SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Universitet əməkdaşlarına dövlət təltifləri təqdim edilib
İyunun 11-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən təltif olunan iki universitetin əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bu ali təhsil müəssisəsinin əməkdaşları, eyni zamanda Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə sözügedən ali təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib.
Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev təltifə layiq görülən universitet əməkdaşlarını yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra universitetlərin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl