• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 16-da təhsil naziri Misir Mərdanov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlinde ilə görüşüb.

Təhsil naziri qonağı səmimi salamlayaraq ölkəmizlə Niderland Krallığı arasındakı əlaqələrdən və bu əlaqələr çərçivəsində təhsil sahəsində əməkdaşlığın perspektiv istiqamətlərindən söz açıb. Azərbaycanla Niderland Krallığı arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün müxtəlif görüşlərin, simpoziumların keçirilməsini, alimlərin mübadiləsinin aparılmasını vurğulayan nazir, bu işdə qeyd olunan ölkənin səfirliyinin üzərinə də mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Niderland Krallığının Azərbaycanla münasibətlərdə təhsil sahəsinə böyük önəm verdiyini qeyd edən səfir səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Səfir öz ölkəsində tibb, kənd təsərrüfatı və biznesin idarə edilməsi istiqamətlərinin geniş inkişaf etdiyini nəzərə alaraq, bu sahədə əməkdaşlıq təklifi ilə çıxış edib. Hər iki ölkənin universitetləri arasında elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın inkişafının məqsədəuyğunluğunu qeyd edən səfir, eyni zamanda öz ölkəsində təhsil sahəsi üzrə İKT-nin tətbiqi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Görüşdə ölkəmizdə təhsil sahəsi ilə bağlı təşkil olunan beynəlxalq sərgilərdə Niderland Krallığının iştirakı, qarşılıqlı səfərlərin təşkili və digər bu kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb, eləcə də ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.


10 il əvvəl