SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 12-də Təhsil Nazirliyində Tərbiyə və məktəbdənkənar müəssisələr və Akkreditasiya şöbələrinin 2010-cu ildəki fəaliyyətlərinə dair hesabatları dinlənilib.
Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov çıxış edərək rəhbərlik etdiyi şöbənin vəzifələri, əməkdaşların vəzifə bölgüsü, digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əlaqələri barədə məlumat verib. Ölkə Prezidentinin Azərbaycanın görkəmli bəstəkar, şair və yazıçılarının yubileylərinin keçirilməsi haqqında sərəncamlarından irəli gələn vəzifələrin icrası, uşaq hüquqlarının təbliği, narkomaniyaya ilə bağlı maarifləndirmə və insan alverinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsindən danışan A.İbrahimov ötən il Tələbə-Gənclər Təşkilatları İttifaqının yaradılmasını, “Təhsil və karyera” sərgisinin keçirilməsini də iştirakçıların diqqətinə çatdırıb. Şöbə müdiri hesabat-təqdimatında ekologiya sahəsində təhsil və maarifləndirmə işlərinin təşkilindən, uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılığının aşkar edilməsi, idman və şahmatın inkişafı istiqamətində atılan addımlardan, şahmat məktəbləri üçün yeni binaların istifadəyə verilməsindən, şahmatçılarımızın Avropa, Dünya birinciliklərində və çempionatlarında qazandıqları uğurlardan söz açıb. A.İbrahimovun verdiyi məlumata görə, ötən il yeniyetmə şahmatçılarımız 10 qızıl medal olmaqla 15 medal qazanıb. Bildirilib ki, bu ilin əvvəlinə olan orta reytinq göstəricilərinə görə dünyanın 10 ən güclü şahmat ölkəsi içərisində Azərbaycan 5-ci yerdədir.
A.İbrahimov öz çıxışında turizm və diyarşünaslıq tədbirlərinin, hərbi-idman oyunlarının, “Azərbaycan haqqında nə bilirəm” I Respublika müsabiqəsinin, tələbələrin bədii-yaradıcılıq festivalının keçirilməsi barədə məlumat verib, habelə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Rəhbərlik etdiyi Akkreditasiya şöbəsinin bir ilə yaxın müddət ərzində fəaliyyət göstərdiyini qeyd edən Həbib Zərbəliyev 2010-cu ildə görülmüş işlər barədə hesabatla çıxış edib. H.Zərbəliyevin verdiyi məlumat görə, Akkreditasiya şöbəsi Təhsil Nazirliyinin müvafiq əmri ilə “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi” alt komponenti çərçivəsində aparılan islahatlara və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq yaradılıb. Şöbənin hüquq və vəzifələri, əməkdaşların vəzifə bölgüsü, iş planının 5 istiqamət üzrə müəyyənləşdirildiyi barədə danışan H.Zərbəliyev təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi və lisenziyalaşdırılması ilə əlaqədar görülmüş işləri vurğulayıb. Şöbə müdiri qeyd edib ki, 2010-cu ildə akkreditasiyası keçirilmiş 15 təhsil müəssisəsindən 8-i ali, 5-i orta ixtisas, 2-si isə ilk peşə-ixtisas təhsili müəssisəsidir.
H.Zərbəliyev şöbəyə lisenziya ilə bağlı daxil olan müraciətləri, əməkdaşların müxtəlif regional seminarlarda və beynəlxalq konfranslarda iştirakını nəzərə çatdırıb, eyni zamanda 2011-ci ildə lisenziya müddəti uzadılacaq və akkreditasiyası keçiriləcək təhsil müəssisələri haqqında məlumat verib.
İclasda akkreditasiya işinin aparılması ilə bağlı səmərəli təkliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov hər iki şöbəyə tövsiyələrini verib, Akkreditasiya şöbəsinin 2011-ci il üzrə iş planına müvafiq məsələlərin daxil edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl