• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İsmayıllıda Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş

Oktyabrın 14-də İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Vətən müharibəsində iştirak edən  22 təhsil işçisi, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

 

Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.

 

Tədbir canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

 

Görüşü giriş nitqi ilə İsmayıl Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev açaraq tədbir iştirakçılarını, döyüşdə iştirak edən təhsil işçilərini salamladıqdan sonra sözü təhsil nazirinin müavini Firudin Qurbanova verib. Nazir müavini 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizdən söz açaraq bildirib ki, müzəffər Ali Baş Komandan,  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında olan Qarabağın azad edilməsi ilə çağdaş tariximizə şanlı səhifə yazılıb.


Zəfərin qazanılmasında təhsil işçilərinin roluna xüsusi toxunan Firudin Qurbanov 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini 14 oktyabrın İsmayıllı rayonu 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin  şəhidlik zirvəsinə ucaldığı gün olduğunu xüsusi qeyd edərək vətənpərvər oğullarımızın qəhrəmanlıqlarından, döyüş şücaətlərindən danışıb. Şəhidlərin əziz xatirəsinin hər an qəlbimizdə yaşayacağını vurğulayan Firudin Qurbanov çıxışının sonunda Vətən müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edib, onların hər birinin gələcək nəsillər üçün nümunə olduğunu deyib. 


Görüşdə iştirak edən media qurumlarının rəhbərləri çıxışlarında Azərbaycan gənclərinin döyüşçü müəllimlərdən təhsil alaraq daha vətənpərvər yetişəcəklərinə inamlarını ifadə edib, təhsil işçilərinə təşəkkür ediblər. Tədbirdə həmçinin Vətən müharibəsi iştirakçısı olan müəllimlərin xatirələrindən ibarət kitabın çap olunması ideyası səslənib.

 

Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış edərək xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər. 
 


2 il əvvəl