• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 28-də Bakı şəhər Əl Oyunları İdman Sarayında “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbir Dövlət himninin səslənməsi ilə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva mərasimi açaraq iştirakçıları salamlayıb. N.Rzaquliyeva məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı və təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Dövlət proqramları çərçivəsində Bakı şəhərinin təhsil müəssisələrində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, bu gün yeni texnologiyaların təhsildə tətbiqi istiqamətində müvafiq tədbirlər həyata keçirilir, kompüterlərdən səmərəli istifadə etmək məqsədilə müəllimlərin İKT bacarıqlarının artırılması işi daim diqqətdə saxlanılır. Tədbirdə iştirak edən Kiyev Şəhər Elm və Təhsil İdarəsinin rəisi Vera Zinovyevna Qoryunova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxışlarında bu tədbirin təhsil sahəsində yeni texnologiyaların səmərəli istifadə olunması və geniş tətbiq edilməsində əhəmiyyətli rolundan bəhs ediblər. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. İştirakçıları salamlayan təhsil naziri bu tədbirin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən artıq ikinci ildir ki, təşkil edildiyini diqqətə çatdırıb və bu işi müsbət dəyərləndirib. Misir Mərdanov qeyd edib ki, ötən ildən fərqli olaraq bu sərgi yalnız bir sahəyə - müasir dövrdə çox aktual və təhsil sistemi üçün vacib olan mövzuya həsr olunub. Bakı şəhərinin təhsil müəssisələrində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi, qəbul imtahanlarında qazanılan nailiyyətlər  və digər məsələlərdən söz açan təhsil naziri Misir Mərdanov müəllim və şagirdlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb, baxış-sərginin açılışı münasibətilə təşkilatçıları təbrik edib. Tədbirdə İKT-nin təhsildə tətbiqindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonra sərgiyə baxış keçirilib. Təhsil naziri Misir Mərdanov və digər qonaqlar sərgidə təşkil olunmuş 15 bölmə - distant təhsil, elektron məktəb, İKT ibtidai siniflərdə, ağıllı lövhə-interaktiv sinif və s. ilə tanış olublar.

Bu günlərdə Avropa liseyi tədrisdə informasiya-kommunikasiya texnologiyaları vasitələrinin səmərəli tətbiqi üçün xüsusi avadanlıqla təchiz olunub.

Müvafiq iş Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-20012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. Təqdim olunmuş avadanlıq dəstində noutbuk, proyektorla yanaşı elektron löhvə də vardır. Müasir texnologiyaların təhsildə istifadəsini genişləndirən elektron lövhə, tədris prosesini tamamilə yeni səviyyədə qurmağa imkan yaradır. Onu da qeyd edək ki, İKT avadanlığı Avropa liseyinə “Elektron məktəb” pilot layihəyə əsasən təqdim olunub. Yaxın müddət ərzində pilot layihədə iştirak edən daha 9 Bakı məktəbi İKT avadanlığı ilə təchiz olunacaq. Pilot layihə 20, 6, 60, 160, 134, 8, 23, 7 saylı və Z.Əliyeva adına orta məktəbləri, həmçinin Avropa liseyini əhatə edir. Layihə çərçivəsində həmin məktəblər fiberoptik kabel vasitəsi ilə yüksək sürətli internetə, Məlumat və Resurs Mərkəzinə çıxışla təmin ediləcəkdir.

Fevralın 1-də təhsil naziri Misir Mərdanov Gürcüstan prezidentinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri Azərbaycanla Gürcüstan arasında təşəkkül tapmış tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrindən bəhs edib. Misir Mərdanov Azərbaycan və Gürcüstan prezidentlərinin şəxsi münasibətlərinin ölkələrimiz arasındakı hərtərəfli əməkdaşlığa olduqca müsbət təsir göstərdiyini vurğulayıb. Digər istiqamətlərdə olduğu kimi, ölkələrimiz arasında təhsil sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyəti barədə fikirlərini bildirən Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniya bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib. Qonaq deyib ki, Azərbaycanın təhsil müəssisələri ilə tanışlıq və ali məktəblər arasında əlaqələrin inkişafı yollarının müzakirəsi onları maraqlandıran məsələlərdəndir. Azərbaycanın Gürcüstanda təhsilin inkişafına hər zaman kömək etdiyini bildirən Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva rəhbərlik etdiyi muzeydə Azərbaycan dilində olan yeni kitablara ehtiyac duyulduğunu nəzərə çatdırıb. Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun Gürcüstanda tədris ocaqlarının təmirində, dərslik və əlavə vəsaitlərlə təminatında yaxından iştirak etdiyini söyləyən təhsil naziri Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə lazım olan kitabların göndərilməsi üçün müvafiq addımların atılacağını deyib. Nazir təhsil sahəsindəki qarşılıqlı əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. Misir Mərdanov ölkəmizin bir sıra ali və orta təhsil müəssisələri ilə tanışlığın Azərbaycanın təhsil sistemi haqqında qonaqlarda xoş təəssürat yaradacağına inamını ifadə edib.

Sentyabrın 9-da "Trend" İnformasiya Agentliyinin Beynəlxalq Mətbuat Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda təhsil naziri Misir Mərdanov iştirak edib.

Mətbuat konfransının açılışından sonra "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov rəhbərlik etdiyi müəssisənin gördüyü işlər barədə qısa məlumat verərək təşkilatçılıq etdikləri tədbirlərə göstərdikləri maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova və mətbuat nümayəndələrinə minnətdarlığını bildirib. Sonra "Təhsil və Karyera" sərgisinin meneceri Xəyal Əliyeva sərginin təşkili ilə bağlı məlumat verib. Təhsil naziri Misir Mərdanov sərgi haqqında məlumat verərək bildirib ki, 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisində dünyanın 12 ölkəsindən 53 təşkilat və şirkət təmsil olunacaq ki, bu da ötənilki iştirakçıların sayından 25 faiz çoxdur. Nazir qeyd edib ki, sərgiyə Azərbaycan təhsil sistemindən Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Peşə Liseyi və digərləri qatılacaqlar. Nazir deyib ki, ilk dəfə olaraq qeyri-hökumət gənclər təşkilatlarının və birliklərinin iştirak edəcəyini sərgidə orta və ali təhsil, xaricdə təcrübə və iş, ixtisasın artırılması üzrə dil kursları və treninqlər, işəgötürmə, təhsil ədəbiyyatı və təhsil sahəsində informasiya texnologiyaları kimi bölmələr təqdim ediləcək. "Təhsil və karyera-2009" sərgisinin ekspozisiyasına yeni sektorların əlavə olunacağını nəzərə çatdıran Misir Mərdanov ilk dəfə olaraq sərgidə məktəbli forması, orta məktəbə hazırlıq proqramları və testlər nümayiş etdirilən sektorun yer alacağını vurğulayıb. Builki sərginin fərqli məqamlarından söz açan Misir Mərdanov karyera sektorunun geniş ekspozisiyasına Böyük Britaniya təşkilatları, ABŞ Ali Biznes Məktəbi və digər təşkilatların daxil olacağını qeyd edib. İlk dəfə olaraq "Təhsil və karyera" sərgisində İsveçrə tərəfindən mehmanxana işinin idarəolunması üzrə ali məktəbin və mövcud əmək bazarının müasir tələblərə uyğunlaşması üçün konsaltinq, treninq və seminarlar təklif edən şirkətlərin iştirak edəcəyini söyləyən nazir onu da bildirib ki, üç gün ərzində onlayn rejimində tədris proqramları, treninqlər, kurslar reallaşdırılacaq, aparıcı mütəxəssislər tərəfindən "Təqdimat bacarıqları" mövzusuna dair təkmilləşdirmə məşğələləri təşkil olunacaq, "Uşaq ili"nə həsr olunmuş tədbirlər planını gerçəkləşdirməklə "Təhsil və karyera" sərgisində uşaq evləri və internatlar üçün kitab yığımı üzrə "Kitab hədiyyə et!" adlı xeyriyyə aksiyası keçiriləcək. Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Sentyabrın 10-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışı olub.

Açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb, keçirilən tədbirin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, sərgiyə əvvəlki illərdən fərqli olaraq orta və texniki peşə məktəblərinin nümayəndələri də qatılıb. "Təhsil və karyera" sərgisinə olan marağın beynəlxalq səviyyədə inkişaf etdirilməsinin vacibliyinə toxunan təhsil naziri Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının sərgidə daha fəal iştirak etmələrinin zəruriliyini vurğulayıb. Gənclər və İdman Nazirliyinin, Ticarət və Sənaye Palatasının, "İteca Caspian" şirkətinin nümayəndələri və digər şəxslər çıxış edərək sərginin işinə uğurlar arzulayıblar. Sonra sərgiyə baxış keçirilib. Sərgidə iştirak edən təhsil müəssisələrinin nümayəndələri iştirakçılara əhatəli məlumatlar veriblər.

Fevralın 5-də Təhsil Nazirliyində «Səmərəli məktəb layihəsi»nin təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) reallaşdırdığı «Səmərəli məktəb layihəsi» Dünya Bankı tərəfindən maliyyələşdirilir. 2010-cu ilin noyabr ayında həyata keçirilməsinə başlanılmış, icra müddəti 2 il olan layihədə 2-si Bakıdan, 9-u respublikanın digər şəhərlərindən olmaqla 11 məktəb iştirak edir. Təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayıb və layihənin icra edildiyi məktəblərin nümayəndələri ilə tanış olub. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə layihə haqqında ətraflı məlumat verib. E.Kazımzadə bildirib ki, layihənin əsas məqsədi məktəblərdə öyrənən mühitin yaradılması və məktəblərin öyrənən təşkilat kimi formalaşdırılmasıdır. Öyrənən mühitin yalnız şagirdləri deyil, bütün məktəb heyətini əhatə etdiyini vurğulayan MTTYM-nin direktoru deyib ki, öyrənən mühitdə şagird nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin davamlı peşəkar inkişafı əsas məqsədlər kimi qəbul olunur. Paylaşdırılmış liderliyin yaradılması, məktəb heyətinin İKT bacarıqlarının təkmilləşdirilməsi və kitabxananın öyrənən mərkəz kimi möhkəmləndirilməsini əsas məqsədlərə xidmət edən hədəflər kimi səciyyələndirən E.Kazımzadə tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün məktəb daxilində müəllimlərin peşəkarlığının artırılmasının əhəmiyyətindən söz açıb. E.Kazımzadə bildirib ki, bu iş eksperiment kimi həyata keçirildiyindən layihənin reallaşdırılması üçün, ilk növbədə ölkənin ayrı-ayrı şəhərlərindəki qabaqcıl məktəblər seçilib. Sonra E.Kazımzadə layihənin «Diaqnostika mərhələsinin ilkin nəticələri» mövzusunda təqdimat edib. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova, proqram meneceri Yuliya Kərimova, İKT üzrə mütəxəssisi Aygün Əzizova «Səmərəli məktəb layihəsi»nin konsepsiya və komponentləri, eləcə də saytı barədə məlumat veriblər. Təhsil naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən bu layihənin son nəticədə məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib. Məktəb kitabxanalarının fəaliyyəti ilə bağlı fikirlərini nəzərə çatdıran nazir bu məsələyə xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulayıb. Sonda layihənin ilkin mərhələsinin nəticələrinə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr barədə müvafiq təkliflər irəli sürülüb və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Fevralın 5-də Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün “Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində görülmüş işlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, layihəni reallaşdiran “Nobel-T” MMC-nin əməkdaşları, Bakı şəhərindəki 219 nömrəli evdə məktəbin layihənin həyata keçirilməsi üçün cəlb olunmuş 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagird və müəllimi iştirak edib. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması məqsədilə “Elektron Təlimləndirən Sistemlər” layihəsi işlənib hazırlanıb. Layihə üzrə görülmüş işlərin gedişi ilə tanış olmaq üçün bir neçə dəfə müvüfiq tədbirlərin keçirildiyini bildirən nazir deyib ki, layihənin əsas məqsədi məsafədən təhsilin inkişafı, layihəyə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma imkanlarının artırılması, onların kompüter və elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi və internetə çıxış imkanlarının yaxşılaşdırılmasından ibarətdir. Layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirləri nəzərə çatdıran təhsil naziri, ilk növbədə 30 şagird və 7 müəllim heyətinə ən yeni proqramlarla təchiz olunmuş noutbukların təqdim ediləcəyini bildirib. Nazir deyib ki, dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrilan tədris məkanı yüksək sürətli internet və intranet bağlantılarla təchiz olunacaq, təlim məsafəsi əsasında 16 təlimçi müəllim heyəti hazırlanacaq, təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməyi ilə təlim məsəfəsi əsasında təlimlər təşkil olunacaq. Layihənin həyata keçirilməsində Heydər Əliyev Fondunun göstərdiyi dəstəkdən bəhs edən təhsil naziri bu işdə əməyi olan bütün təşkilatlara təşəkkürünü bildirib. Sonra təhsil naziri Bakı şəhətindəki 219 nömrəli evdə məktəbin 30 şagird və müəlliminə noutbuklar, sertifikatlar təqdim edib, onlara uğurlar arzulayıb. 219 nömrəli evdə məktəbin direktoru Sədaqət Məmmədova bu layihənin əhəmiyyətindən danışıb, göstərdikləri yüksək qayğıya görə Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, “Nobel-T” MMC-yə, eləcə də rəhbərlik etdiyi tədris ocağının müəllim və şagirdlərinə təşəkkürünü bildirib.

2009-2010-cu tədris ilində ölkəmizin 4569 orta ümumtəhsil məktəbində 1 427 910 şagird təhsil alacaq.

Onların təlim-tərbiyəsi ilə 170 000 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125 114 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 600 şagird qəbul olunub. Növbəti tədris ilində 37 dövlət ali təhsil müəssisində 110 670, 16 özəl ali məktəbdə isə 19 690 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1 960 müəllim çalışır.

Fevralın 8-də “Hyatt Recency” otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin yekun konfransı keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri, Azərbaycanın dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bu tədbirin Azərbaycan təhsili üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanda ilk peşə ixtisas təhsili (İPİT) üçün yeni milli strategiyanın formalaşdırılması və işəgötürənlərin ehtiyacları üzərində qurulmuş yeni İPİT proqramlarının hazırlanması və sınaqdan keçirilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən söz açıb. "İlk peşə ixtisas təhsilinin mövcud vəziyyəti, problemlər və perspektivlər" mövzusunda təqdimatla çıxış edən təhsil naziri ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulunun vəziyyəti, bu sahənin maliyyələşdirilməsi, peşə təhsili müəssisələrində mövcud olan problemlər haqqında ətraflı məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın təsdiq edilməsindən sonra bu sahədə ciddi dəyişikliklərin baş verdiyini vurğulayan Misir Mərdanov Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. İlk peşə ixtisas təhsili müəssisələri ilə işəgötürənlər arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə toxunan nazir peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən də bəhs edib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobya Azərbaycanda İPİT sisteminin inkişafı istiqamətində təmsil etdiyi təşkilatın atdığı birgə addımlardan söz açıb. “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin rəhbəri Ann Castis, beynəlxalq ekspertlər Devid Hardi və Aleksandr Siboni öz təqdimatlarında keyfiyyətli İPİT sisteminin davamlılığını və gələcək inkişafını təmin etmək üçün tətbiq edilən proseduralar barədə ətraflı məlumat veriblər. Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, “İmproteks” Şirkətlər Qrupunun vitse-prezidenti Vüqar Ələkbərov, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin yeni yaradılmış İsmayıllı Peşə Tədris Mərkəzi, biznesin inkişaf etməsi və uğur qazanılmasına İPİT sisteminin təsiri barədə təqdimatları dinlənilib. Çıxışlarda qeyd olunub ki, layihənin və layihə çərçivəsində hazırlanmış yeni Milli Strategiyanın əsas üstünlüyü ondan ibarətdir ki, dövlət orqanları ilə işəgötürənlər arasında sıx əməkdaşlıq, işəgötürənlərin spesifik ehtiyaclarının ödənilməsi tələbləri sənədin ana xəttini təşkil edir. Konfransı yekunlaşdıran təhsil naziri "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin Azərbaycanda İPİT sisteminin müasir tələblər səviyyəsində təşkilinə ciddi təkan verəcəyinə inamını ifadə edib.

Fevralın 9-da təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya üzrə meneceri Herbert Strobel, layihə üzrə məsləhətçi Rudiger Heininq və layihə üzrə köməkçi Marian Strobellə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Bu işin hazırda da davam etdirildiyini nəzərə çatdıran Misir Mərdanov “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”ni yüksək dəyərləndirərək, bununla bağlı Təhsil Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin uğurla yekunlaşdığını qonaqların diqqətinə çatdıran təhsil naziri yeni layihənin  ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsinə layiqli töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır. Təhsil naziri, həmçinin ölkəmizin bir neçə ilk peşə ixtisas təhsili müəssisəsində bu istiqamətdə iş aparılması təklifi ilə çıxış edib. Görüşdə layihənin başlanması məqsədilə müqavilə şərtlərinin müəyyənləşdirilməsi, cari ilin iyulunadək müqavilənin bağlanılmasının nəzərdə tutulduğu və bununla bağlı müvafiq qurumlarla birgə iş aparılması barədə fikirlər səsləndirilib. Təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün təşəkkür edən “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya üzrə meneceri Herbert Strobel öncə ötən gün keçirilmiş “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin yekun konfransını yüksək dəyərləndirib. “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi” üzrə məsul qurumlarla birgə görüləcək işlərdən danışan qonaq bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sənədin hazırlanması, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas tədbirlərdəndir. Herbert Strobel Gəncə şəhərində bununla bağlı müvafiq treninqlərin keçirildiyini nəzərə çatdırıb. Daha sonra qeyd edilib ki, 4 alt komponentdən ibarət olan “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi” üzrə müqavilə sənədinin ilkin olaraq martın 15-dək hazırlanması nəzərdə tutulur. Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili və layihənin uğurlu həyata keçirilməsi üçün bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı