• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 8-də Təhsil Nazirliyi ilə Avropanın ən iri tikinti materialları istehsalçılarından biri olan “KNAUF İnternational GmbH” arasında niyyət protokolu imzalanıb.

Niyyət protokoluna əsasən ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələrində “Quru inşaat ustası” peşəsi üzrə ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Bakının 4 və 18, Gəncənin 3 saylı peşə liseylərində yeni dərs ilindən mütəxəssis hazırlığına başlamaq planlaşdırılır. Həmin liseylərdə yeni ixtisas üçün ayrılmış sinif otaqlarında və emalatxana sahələrində “KNAUF İnternational GmbH” tərəfindən tədris və təlim üçün lazım olan avadanlıq quraşdırılacaqdır.
Eyni zamanda liseyin istehsalat təlimi ustaları və ixtisas müəllimləri yeni peşə üzrə xüsusi hazırlıq keçəcəklər.


10 il əvvəl