• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2020-2021-ci tədris ili rəqəmlərdə - "Virtual məktəb"

 2020-2021-ci tədris ilində platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 128 186, aktiv istifadəçi sayı 1 123 126 təşkil edib.

İşə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb

2021-2022-ci tədris ili üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.   4-11 iyun tarixlərini əhatə edən elektron sənəd qəbulu zamanı 62 242 namizəd qeydiyyatdan keçib. Miq.edu.az saytı vasitəsilə həyata keçirilən qeydiyyatda 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.   Qeyd edək ki, namizədlərin elektron ərizəsi yoxlanıldıqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Firudin Qurbanov Təhsil İnstitutunun rəhbər heyəti ilə görüşüb

Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil İnstitutunun (ARTİ)  inzibati binası, iş şəraiti və kollektivi ilə tanış olub.  ARTİ-nin rəhbər heyəti ilə keçirilən görüşdə çıxış edən Firudin Qurbanov institutun təhsilin inkişafındakı mühüm rolunu vurğulayıb. Nazir müavini elmi tədqiqatların təhsilin məzmununda əhəmiyyəti, təhsil müəssisələrində ehtiyac duyulan tədqiqat mövzuları, yeni metodik vəsaitlər, müəllimlərin peşəkar inkişafı, təhsilin məzmununun bacarıq əsaslı təhsilə uyğunlaşdırılması, tədris resurslarının yenilənməsi, beynəlxalq və milli qiymətləndirmələrin təhlili kimi vacib məqamların ARTİ-nin əsas fəaliyyət istiqamətlərindən olduğunu qeyd edib. Firudin Qurbanov bildirib ki, son dövrdə  tədqiqatların strukturunun dəyişməsi təhsildə innovativ metodların tətbiqi və gələcəyə yönəlik peşələrin önə çıxması institutun fəaliyyət istiqamətlərini genişləndirməyi zəruri edir. Beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq, ali təhsildə gələcəyin ixtisaslarına uyğun proqramların araşdırılması, təhsilin müxtəlif pillələri arasında inteqrasiyanın təşkili, təhsil müəssisələrində innovativ mühitin təşviqi, pedaqoji fəaliyyətə hazırlaşan tələbələrin yeni dövrün tələblərinə uyğun təcrübə proqramı keçməsi  kimi fəaliyyətlər sözügedən istiqamətlərdəndir. Firudin Qurbanov qeyd edib ki, indiki dövr süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə səciyyələnir. COVID-19 pandemiyası kimi təhdidlərin  təhsil sisteminə təsirindən danışan nazir müavini bildirib ki, indiki şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənc mütəxəssislərin formalaşdırılması prioritet təşkil edir. Firudin Qurbanovun sözlərinə görə, təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, ən əsası insani keyfiyyətlərə və mənəvi dəyərlərə sadiq insan yetişdirməlidir ki, onlar Vətənə və cəmiyyətə fayda versinlər. Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran  mühüm vəzifələrdən danışıb. Ölkənin təhsil müəssisələrində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mədəni-intellektual tədbirlərə, idman yarışlarına cəlb olunmasının xüsusi vacibliyini vurğulayıb. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq tövsiyələrini institut əməkdaşları ilə bölüşüb. ARTİ-nin direktoru Rüfət Əzizov çıxışında hazırda institut tərəfindən görülən işlər, icra edilən layihələr və gələcək planlar haqqında danışıb.  Qarşılıqlı fikir mübadiləsi şəklində davam edən görüşdə təhsil müəssisələrində elmi fəaliyyət bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi, tədris resursları, doktorantura təhsilinin inkişafı, pedaqoji-psixoloji şuranın yaradılmasının zəruriliyi, müəllimlərin mütəmadi olaraq təlimlərdə iştirakının təmin edilməsi, bu baxımdan ARTİ və pedaqoji kadr yetişdirən təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, təhsildə innovativ qiymətləndirmə və monitorinq mexanizmlərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin digər məsələlərlə bağlı təkliflər səsləndirilib. Sonda ARTİ-nin yeni inkişaf strategiyasının hazırlanması və bunun üçün müxtəlif strukturlardan təkliflərin verilməsi ilə bağlı qərar qəbul edilib.

"Son zəng" fotoyaddaşda

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.   Şabran şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Firudin Qurbanov, Şabran rayon İcra Hakimiyyətinin başçısının müavini İlkin Ağayev, Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov, müəllim və şagirdlər iştirak ediblər.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov 2020-2021-ci tədris ilinə təsadüf edən Azərbaycanın tarixi qələbəsindən söz açıb. Təhsil işçilərinin Zəfərin qazanılmasındakı rolunu qeyd edən nazir müavini döyüşə yollanan bütün təhsil işçilərinə təşəkkürünü ifadə edib, şəhidlərə Allahdan rəhmət diləyib.   Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini bir daha diqqətə çatdıran Firudin Qurbanov məzunları təbrik edərək, onlara öz tövsiyələrini çatdırıb.   Sonra Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov çıxış edərək tədris ilinin yekunları barədə məlumat verib. Bildirilib ki, bu il rayon üzrə 500 XI sinif şagirdi məzun olur.   Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.    ***   Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib.   Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov, müəllim və şagirdlər iştirak ediblər.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev pandemiya dövründə tədrisin təşkilindən, təhsilə olan dövlət qayğısından danışıb. 2020-2021-ci tədris ilinin yadda qalan məqamlarını diqqətə çatdıran İdris İsayev çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.   Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov çıxış edərək rayon üzrə təhsilin inkişafına dair ümumi məlumat verib, məzunları təbrik edib.   Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.   ***    Bakı şəhəri 220 nömrəli 220 nömrəli məktəb-liseydə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, müəllim və şagirdlər iştirak ediblər.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov əvvəlcə məzunları təbrik edib, onlara yeni həyat mərhələsində uğurlar arzulayıb. Muxtar Məmmədov gənc nəsildə təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasının ən ümdə məsələlərdən olduğunu bildirib. Nazir müavini pandemiya şəraitində təhsilin əlçatanlığı üçün atılan addımlara da toxunub.     Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını çatdırıblar.   Tədbir şagirdlərin ifasında “Zəfər” kompozisiyası ilə yekunlaşıb.

Təhsil naziri “Son zəng” tədbirində

İyunun 14-də Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.   Tədbirdə təhsil naziri Emin Əmrullayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, müəllim və şagirdlər iştirak ediblər.   “Son zəng” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Emin Əmrullayev 2020-ci ilin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan dövr olduğunu xatırladıb. Nazir bildirib ki, artıq bu tədris ilinin “Son zəng”ini 2021-ci ilin məzunları Qələbə sevinci ilə yola salır.   Təhsil naziri qeyd edib ki, Goranboy rayon Tapqaraqoyunlu kənd tam orta məktəbi 44 günlük Vətən müharibəsi zamanı çoxsaylı mərmi atəşinə tuş gəlsə də, məktəblilər, məktəbin kollektivi heç nədən qorxmadan, çəkinmədən daima işlərinin başında olub, neçə-neçə uğurlu məzunlar yetişdirib. Bu, həm də dövlətə, dövlətimizin başçısına olan inam və etimadın göstəricisidir.   Daha sonra çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də öz növbəsində məzunları təbrik edib.   Sonda 44 günlük Vətən müharibəsini simvolizə edən 44 sülh göyərçini havaya buraxıldı.   “Son zəng” tədbirindən sonra təhsil naziri Emin Əmrullayev məzunlarla görüşüb, onlarla səmimi söhbət edib. Məzunları bir daha təbrik edən təhsil naziri onlara yeni həyat mərhələsində uğurlar arzulayıb.   Daha sonra təhsil naziri məktəbdə yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbi 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyır. Bu məktəb I Qarabağ müharibəsi zamanı düşmənin atəşi nəticəsində tamamilə yanıb, 44 günlük Vətən müharibəsi zamanı isə çoxsaylı mərmi atəşinə tuş gəlib. 1998-ci ildə 16 otaqdan ibarət məktəb binası tikilib. 2011-ci ildə 450 şagird yerlik müasir standartlara cavab verən yeni məktəb binası istifadəyə verilib.   Məktəbdə hazırda 299 şagird təhsil alır.   * * *   Daha sonra təhsil naziri Emin Əmrullayev Cəlilabad rayonuna səfər edib.   Nazir səfər çərçivəsində Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə təşkil olunmuş peşə təmayüllü siniflərlə tanış olub, həmçinin 2020-2021-ci tədris ilinin məzunları ilə görüşüb.   Layihənin ilk 20 məzunu xidmət, təmir-tikinti və aqronomluq üzrə öyrəndikləri bacarıqları nümayiş etdiriblər.

Bu gün məktəblərdə “Son zəng” çalınır

Bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.  2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir. Onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır. 

"Biz Xarıbülbülü çəkirik” adlı tədbir keçirilib

İyunun 11-də Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Biz Xarıbülbülü çəkirik” adlı tədbir keçirilib.  Tədbirin məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq, vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını aşkara çıxartmaqdan ibarət olub.  Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər qonaqlar iştirak ediblər.  Tədbirdə mərkəzin rəsm və dekorativ-tətbiqi sənət dərnəyinin üzvləri böyük və kiçik xarıbülbül fiqurlu maketlərin üzərində maraqlı kompozisiyalar işləyiblər. Müxtəlif mövzularda çəkilən rəsmlərdə “Qarabağ abidələri”, “Qarabağ xalçaları”, “Qarabağ mədəniyyəti”, “Qarabağ  atları”, “Qarabağ milli geyimləri” və s. təsvir olunub. Bundan başqa, tədbirdə mərkəzin istedadlı uşaqları vətənpərvərlik mövzusunda konsert proqramı ilə çıxış ediblər.

AzTU-nun əməkdaşlarına dövlət təltifləri təqdim edilib

İyunun 12-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.   Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə AzTU-nun professor-müəllim heyətinin bir qrupunu yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.   Daha sonra universitetin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.

Yerdəyişmə müsabiqəsinin nəticələri açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb.       Müsabiqədə uğur qazanan 1841 nəfərdən 1456 namizəd müvafiq sənədləri şəxsi səhifələrinə yükləyərək ərizələrini təsdiq edib. Elektron ərizələr emal edildikdən sonra 1448 namizədin sənədləri qəbul edilib və onlar uğur qazanaraq iş yerini dəyişmək hüququ əldə edib. Eyni zamanda müsabiqə nəticələri barədə məlumat və işə qəbul olunduğuna dair çıxarış namizədlərin şəxsi səhifələrinə göndərilib.    Növbəti mərhələdə namizədlər 18 iyun saat 18:00-dək şəxsi səhifələrində qeyd olunan sənədləri və çıxarışı müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməli, daha sonra şəxsi səhifələrini yoxlayaraq çıxarışın təsdiq olunduğundan əmin olmalıdırlar.    İş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədləri təbrik edir və uğurlar arzulayırıq!

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı