SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 1-də təhsil naziri Misir Mərdanov Gürcüstan prezidentinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Azərbaycanla Gürcüstan arasında təşəkkül tapmış tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrindən bəhs edib. Misir Mərdanov Azərbaycan və Gürcüstan prezidentlərinin şəxsi münasibətlərinin ölkələrimiz arasındakı hərtərəfli əməkdaşlığa olduqca müsbət təsir göstərdiyini vurğulayıb.
Digər istiqamətlərdə olduğu kimi, ölkələrimiz arasında təhsil sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyəti barədə fikirlərini bildirən Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniya bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib. Qonaq deyib ki, Azərbaycanın təhsil müəssisələri ilə tanışlıq və ali məktəblər arasında əlaqələrin inkişafı yollarının müzakirəsi onları maraqlandıran məsələlərdəndir.
Azərbaycanın Gürcüstanda təhsilin inkişafına hər zaman kömək etdiyini bildirən Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva rəhbərlik etdiyi muzeydə Azərbaycan dilində olan yeni kitablara ehtiyac duyulduğunu nəzərə çatdırıb.
Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun Gürcüstanda tədris ocaqlarının təmirində, dərslik və əlavə vəsaitlərlə təminatında yaxından iştirak etdiyini söyləyən təhsil naziri Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə lazım olan kitabların göndərilməsi üçün müvafiq addımların atılacağını deyib. Nazir təhsil sahəsindəki qarşılıqlı əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. Misir Mərdanov ölkəmizin bir sıra ali və orta təhsil müəssisələri ilə tanışlığın Azərbaycanın təhsil sistemi haqqında qonaqlarda xoş təəssürat yaradacağına inamını ifadə edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl