Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş atletika yarışının keçirilməsini yüksək dəyərləndirib. Tədbirdə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə, Daxili Qoşunların Qərargah rəisi, general-mayor Şirin Xəlilov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlığından qürur hissi duyduqlarını, onun Azərbaycanın ən qüdrətli oğullarından biri olduğunu vurğulayıblar. Mərasimin sonunda çıxış edən Milli Qəhrəmanın atası Ağakərim İbrahimov atletika turnirinin iştirakçılarına uğurlar arzulayıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirin bədii hissəsində Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kompozisiya nümayiş etdirilib və üç gün davam edəcək atletika yarışına start verilib.

Fevralın 11-də Bakıdakı 132-134 nömrəli təhsil kompleksində “Təhsilin əsasları” fənnini tədris edən ali məktəb müəllimləri üçün təşkil olunmuş kursun yekunlarına dair tədbir keçirilib.

İlk öncə məlumat verilib ki, Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənni  pilot layihə kimi üç ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində tədris edilir. Sonra “Təhsilin əsasları” fənnini tədris edən müəllimlərin üç həftəlik kursda öyrəndikləri barədə təqdimatları dinlənilib. Qeyd edək ki, Bakıdakı 132-134 nömrəli təhsil kompleksində təşkil olunmuş kursda Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Pedaqoji Universitetindən 30 müəllim iştirak edib. “Təhsilin əsasları” fənninin pilot layihə kimi 3 ali məktəbdə tədris olunmasının əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu işin uğurla davam etdirildiyini bildirib. “Təhsilin əsasları” fənninin müəllim hazırlığı sahəsində önəmli rol oynadığını vurğulayan nazir müvafiq dərs vəsaitinin və fənn kurikulumunun hazırlanmasında xarici ölkələrin təcrübəsindən də istifadə edildiyini nəzərə çatdırıb. Müvafiq kursların digər orta məktəblərdə də təşkilinə diqqət yetirməyin zəruriliyini önə çəkən təhsil naziri “Təhsilin əsasları” fənnini tədris edən müəllimlərin kursda öyrəndikləri barədə etdikləri təqdimatlardan razı qaldığını söyləyib. Daha sonra “Təhsilin əsasları” fənnini tədris edən müəllimlər üçün növbəti kursların təşkili, bu baxımdan gələcəkdə həyata keçiriləcək tədbirlər və digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib. Sonda kurs iştirakçılarına Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.

Fevralın 12-də Təhsil Nazirliyində “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubleyinə həsr olunmuş tədbir keçirilib.

Mərasimdə təhsil nazirinin müavinləri və nazirliyin müvafiq struktur və bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Peqaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən təhsil islahatlarının mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin, müvafiq məcmuələrin, jurnalların çox böyük rolu var. Təhsilin bünövrəsinin məktəbəqədər və ibtidai təhsil pillələrində qoyulduğunu nəzərə çatdıran nazir Azərbaycanın təhsil işçiləri, Təhsil Nazirliyinin rəhbərliyi adından jurnalın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. “Məktəbəqədər və ibtidai təhsil”in 1970-ci ildən fəaliyyətə başladığını, məcmuəyə bu günə qədər Yəhya Kərimovun rəhbərlik etdiyini söyləyən Misir Mərdanov ötən dövr ərzində jurnalın 180 nömrəsinin işıq üzü gördüyünü bildirib. Jurnalda kurikulumla, təhsil islahatı ilə bağlı məqalələrin dərc olunduğunu deyən nazir belə məsuliyyətli bir işin daha səmərəli təşkili üçün tövsiyələrini verib, “Məktəbəqədər və ibtidai təhsil”in əməkdaşlarına Təhsil Nazirliyinin Fəxri fərmanlarını təqdim edib, onlara pul mükafatlarının veriləcəyini bildirib. Yubiley tədbirində çıxış edən baş redaktor, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov jurnalın yaranma tarixindən söz açıb. Y.Kərimov jurnalın formalaşmasında Nağı Günəşli, Əjdər Ağayev və Məhəmməd Baharlının böyük əməyinin olduğunu qeyd edib. O, təhsilimizin çiçəklənməsində, müəllimlərin nəzəri və praktik biliklərinin artırılmasında məcmuənin rolundan və qarşıda duran məsələlərdən bəhs edib və jurnala göstərdiyi qayğıya görə təhsil nazirinə minnətdarlığını bildirib. Sonra Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədov, Xudat şəhər 2 nömrəli məktəbin müəllimi Nəzakət Kərimova, Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, Təhsil Problemləri İnstitutunun sosial tədqiqatlar şöbəsinin müdiri Limunət Əmrahlı, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru Vilayət Əliyev çıxış edərək jurnalın Azərbaycan təsilinin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışıb və redaksiya kollektivinə gələcək işlərində uğurlar arzulayıblar.

Fevralın 14-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan təhsil naziri builki “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsində sınaq dərsləri dinləniləcək 28 müəllimi (10 nəfər ibtidai sinif, 10 nəfər riyaziyyat, 8 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi) növbəti mərhələdə iştirak hüququna yiyələnmələri münasibətilə təbrik edib, sağlam rəqabətə əsaslanan bu müsabiqədə onların hər birinə nailiyyətlər arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin artıq dördüncü ildir ki, keçirildiyini vurğulayan nazir maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqələrin Azərbaycan dövlətinin təhsilə, təhsil işçilərinə müntəzəm diqqət və qayğısının əyani nümunəsi kimi səciyyələndirib. Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinə bu il 425 nəfərin sənəd təqdim etdiyi, ekspertizanın nəticələrinə əsasən, onlardan 217 nəfərin növbəti tura keçdiyi barədə məlumat verərək bildirib ki, ötən illərdə olduğu kimi, bu il də iştirakçılar arasında say etibarı ilə ibtidai sinif (57 nəfər) və ingilis dili (35 nəfər) müəllimləri üstünlük təşkil edir. Müsabiqənin seçim şərtlərinə diqqət çəkən nazir qeyd edib ki, əvvəlki illərdə iştirakçıların sayı çox olan fənlər üzrə (ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat və s.) bir neçə ekspert komissiyası təşkil edildiyi halda, bu il iştirakçıların sayından asılı olmayaraq, hər fənn üzrə yalnız bir komissiya təşkil olunub. Bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu vurğulayan Misir Mərdanov ekspert komissiyasının iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcəyini söyləyib. Daha sonra təhsil naziri müəllimlərin sınaq dərslərinin dinlənilməsi üçün müvafiq qrafikin hazırlandığını və iştirakçıların sınaq dərslərindən bir gün əvvəl nazirliyə dəvət ediləcəyini nəzərə çatdırıb, eləcə də sınaq dərsləri təşkil olunan məktəblərin nümayəndələri ilə birlikdə müəllimlərin həmin məktəblərin şəraiti ilə tanış olacaqlarını bildirib. Sınaq dərslərinin mövzusunun müəyyənləşdirilməsi qaydası haqda məlumat verən nazir, həmçinin dərslərin 12 meyar üzrə qiymətləndiriləcəyini, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini söyləyib. Misir Mərdanov əlavə edib ki, bütün dərslərdə videoçəkilişlər aparılacaq və sınaq dərsi barədə komissiyanın rəyi dərsin təhlilindən dərhal sonra elan olunacaq. Nazir deyib ki, qiymətləndirmənin nəticəsindən narazı qalanlara 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcək. Təhsil naziri onu da bildirib ki, bu mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatda fəaliyyətinin əsas istiqamətləri, uğurları, təhsil problemləri, təkliflərini nəzərə çatdıra biləcək və iştirakçı müəllimlərin yekun balı hər mərhələdə əldə etdiyi balların toplanması ilə müəyyən olunacaq. Sonra sınaq dərsləri dinləniləcək müəllimləri düşündürən suallar cavablandırılıb, müsabiqənin keçirilməsi ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fevralın 14-də “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərlə görüş keçirilib.

Fevralın 14-də “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərlə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin uğurla nəticələnməsi ekspertlərdən ibarət fənn komissiyalarının fəaliyyətindən asılı olduğundan ekspertlərin hər biri yüksək məsuliyyət, obyektivlik nümayiş etdirməlidir. Ötən illərdən fərqli olaraq, bu il iştirakçıların sayı çox olan fənlər üzrə də yalnız bir komissiyanın fəaliyyət göstərəcəyini qeyd edən təhsil naziri hər bir komissiyada müşahidəçi qismində Təhsil Nazirliyinin nümayəndəsinin olacağını və onların həm də təşkilati məsələləri həll edəcəklərini açıqlayıb. İştirakçı müəllimlərin dərslərinin dinlənilməsi qrafikinin artıq hazır olduğunu vurğulayan nazir onu da əlavə edib ki, həmin qrafikdə iştirakçı müəllimlərin dəvətolunma və sınaq dərslərinin tarixi, dərslər dinləniləcək məktəblər göstərilib. Təhsil naziri bildirib ki, fevralın 15-dən başlayaraq 57 nəfər ibtidai sinif müəlliminin dərsləri 6, 35 nəfər ingilis dili müəlliminin dərsləri 4, 25 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin dərsləri isə 3 mərhələdə dinləniləcək. Misir Mərdanov, bunlarla yanaşı digər fənn müəllimlərinin də sınaq dərslərinin dinlənilməsinin mərhələlərlə aprelin 21-dək davam edəcəyini diqqətə çatdırıb. Daha sonra nazir məlumat verib ki, bu il müsabiqədə iştirak üçün 425 nəfər müraciət edib və ekspertizanın nəticələrinə görə, onlardan 217 nəfəri növbəti mərhələyə buraxılıb. Sınaq dərslərinin Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseydə, “Tərəqqi” liseyində, “Elitar” gimnaziyada, Humanitar fənlər gimnaziyasında, 132-134 nömrəli təhsil kompleksində, Bakı şəhərindəki 1, 7, 8, 20, 23, 27, 36, 45, 46, 47, 56, 160, 164, 176, 177, 189, 190, 258, 291 nömrəli məktəblərdə və Bağça-Məktəb-Lisey Kompleksində təşkil olunacağından söz açan Misir Mərdanov həmin məktəblərin direktorlarına zəruri təşkilati işlərin görülməsi üçün müvafiq tapşırıqların verildiyini vurğulayıb. Nazir sınaq dərslərinin qiymətləndirilməsi üçün ötən il müəyyən olunmuş meyarlarda dəyişiklik edilmədiyini və onların bu il də qüvvədə qaldığını, eləcə də hər bir meyarın maksimum 10 balla qiymətləndirildiyini açıqlayıb. Tədbirdə obyektivlik və ədalətlilik prinsipinin gözlənilməsinin vacib şərt olduğunu ekspertlərin diqqətinə çatdıran Misir Mərdanov, eyni zamanda onlara öz tapşırıq və tövsiyələrini verib.

Fevralın 15-də Təhsil Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər)”nın icrası mövzusunda kollegiya iclası keçirilib.

İclasda nazir müavinləri, nazirliyin müvafiq struktur bölmələri və şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bir sıra texniki peşə və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. Kollegiya iclasında təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə məsələsinə də toxunulub və bu baxımdan dövlət qurumlarının qarşısında ciddi vəzifələr qoyulub. Azərbaycan Respublikasının dövlət siyasətində korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən biri olduğunu vurğulayan təhsil naziri son illər ərzində bu sahədə qəbul olunmuş hüquqi-normativ sənədlərin əhəmiyyətindən bəhs edib, müvafiq qurumlarla birgə əməkdaşlıq sayəsində həyata keçirilən tədbirləri nəzərə çatdırıb. Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)”ya uyğun olaraq görülmüş işlərə diqqət çəkən Misir Mərdanov 2006-cı ildən Təhsil Nazirliyində QHT nümayəndələrinin də təmsil olunduğu Кorrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun, korrupsiya halları ilə əlaqədar vətəndaşların müraciətlərinin operativ qəbulu və baxılmasının təmin edilməsi məqsədilə “Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyini bildirib. Misir Mərdanov 2010-cu ildə Təhsil Nazirliyinə vətəndaşlardan və dövlət qurumlarından 51552 məktub, müraciət, ərizə və şikayətin daxil olduğu, 7251 nəfərin qəbul edildiyi haqda məlumat verib, ayrı-ayrı rayonlar üzrə vətəndaşların ərizə və müraciətlərinin sayı, mövzusu barədə statistik göstəriciləri nəzərə çatdırıb, yerlərdə vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin monitorinqinin aparılmasının zəruriliyini söyləyib. Hər ilin sonunda Təhsil Nazirliyinin mərkəzi aparatının və nazirliyin tabeliyindəki struktur bölmələrin hesabatlarının dinlənildiyini, nəticələr barədə KİV-də məlumatların verildiyini bildirən təhsil naziri rayon və şəhər təhsil şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin də bu prosesə cəlb edilməsinin nəzərdə tutulduğunu deyib. 2008-ci ildən başlayaraq həm Təhsil Nazirliyinin mərkəzi aparatında, həm də rayon və şəhər təhsil şöbələrində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiq edildiyini vurğulayan Misir Mərdanov hazırlanmış etik davranış standartlarının bütün təhsil müəssisələrinə təqdim olunduğuna diqqət çəkib, eləcə də müəllimlərin işə qəbulunun tam şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsinin razılıqla qarşılandığını söyləyib. Nazir deyib ki, 2010-2011-ci tədris ili üzrə ölkənin ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş vakant yerləri tutmaq üçün kompüter vasitəsilə keçirilən imtahanlarda iştirak edən 1815 nəfərdən 288-i işə qəbul olunub, ümumtəhsil məktəblərində direktor vəzifəsinə işə qəbul sahəsində də yeni mexanizm tətbiq edilib. Təhsil müəssisələrində imtahanların aparılması mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və bu prosesə ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunan təhsil naziri hər bir tədris ocağında “Qaynar xətt” xidmətinin yaradılmasının zəruriliyini söyləyib. Misir Mərdanov bütün ali və orta ixtisas təhsili məktəblərində imtahan sessiyaları ərzində qərargahların, “Qaynar xətt” xidmətlərinin təşkil olunduğunu, aşkarlığı və şəffaflığı təmin etmək üçün imtahanların gedişi prosesinə KİV-lərin və QHT koordinatorlarının, Korrupsiyaya qarşı Mübarizə Fondu, “Şəffaflıq Azərbaycan” Cəmiyyəti, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Dövlət Quruculuğu Araşdırmalar Mərkəzinin nümayəndələrinin cəlb edildiyini diqqətə çatdırıb. Nazir, həmçinin  bildirib ki, son illər imtahan sessiyalarında neqativ halların qarşısını almaq, obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə imtahanlar yazılı forma ilə yanaşı, həm də test tapşırıqları əsasında kompüter vasitəsilə həyata keçirilir. Ötən il Moskva Dövlət Açıq Universitetinin Bakı filialında və Azərbaycan Beynəlxalq Universitetində aşkar olunmuş ciddi nöqsanlara görə onların lisenziyalarının ləğv edilməsi barədə söz açan Misir Mərdanov bu ali məktəblərdə qanuni yolla təhsil almış tələbələrin digər özəl universitetlərə köçürüldüyünü bildirib. Kollegiya iclasında Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən təhsil orqanları və müəssisələrində neqativ halların, qanun pozuntularının, korrupsiyaya şərait yaradan faktların aşkar edilməsi, nöqsanlara yol vermiş məsul şəxslər barədə intizam tənbehinin tətbiqi sahəsində müntəzəm iş aparıldığını nəzərə çatdırıb. Nazir qeyd edib ki, ötən il 4 rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə, 108 nəfər vəzifəsindən azad olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilib. Daha sonra qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimin, məktəbin nüfuzunun qorunması məsələlərindən bəhs edən təhsil naziri iclas iştirakçılarına bir sıra tapşırıq və tövsiyələrini verib.  

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin yanvar ayında 910 müraciət daxil olub.

Müraciətlərin 789-u telefonla, 121-i elektron poçt vasitəsilə qəbul edil­ib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavab­lan­dı­rıl­ıb. Daxil olan müraciətlərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Sorğular müəllimlərin işə qə­bulu, ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının keçirilməsi, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili, Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, təhsil sə­nəd­lərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkə təhsil müəssisələrinə kö­çürülməsi, təhsil müəssisələrində adambaşına maliyyələşməyə keçilməsi, özəl ali təhsil məktəblərində dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması qaydaları, məktəbli geyimi, pedaqoji işçilərinin dərs yükü, müəllimlərin əmək haqqının he­sab­lan­ması, təhsil sənədlərinin alınması və digər mə­sə­lə­lər­lə bağlı olub. Şikayət xarakterli müraciətlər ümumi müraciətlərin cəmi 9,6 faizini təşkil edib. Bu müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərdən bəhs olunur. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlər Bakı (15), Naftalan (2) və Gəncə (1) şəhərlərindən, Abşeron (16), Cəlilabad (3), Zaqatala (2), Yevlax (2), Göygöl (2), Lerik (2), Şəki (1), Masallı (1), Yardımlı (1), Ağdaş (1), Balakən (1), Saatlı (1)  rayonlarından daxil olub. Həmin şikayətlərin böyük bir qismi tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması, müxtəlif nəşrlərin satışının təşkili və digər bu kimi məsələləri əhatə edib. Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər isə şagirdlərə məcburi qaydada təkrar məktəbli formasının satılması ilə bağlıdır. Texniki peşə məktəblərindən 2 şikayət daxil olub ki, bu da Bakı 2 nömrəli və İsmayıllı peşə liseyləri haqqındadır. Təhsil nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” əmrinin icrası ilə bağlı “Qaynar xətt” xidmətinə daxil olan müvafiq müraciətlərin operativ şəkildə araşdırılması təmin olunub. Bu da öz növbəsində ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edir. 2010-2011-ci dərs ilinin qış imtahan sessiyası dövründə “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan 100-dən artıq müraciətin çoxu sorğu xarakterlidir. 35 müraciətdə şikayət və nöqsanlardan bəhs edilir ki, onlardan da 21-i dövlət, 10-u özəl ali, 4-ü orta ixtisas təhsil müəssisələrindən qəbul olunub. Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının test üsulu ilə təşkili, Boloniya sisteminin tətbiqi, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi, özəl ali təhsil müəssisələrində tələbələrə təqaüdlərin verilməsi qaydaları və digər mövzuları əhatə edir. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirir, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş edirlər. Bununla əlaqədar Təhsil Nazirliyinin əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub. Azərbaycan Turizm İnstitutundan daxil olan müraciətdə isə imtahanlarda tələbələrin biliklərinin qiymətləndirilməsi meyarlarının gözlənilməməsi əksini tapıb. Özəl ali təhsil müəssisələrindən daxil olan 10 müraciət Bakı Biznes Universiteti, Qafqaz Universiteti və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. İmtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi, dövlət hesabına özəl ali məktəblərdə təhsil alan tələbələrə təqaüdlərin ödənilməsində yaranmış problemlərin həlli ilə əlaqədar olan bütün bu müraciətlər yerində araşdırılıb, müraciət müəlliflərinə cavab verilib. Orta ixtisas təhsil müəssisələri ilə əlaqədar Bakı Dövlət Sosial-İqtisad, Bakı Dövlət Rabitə və Nəqliyyat, Ağcabədi Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərindən müraciətlər daxil olub. Həmin müraciətlərdə imtahanda verilmiş qiymətlərdən narazılıq, tələbələrin imtahanlara buraxılmaması və digər məsələlər ifadə edilir. Bu müraciətlər araşdırıldıqdan sonra müraciət müəllifləri məlumatlandırılıb. Müraciətlərlə əsasən aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün bütün struktur bölmələrə məlumatlar verilib, gələcəkdə belə nöqsanların qarşısının alınması tövsiyə olunub.

Fevralın 15-də Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində Bakı şəhərində tam orta təhsil səviyyəsi (XI sinif) üzrə keçirilmiş 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri yerləşdirilib.

Bakı şəhəri üzrə ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri isə yaxın günlərdə bu bölmədə yerləşdiriləcək. Məlumat üçün qeyd edək ki, 12-13 fevral tarixlərində Bakı şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil səviyyələri üzrə 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanları keçirilib. 26730 XI sinif şagirdi 72 mərkəzdə, 36085 IX sinif şagirdi isə 74 mərkəzdə yoxlama imtahanına cəlb olunub. Bakı şəhərində məskunlaşan məcburi köçkün rayonlarının şagirdləri də 12-13 fevral tarixlərində keçirilmiş imtahanlarda iştirak ediblər. İmtahan XI sinif şagirdləri üçün 3, IX sinif şagirdləri üçün isə 1 saat 30 dəqiqə davam edib. 2010-2011-ci dərs ilində keçirilən yoxlama imtahanlarında bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 120 qalsa da, fənlər üzrə sual sayları dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə sualların sayı 25-dən 21-ə endirilib, təbiət fənləri üzrə sualların sayı isə (kimya, bialogiya, fizika, coğrafiya) 10-dan 12-yə qaldırılıb. Bundan əlavə, ilk dəfə şagirdlərə Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi buraxılış vərəqələri verilib. Valideyn Müəllim Assosiasiyasının nümayəndələri Bakı şəhəri üzrə 67 mərkəzdə müşahidəçi valideyn qismində yoxlama imtahanlarının gedişini izləyiblər. Onu da qeyd edək ki, 2010-2011-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanlarında respublika üzrə iştirak edəcək 236710 şagirdin 137523 nəfəri IX, 94417 nəfəri XI sinif, 4770 nəfəri isə texniki peşə liseylərinin şagirdidir. Fevralın 20-dən etibarən respublikamızın digər bölgələrində də yoxlama imtahanları keçiriləcəkdir.

Fevralın 16-da təhsil naziri Misir Mərdanov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlinde ilə görüşüb.

Təhsil naziri qonağı səmimi salamlayaraq ölkəmizlə Niderland Krallığı arasındakı əlaqələrdən və bu əlaqələr çərçivəsində təhsil sahəsində əməkdaşlığın perspektiv istiqamətlərindən söz açıb. Azərbaycanla Niderland Krallığı arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün müxtəlif görüşlərin, simpoziumların keçirilməsini, alimlərin mübadiləsinin aparılmasını vurğulayan nazir, bu işdə qeyd olunan ölkənin səfirliyinin üzərinə də mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Niderland Krallığının Azərbaycanla münasibətlərdə təhsil sahəsinə böyük önəm verdiyini qeyd edən səfir səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Səfir öz ölkəsində tibb, kənd təsərrüfatı və biznesin idarə edilməsi istiqamətlərinin geniş inkişaf etdiyini nəzərə alaraq, bu sahədə əməkdaşlıq təklifi ilə çıxış edib. Hər iki ölkənin universitetləri arasında elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın inkişafının məqsədəuyğunluğunu qeyd edən səfir, eyni zamanda öz ölkəsində təhsil sahəsi üzrə İKT-nin tətbiqi istiqamətində görülən işləri diqqətə çatdırıb. Görüşdə ölkəmizdə təhsil sahəsi ilə bağlı təşkil olunan beynəlxalq sərgilərdə Niderland Krallığının iştirakı, qarşılıqlı səfərlərin təşkili və digər bu kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb, eləcə də ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı