• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi aprel ayının 4-dən 10-dək “Təhsil” Respublika İdman Mərkəzi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbində IX-X əsrlərdə yaşamış görkəmli Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr olunmuş şahmat üzrə respublika çempionatı keçirib.

Çempionatda ümumilikdə ölkəmizin 46 şəhər və rayonundan 110 oğlan və 44 qız şahmatçı iştirak edib. 9 turdan ibarət olan və İsveçrə sistemi üzrə keçirilən yarışda iştirakçılar üç yaş qrupunda mübarizə aparıblar.Hər yaş qrupunda oğlanlar və qızlar arasından ayrı-ayrılıqda 4 qalib müəyyənləşdirilib.Həmçinin, bütün yaş qrupları üzrə fərdi qarşılaşmaların ümumi nəticələrinə görə iştirakçı şəhər və rayonların komandaları müvafiq yerlərə layiq görülüb.Onlardan paytaxtı təmsil edən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin,Gəncə şəhərinin,Neftçala rayonunun və Bakı şəhərinin I komandaları daha yüksək nəticələrə nail olublar. Qaliblər Təhsil Nazirliyi tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə təltif edilib.

Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşa şəhəri Üzeyir bəy Hacıbəyli adına 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd edilib.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Qonaqlar, o cümlədən bir sıra dövlət qurumlarının rəsmiləri, xarici ölkələrin səfirləri foyedə rəssam Rövşən Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri və mənzərələrindən, 1 nömrəli orta məktəbin məzunlarının qızıl və gümüş medallarından, müxtəlif dövrlərə aid şəkillərdən, şagirdlərin Vətən mövzusunda yazdıqları inşalardan ibarət sərgiyə baxıblar. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra “Mənim doğma məktəbim” sənədli filmi nümayiş olunub. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil müəssisəsinin pedaqoji kollektivinə ünvanladığı təbrik məktubunu nəzərə çatdırıb, dövlət başçısının sərəncamları ilə təhsil sahəsində xidmətlərinə görə bir nəfərin “Əməkdar müəllim” fəxri adı və iki nəfərin isə “Tərəqqi” medalı ilə təltif edildiyini vurğulayıb. Ölkə rəhbərinin təhsil işçilərinə göstərdiyi daimi diqqət və qayğı sayəsində son illərdə qazanılan uğurlardan söz açan nazir Azərbaycanda ilk dünyəvi məktəblərdən biri olan Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivini təbrik edib, onlara müqəddəs işlərində daha böyük uğurlar arzulayıb. Son illərdə respublikamızda məktəb və əlavə tədris korpusu tikintisi sahəsində əldə olunmuş nailiyyətlərə toxunan təhsil naziri bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Heydər Əliyev Fondunun dəstəyi ilə 1 nömrəli orta məktəb üçün yeni tədris binasının inşa olunmasının nəzərdə tutulduğunu söyləyən Misir Mərdanov tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına və tədris ocağının yenə də qədim Şuşa şəhərində uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib. Xalqın intellektual potensialının inkişafını hər zaman diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1982-ci ildə Şuşa şəhəri 1 nömrəli orta məktəbin 150 illik yubileyinin keçirildiyini xatırladan təhsil naziri deyib ki, bütün bunlar tədris ocağının üzərinə düşən məsuliyyət yükünü daha da artırır və pedaqoji kollektivi yeni-yeni nailiyyətlərə ruhlandırır. Yubiley münasibətilə Şuşa şəhəri 1 nömrəli orta məktəbdə çalışan işçilərin Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı və Fəxri fərmanları ilə təltif olunduğunu qeyd edən nazir belə bir möhtəşəm tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Mərasimdə çıxış edən Şuşa rayonu İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, 1 nömrəli orta məktəbin direktoru Sevil Babayeva, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, tədris ocağının məzunu, hazırda Moskvada yaşayan fizika-riyaziyyat elmləri namizədi Şünasi Xəlilov və başqaları Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə diqqətindən bəhs edib, təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlərin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Daha sonra yubiley mərasiminin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin oktyabr və noyabr aylarında 1854 müraciət daxil olub.

Həmin müraciətlərdən 1535-i telefonla, 319–u isə elektron poçt vasitəsilə qəbul edil­ib. Qeyd edək ki, bu aylar ərzində sorğu xarakterli müraciətlərin çoxu məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə dair məsələlərlə bağlı olub. Müraciətlərin digər qismi isə məktəbli forması, dərs bölgüsü, xaricdə təhsil, özəl ali məktəblər və s. məsələlərə aid problemləri əhatə edib. Ümumtəhsil məktəbləri ilə əlaqədar müraciətlərin 207-si Bakıdan, 11-i Yardımlıdan, 10-u Sumqayıtdan, hər birindən 5-8 olmaqla Cəlilabad, Quba, Goranboy, Göygöl və Mingəçevirdən, hər birindən 3 olmaqla Lerik, Daşkəsən, Ağsu, Şamaxı və Samuxdan qəbul olunub. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu, ödəniş haqqı, iş rejiminə dair və s. sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən cavablandırılıb. Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, dərsliklərin şagirdlərə çatdırılması, habelə ali təhsil müəssisələrinə tələbələrin köçürülmə və bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması və s. ilə bağlı çoxsaylı sorğulara xidmət əməkdaşları və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən aydınlıq gətirilib. Ötən iki ay ərzində Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar daha çox müraciət qəbul olunub. Bu təhsil müəssisəsinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin 01.09.2010-cu il tarixli 1200 nömrəli əmrinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb. “Qaynar xətt” xidmətinə daxil olan şikayət xarakterli müraciətlər diqqətlə araşdırılıb və onları törədən amillərin aşkar olunub aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirilib. Bütün müraciətlərin təxminən 10 faizdən çoxunu təşkil edən bu şikayətlər Təhsil Nazirliyinin mərkəzi və yerli struktur bölmələri tərəfindən araşdırılıb. Bir çox hallarda həmin şikayətlərin müəllifləri anonim olub, bir qisim müraciət müəllifləri şikayətlərini geri götürdüklərinə dair yazılı izahat verib, digər müraciətlərdə günahı olanlara qarşı müəyyən tədbirlər görülüb. İki ay ərzində Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər digər rayonlardan qəbul edilmiş müraciətlərdən daha çox olub və onların sayı 30-a yaxındır. Müraciətlərin əksəriyyətində Abşeron rayon məktəblərində bir neçə dəfə məcburi qaydada məktəbli formasının satışının təşkil edildiyi bildirilib. Qeyd olunan məsələ ilə əlaqədar araşdırma aparıldıqdan sonra Təhsil Nazirliyində müzakirə keçirilib və Abşeron Rayon Təhsil Şöbəsinin müdirinə yaranmış problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsanı olanlar tənbeh edilib, onlara irad bildirilib və töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. Belə ki, Xətai rayonundakı 257 saylı məktəbin riyaziyyat müəlliminə dərs zamanı pedaqoji prinsipləri pozduğuna, müəllim-şagird münasibətində ifrata vardığına və şagirdlərlə kobud davranışına görə axırıncı xəbərdarlıqla şiddətli töhmət verilib. Abşeron rayonu  Xırdalan şəhərindəki 1 saylı orta məktəbin müəllimi isə məktəbli formasının satışında təlimata zidd olaraq iştirakına görə işdən azad edilib.

Dekabrın 8-də Təhsil Nazirliyi ilə Avropanın ən iri tikinti materialları istehsalçılarından biri olan “KNAUF İnternational GmbH” arasında niyyət protokolu imzalanıb.

Niyyət protokoluna əsasən ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələrində “Quru inşaat ustası” peşəsi üzrə ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Bakının 4 və 18, Gəncənin 3 saylı peşə liseylərində yeni dərs ilindən mütəxəssis hazırlığına başlamaq planlaşdırılır. Həmin liseylərdə yeni ixtisas üçün ayrılmış sinif otaqlarında və emalatxana sahələrində “KNAUF İnternational GmbH” tərəfindən tədris və təlim üçün lazım olan avadanlıq quraşdırılacaqdır. Eyni zamanda liseyin istehsalat təlimi ustaları və ixtisas müəllimləri yeni peşə üzrə xüsusi hazırlıq keçəcəklər.

Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının açılış mərasimi olub.

Tədbirdə təhsil naziri Misir Mərdanov, ali məktəb rektorları, müəllimlər və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq tədbir iştirakçılarını salamlayıb. Nazir deyib ki, artıq 15 ildir ənənəvi olaraq keçirilən doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransına qatılan iştirakçıların sayının ilbəil artması gənclərin elmə daha həvəslə yanaşması və bu konfransa olan rəğbətin təzahürü kimi qiymətləndirilə bilər. Ölkəmizdə təhsil islahatının uğurla həyata keçirilməsindən söz açan Misir Mərdanov onu da bildirib ki, iki gün davam edəcək konfransın işi müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə təşkil edilib, bütün ali təhsil müəssisələrinin, o cümlədən qeyri-dövlət ali məktəblərinin doktorant və gənc tədqiqatçılarının iştirakı üçün şərait yaradılıb və 20 ali məktəbdən 401 tezis təqdim olunub. “Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2010-cu il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının konfransda “Ən yaxşı məruzəyə görə” akademik Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi barədə birgə qərar qəbul etdiyini, həmin mükafatların konfransın yekununda təqdim olunmasının nəzərdə tutulduğunu söyləyən nazir, həmçinin bölmələrin işində fəal iştirak edən tədqiqatçılara Təhsil Nazirliyi tərəfindən sertifikatların təqdim olunacağını vurğulayıb. Belə konfransların Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcəyinə inamını ifadə edən təhsil naziri çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb. Sonra təhsil nazirinin müavini İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Dövlət Universitetinin doktorantı Ziya Əmrahov və başqaları çıxış edib, doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının əhəmiyyəti barədə fikirlərini bildiriblər. Konfrans öz işini bölmələr üzrə davam etdirir.

Aprelin 14-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsini keçirən fənn komissiyalarının üzvləri, bu mərhələ üzrə təyin olunmuş məktəblərin direktorları və direktor müavinləri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan nazir dövlət başçısının 4 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirildiyini qeyd edib. Ötən il olduğu kimi, bu il də müsabiqələrlə əlaqədar Təhsil Nazirliyində Təşkilat Komitəsinin yaradıldığını bildirən Misir Mərdanov iştirak üçün 450 nəfərin ərizəsinin həmin komitəyə daxil olduğunu nəzərə çatdırıb. Nazir əlavə edib ki, müvafiq ekspertiza 4 nəfərin sənədinin müəyyən şərtlərə uyğun gəlmədiyini aşkarlayıb. Misir Mərdanov sənədləri qəbul olunmuş müəllimlərin göstəricilərinin müvafiq əmsallar tətbiq edilməklə 16 parametr üzrə qiymətləndirildiyini və 10 ballıq sistemə uyğunlaşdırıldığını, habelə 217 nəfərin növbəti mərhələyə buraxıldığını bildirib. Müşavirədə Misir Mərdanov II mərhələdə iştirak edən müəllimlərin sınaq dərsləri keçməsi üçün hər fənn üzrə ayrı-ayrı məktəblərin, ümumilikdə bu məqsədlə Bakı şəhərində 35 orta təhsil müəssisəsinin müəyyənləşdirildiyini vurğulayıb. Nazir dinləniləcək dərslərin qiymətləndirilməsi meyarlarını, fənn komissiyalarının tərkibinə ötən il keçirilmiş müsabiqə qaliblərindən 31 nəfərin daxil ediləcəyini və II mərhələyə keçən müəllimlərlə görüş təşkil olunacağını iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda nazir bu işdə obyektivliyin və ədalətliliyin təmin olunmasının, məsul şəxslərin işə daha ciddi yanaşmasının xüsusilə əhəmiyyətli olduğundan söz açıb.  Tədbirdə o da məlum olub ki, iştirakçılar arasında ibtidai sinif müəllimlərinin sayı 46 nəfərdir. Digər fənlər üzrə müəllimlərin sayı– ingilis dili 44, tarix 27, riyaziyyat 19, Azərbaycan dili və ədəbiyyat 18, biologiya 15, fizika və kimya fənlərinin hər biri 10, coğrafiya 8, informatika 6, rus dili 4, alman və fransız dilləri, musiqi, fiziki tərbiyə və iqtisadiyyatın əsasları üzrə hər biri 2 nəfərdən ibarətdir. Müsabiqədə 40 rayon və şəhərin, Təhsil Nazirliyinin nəzdindəki lisey və gimnaziyaların, universitetlərin nəzdindəki məktəblərin və 1 özəl məktəbin müəllimləri təmsil olunurlar. Sonda ən yaxşı müəllim müsabiqəsinin II mərhələsi üzrə sınaq dərslərinin aprelin 20-dən etibarən dinlənilməsinə başlanılacağı qeyd olunub.

Dekabrın 13-də Avropa İttifaqının maliyyə dəstəyilə Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.

İclasda layihənin İdarəetmə Komitəsinin dördüncü hesabatı dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. İclas iştirakçılarını salamlayan təhsil nazirinin müavini İsgəndər İsgəndərov Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin məqsədləri və indiyə qədər görülmüş işlər barədə məlumat verib. İsmayıllı rayonunda Turizm Peşə Təhsili Kompleksinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan İ.İsgəndərov layihənin icra edilməsi üçün yaradılmış İdarəetmə Komitəsinin fəaliyyətinin uğurla davam etdiyini və qarşıda duran vəzifələrin həllində qərarlı olduğunu nəzərə çatdırıb. Layihə çərçivəsində Britaniya Şurası tərəfindən bir sıra tədris səfərlərinin təşkil edildiyini bildirən nazir müavini kurikulumların hazırlanması, onların tətbiqi və qiymətləndirmə sahəsində görülən işlərə diqqət çəkib, tədris ocağının uğurla fəaliyyət göstərməsi üçün Təhsil Nazirliyinin atdığı addımlardan bəhs edib. Dağlıq Şirvan iqtisadi rayonunda əmək bazarının öyrənildiyini söyləyən Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bildirib ki, İsmayıllı Turizm Peşə Təhsili Kompleksində ehtiyac duyulan sahələr üzrə kadrlar hazırlanacaq. Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti, Britaniya Şurası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Təhsil Problemləri İnstitutu, İqtisadi İslahatlar Elmi Tədqiqat Mərkəzi və Turizm İnstitutu nümayəndələrinin birgə səyi nəticəsində “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi uğurla davam etdirilir. “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin rəhbəri Ann Castis layihənin məqsəd və vəzifələri, eləcə də əldə olunmuş nailiyyətlər barədə təqdimat-məruzə edib. Azərbaycan texniki peşə təhsilinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu pilot məktəbin fəaliyyətinin düzgün qurulmasının vacibliyini önə çəkən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Mikolaj Bekasiak, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyev, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Rəna Abdullayeva və başqaları çıxış edib, məsələ ilə bağlı fikirlərini bildiriblər.

Aprelin 13-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizə gəlmiş missiyası ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir Təhsil Sektorunun İnkişafı üzrə I layihə çərçivəsində fəaliyyət istiqamətləri və bu layihənin müddətinin uzadılması məsələsindən söz açıb. Nazir ilkin layihədə qeyd olunan tapşırıqların həyata keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər, müəllim və peşə hazırlığı, yeni kurikuluma keçid və bununla bağlı dərslik komplektlərinin hazırlanması, qiymətləndirmə üzrə aparılan işlər barədə qonağa məlumat verib. Eyni zamanda nazir 2009-2010-cu tədris ili üzrə orta məktəblərin II sinifləri üçün dərsliklərin hazırlanması istiqamətində müvafiq iş aparıldığını, mayın sonunadək nəzərdə tutulan komplektlərin hazır olacağını bildirib. Nazir, həmçinin əlavə təhsil, adambaşına maliyyələşdirmə və rasionallaşdırma üzrə tədbirlərin də diqqət mərkəzində olduğunu qeyd edib. Missiyanın rəhbəri, Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno nazirə görülən işlərlə bağlı ətraflı məlumat verdiyi üçün təşəkkür edib.X.Moreno II layihədə nəzərdə tutulan məsələlər üzrə nazirliyin müvafiq şöbələrində görüşlər keçirdiklərini və səmərəli müzakirələr apardıqlarını qeyd edib. Qonaq, həmçinin təhsil statistikası üzrə nazirliyin onlara təqdim etdiyi hesabatdan razılığını ifadə edib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə II layihədə nəzərdə tutulan digər məsələlər ətrafında müzakirələr aparılıb.

Dekabrın 13-də Almaniyanın Konrad Adenauer Fondu tərəfindən "Hyatt Regency" otelinin "Bakı" zalında "Demokratiya Sizinlə başlayır" layihəsinin təqdimatı keçirilib.

Məlumat üçün qeyd edək ki, cari dərs ilindən başlayaraq Bakıdakı 5, 177, 138, 183, 279, 238, 308, Gəncədəki 6, 21, 43, Şirvan şəhərindəki 9, 10, Qusar rayonu 1, 3 və 6, Göyçay rayonu 1, 3, Astara rayonu 1, 2 nömrəli və Maşxan kənd məktəblərində “Demokratiya Sizinlə başlayır” layihəsi həyata keçirilməkdədir. Layihə IX-X sinif şagirdləri və həmin siniflərdə tarix, insan və cəmiyyət fənlərini tədris edən müəllimləri əhatə edir. Pilot məktəblərdən seçilmiş 60 nəfər müəllim üçün nəzərdə tutulmuş təlimlər 14-18 dekabr tarixlərində beynəlxalq ekspertlər tərəfindən keçiriləcəkdir. Layihənin məqsədi şagird və müəllimlərin demokratik idarəetmə üzrə bilik və bacarıqlarının artırılmasından, siyasi biliklərinin daha da təkmilləşdirilməsindən, bu istiqamətdə Avropa ölkələrinin gəncləri ilə təhsil mübadiləsi aparmaqdan ibarətdir. Təqdimat mərasimində Avropa Birliyinin Azərbaycandakı nümayəndəsinin siyasi müşaviri, Avropa Şurasının Bakı Siyasi Biliklər proqramının məşvərət şurasının üzvü, pilot məktəblərin direktor və müəllimləri iştirak ediblər. Tədbirdə Almaniyanın Konrad Adenauer Fondunun Cənubi Qafqaz bölümünün direktoru Katya Plate və Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Sevil Məmmədova çıxış edib. İştirakçıları maraqlandıran bütün suallar Beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.

Bu günlərdə Tbilisi şəhərində Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən “Milli kurikulum və qiymətləndirmə fəaliyyəti–2010” mövzusunda beynəlxalq konfrans keçirilib.

Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktoru Natiya Cokadze rəhbərlik etdiyi təşkilatın strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. O, qeyd edib ki, Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin fəaliyyət dairəsinə kirikulumların hazırlanması, sınaqdan keçirilməsi və tətbiqi, eləcə də ümumtəhsil məktəblərində tədris-təlimin qiymətləndirilməsi sisteminin yaradılması, milli və digər səviyyələrdə qiymətləndirmələrin həyata keçirilməsi daxildir. Natiya Cokadze “Milli kurikulumun hazırlanması, sınaqdan keçirilməsi, tətbiqinin dəstəklənməsi və fasiləsiz inkişaf” mövzusunda ətraflı danışıb, orta ümumi təhsil pilləsində tədris edilən fənlər, onlara ayrılmış saatlar, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün görülmüş işlər barədə fikirlərini bildirib. Məktəbəqədər tərbiyə və inkluziv təhsil üzrə həyata keçirilmiş tədbirlərə toxunan N.Cokadze xarici ölkələrdə fəaliyyət göstərən “Şənbə məktəbləri” və dərsliklərin tərtibinə verilən yeni tələblər, müəllim hazırlığı istiqamətində atılmış addımlardan söz açıb, “Milli qiymətləndirmə (məsələyə ümumi baxış)” mövzusunda təqdimat edib. Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktor müavini Zea Paiçadze “Milli Kurikulum və Qiymətləndirmə Mərkəzində layihələr və proqramlar” mövzusunda, Riyaziyyat, elm və texnologiyalar şöbəsinin müdiri Yekaterina Slavinskaya “Riyaziyyat, təbiət fənləri və İKT-nin məzmununda dəyişikliklər” mövzusunda, Humanitar və ictimai elmlər şöbəsinin müdiri Tamar Cakeli “Çoxdilli təhsil” mövzusunda fikirlərini bildiriblər. Niderlandın Təhsilin qiymətləndirilməsi üzrə CİTO Beynəlxalq Qiymətləndirmə İnstitutunun rəhbəri Henk Moelands, CİTO Beynəlxalq Qiymətləndirmə İnstitutunun əməkdaşı Frans Kleyntces təqdimat-məruzələrində qiymətləndirmə nəticələrinin tədqiq edilməsinin nəzəri əsasları və qiymətləndirmənin həyata keçirilməsində Psixometrik nəzəriyyənin əhəmiyyəti məsələlərindən bəhs ediblər. Konfransda iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova yerli televiziyaya müsahibə verib, gürcüstanlı həmkarlarının kurikulum islahatı sahəsində əldə etdikləri təcrübəni yüksək dəyərləndirib, tədbiri müxtəlif ölkələrdən kurikulum və qiymətləndirmə üzrə mütəxəssislərinin təcrübə mübadiləsi üçün uğurlu bir fürsət kimi səciyyələndirib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı