• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Partlayıcı hərbi sursat və minalar: Təhsil Nazirliyi, Avropa İttifaqı, ANAMA və UNICEF proqrama başlayır

Oktyabrın 15-də UNICEF, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsində tərəfdaşlığın 2022-ci ilədək genişləndirilməsi məqsədilə Birgə Fəaliyyət Planı imzalanıb.   İmzalanma mərasimində UNICEF tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, ANAMA və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş uşaq və ailələrə dəstək məqsədilə Birgə Fəaliyyət Planının təqdimatı olub.   Bildirilib ki, müharibənin partlayıcı qalıqları və minalar münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan ailələr üçün ən böyük təhlükələrdən biri olaraq qalmaqdadır. Proqramdan təxminən 20000 uşaq daxil olmaqla 100 000 insanın faydalanacağı gözlənilir. Avropa İttifaqının təqdim etdiyi humanitar maliyyə yardımı sayəsində bu proqram uşaq və  ailələrin maarifləndirilməsinə töhfə verəcək. Proqram çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair müxtəlif maarifləndirici tədbirlərin, o cümlədən ehtiyacların qiymətləndirilməsi, məlumatlandırıcı materialların hazırlanması, icma və məktəb əsaslı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

İsmayıllıda Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş

Oktyabrın 14-də İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Vətən müharibəsində iştirak edən  22 təhsil işçisi, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.   Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.   Tədbir canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.   Görüşü giriş nitqi ilə İsmayıl Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev açaraq tədbir iştirakçılarını, döyüşdə iştirak edən təhsil işçilərini salamladıqdan sonra sözü təhsil nazirinin müavini Firudin Qurbanova verib. Nazir müavini 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizdən söz açaraq bildirib ki, müzəffər Ali Baş Komandan,  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında olan Qarabağın azad edilməsi ilə çağdaş tariximizə şanlı səhifə yazılıb. Zəfərin qazanılmasında təhsil işçilərinin roluna xüsusi toxunan Firudin Qurbanov 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini 14 oktyabrın İsmayıllı rayonu 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin  şəhidlik zirvəsinə ucaldığı gün olduğunu xüsusi qeyd edərək vətənpərvər oğullarımızın qəhrəmanlıqlarından, döyüş şücaətlərindən danışıb. Şəhidlərin əziz xatirəsinin hər an qəlbimizdə yaşayacağını vurğulayan Firudin Qurbanov çıxışının sonunda Vətən müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edib, onların hər birinin gələcək nəsillər üçün nümunə olduğunu deyib.  Görüşdə iştirak edən media qurumlarının rəhbərləri çıxışlarında Azərbaycan gənclərinin döyüşçü müəllimlərdən təhsil alaraq daha vətənpərvər yetişəcəklərinə inamlarını ifadə edib, təhsil işçilərinə təşəkkür ediblər. Tədbirdə həmçinin Vətən müharibəsi iştirakçısı olan müəllimlərin xatirələrindən ibarət kitabın çap olunması ideyası səslənib.   Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış edərək xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.   

“Zəfərdən yaşıl düşüncəyə” ağacəkmə aksiyasına start verilir

Ümumtəhsil məktəblərində sağlam ekoloji yaşıl mühitin yaradılması məqsədilə "Zəfərdən yaşıl düşüncəyə" adlı ağacəkmə aksiyasına start verilir.    Aksiya Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilir.    8 noyabr – Zəfər Gününə həsr olunan aksiya çərçivəsində ümumi təhsil müəssisələrində ağac əkilməsi nəzərdə tutulur.

Rusiyada təqaüdlü təhsil üçün müraciətlərin qəbuluna az qaldı

Rusiya Federasiyası (RF) tərəfindən 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına elan edilən təhsil təqaüd proqramına müraciətlərin qəbulu davam edir.   Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.   Təqaüd proqramına müraciət üçün son tarix 1 noyabr 2021-ci il nəzərdə tutulub.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

İsmayıllı rayonuna mediatur keçirilib

Oktyabrın 14-də İsmayıllı rayonuna mediatur təşkil edilib.   Mediaturun məqsədi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislər tərəfindən keçirilən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə görüşün keçirilməsidir.    Mediaturda təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.    Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub. Daha sonra mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib. Təlim iştirakçıları tərəfindən sahədə dronların uçuşu həyata keçirilib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə israilli mütəxəssislər tərəfindən keçirilir. Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək.   Oktyabrın 19-dək davam edəcək təlimlərə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim qatılıb. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Qeyd edilib ki, kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər.   Peşə Təhsil Mərkəzi ilə tanışlıqdan sonra İsmayıllıda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.   Mediatur iştirakçıları Şəhidlər Xiyabanını, həmçinin İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi, şəhid Famil Əhmədzadənin məzarını da ziyarət ediblər.   Daha sonra İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətində Şəhidlər abidəsi ziyarət edilib və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Zəfər Gününə həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası həyata keçirilib.   Mediatur çərçivəsində İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib.   Sonda mediatur iştirakçıları 14 oktyabrda anım günü olan şəhid müəllim Famil Əhmədzadənin ailəsini ziyarət ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhid müəllimimizin valideynlərinə belə bir oğul böyütdükləri üçün təşəkkür edib, onlara başsağlığı diləklərini çatdırıblar və şəhidlərimizin əziz xatirəsinin hər zaman yad ediləcəyini vurğulayıblar.

İsmayıllıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Oktyabrın 14-də İsmayıllı rayonuna təşkil edilən mediatur çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası keçirilib.   Əvvəlcə İsmayıllıda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.   Mediatur iştirakçıları Şəhidlər Xiyabanını, həmçinin İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi, şəhid Famil Əhmədzadənin məzarını da ziyarət ediblər.   Daha sonra İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətində Şəhidlər abidəsi ziyarət edilib və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Zəfər Gününə həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası həyata keçirilib.   Mediatur İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə görüşlə davam edir.

İsmayıllı rayonuna mediatur keçirilir

Oktyabrın 14-də İsmayıllı rayonuna mediatur təşkil edilib.   Mediaturun məqsədi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislər tərəfindən keçirilən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə görüşün keçirilməsidir.   Mediaturda təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak edirlər.   Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub. Daha sonra mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib. Təlim iştirakçıları tərəfindən sahədə dronların uçuşu həyata keçirilib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə israilli mütəxəssislər tərəfindən keçirilir. Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək.   Oktyabrın 19-dək davam edəcək təlimlərdə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim iştirak edir. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Qeyd edilib ki, kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər. Mediatur davam edir.

Peşə təhsil müəssisələrinə işə qəbul imtahanının nəticələri açıqlanıb

2021-2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada həyata keçirilən müəllim və istehsalat təlimi ustalarının işə qəbulunun nəticələri açıqlanıb.   Müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub. Ümumilikdə 130 şəxs müsabiqəni uğurla tamamlayıb və işlə təmin olunub. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılıb. Nəticələr ilə bağlı namizədlərə SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yer alıb.   Uğurlu nəticə göstərən namizədlər sənədlərini qəbul olduqlarını peşə təhsil müəssisəsinə 15 oktyabr tarixinədək təqdim etməlidirlər.   Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulunun müsahibə mərhələsinin cari tədris ili ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibə mərhələsi uğurlu namizədlərin iş yerində daimiləşməsinə xidmət edir.

Təhsil naziri Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 13-də təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.   Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Vakansiya seçiminin son günü

Oktyabrın 13-də xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə növbəti vakansiya seçimi yekunlaşır. Vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək.   Vakansiya seçimində iştirak etmək istəyən namizədlər aşağıdakı cədvəldə təqdim olunan vakansiyalar üzrə müraciət edə bilərlər.   Mövcud vakansiyalarla bağlı müraciət etmək üçün namizədlərdən aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq xahiş olunur.  https://forms.gle/LQchga5n8TXtx5qV7   Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək.    Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.    Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.    Müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı