• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xüsusi təhsil müəssisələrinə defektoloq vakansiyası üzrə işə qəbul

Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir. Təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunur.   Vakansiya seçimində iştirak etmək istəyən şəxslər müvafiq linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/2oJ6ftx2TJavSkDY7   Vakansiya seçimi 21 oktyabr saat 18:00-dək davam edəcək.   Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.   Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.   Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan və Şirvan sakinlərinin onlayn qəbulu keçiriləcək

Təhsil naziri Emin Əmrullayev 29 oktyabr saat 16:00-da Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan bölgələrin sakinləri 20-27 oktyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://portal.edu.az; https://edu.gov.az/az/contact) ünvanlamaqla videoqəbula yazıla bilərlər.   Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Macarıstanın ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycana gəlib

Macarıstanın bir sıra ali təhsil müəssisələrinin (“Eötvös Loránd University”, “University of Debrecen”, “University of Veterinary Medicine Budapest”, “University of Miskolc”, “University of Pecs”, “Hungarian University of Agriculture and Life Sciences”, “University of Szeged”) nümayəndələri Azərbaycana səfər ediblər.   Regionlarda yerli universitetlərlə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə nümayəndə heyəti ilk olaraq Gəncəyə yollanıb. Səfər zamanı Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin rəhbər heyəti ilə görüşlər keçirilib, mümkün əməkdaşlıq  imkanları müzakirə edilib, anlaşma memorandumu imzalanıb. Nümayəndə heyəti qeyd edilən ali təhsil müəssisələrinin infrastrukturu, tələbə yataqxanası ilə tanış olub.   Səfər çərçivəsində nümayəndə heyəti 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncə şəhərinə edilən raket hücumları nəticəsində dağıdılmış yaşayış binalarının ətrafına gül düzərək həlak olan dinc sakinlərin xatirəsini anıb, hərbi cinayətin nəticələri ilə yerində tanış olub.   Nümayəndə heyəti Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universitetində fərdi görüşlər keçirib.   Səfər zamanı nümayəndə heyəti təhsil nazirinin müavini Muxtar Məmmədovla görüşüb. Görüşdə mümkün əməkdaşlıq imkanları, həmin universitetlərdə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Azərbaycan vətəndaşlarının təhsil məsələləri müzakirə edilib.

Təhsil naziri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

Oktyabrın 19-da təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.   Görüşdə Təhsil Nazirliyi ilə BMT-nin ölkəmizdəki Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

“44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsi davam edir

Ümumtəhsil məktəblərinin (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən "44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsinə müraciətlərin qəbulu davam edir.    Müsabiqə təsviri sənət, şeir və esse nominasiyalar üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda və 3 mərhələdə onlayn platformada keçirilir.    Müsabiqə aşağıdakı mərhələlər üzrə təşkil edilib:    I mərhələ - 4-20 oktyabr 2021-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçılar Təsviri sənət nominasiyası üzrə əl işlərinin fotoşəklini incesenet.art@list.ru şeir nominasiyası üzrə videogörüntüləri biz.birinci@gmail.com esse nominasiyası üzrə işləri ugim.esse@mail.ru elektron poçt ünvanlarına göndərməlidir.    II mərhələ - 20 oktyabr-4 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən qiymətləndirilmənin aparılması və qaliblərin müəyyənləşdirilməsi.    Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.    Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.    Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və  1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

İctimai Şuraya üzvlük üçün müraciətlərin qəbulu davam edir

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin müraciətlərinin qəbulu prosesi davam edir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.   Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər shura@edu.gov.az poçt ünvanına göndərilməlidir.     Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.    Ətraflı məlumatı aşağıda təqdim olunan elan vasitəsilə əldə edə bilərsiniz.

“Sahibkar məktəbli” müsabiqəsinə sən də qatıl!

Uşaq və gənclər arasında hibrid (onlayn və canlı) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsinə layihələrin qəbulu davam edir.   İştirakçılar müsabiqəyə 2 yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində qatıla bilər    Müsabiqə üçün biznes layihələri aşağıdakı 5 nominasiya üzrə qəbul olunur: · İnternet sahibkarlığı (satış); · Sosial, ictimai sahədə sahibkarlıq; · Yeni masaüstü və onlayn oyunlar; · Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar; · Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı.   Müsabiqənin şərtləri aşağıdakılardır: - Müsabiqədə bir iştirakçı yalnız 1 nominasiya üzrə iştirak edə bilər və yalnız 1 biznes layihə təqdim edə bilər;  - Seçilmiş nominasiya üzrə təqdim olunacaq işlər kənar şəxslərin müdaxiləsi olmadan iştirakçının özü tərəfindən hazırlanmalıdır.   Müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir: I mərhələ  - 1-20 oktyabr 2021-ci il. Müsabiqəyə qeydiyyat üçün iştirakçılar ərizələrini startuprugim@gmail.com elektron poçt ünvanına göndərilməlidir;   II mərhələ  - 25-29 oktyabr 2021-ci il. Startapların və sahibkarlığın fəaliyyəti, mentorluq anlayışı ilə bağlı onlayn mühazirələr kursu. 30-31oktyabr 2021-ci il tarixlərində "Necə müraciət etmək olar" və "Çıxış nitqi üçün necə hazırlaşmalı" vebinarları;   III mərhələ  - 10-30 noyabr 2021-ci il. Mentorluq. İdeyalar üzərində komanda işi, mütəxəssislərlə birlikdə bir layihə təqdimatının hazırlanması;    IV mərhələ - 1-15 dekabr 2021-ci il. Layihələr və təqdimatlar olan əsas ərizələrin toplanması, ərizələrin təhlili, layihələrin qısa siyahısının formalaşdırılması;   V mərhələ - 20-29 dekabr 2021-ci il. Uşaqların startap layihələrinin təqdimatlarının keçirilməsi və izdiham platformasına (crowdfunding) daxil olmaq üçün finalçıların müəyyənləşdirilməsi;    VI mərhələ - 30 dekabr 2021-ci il. Qalib layihələrin müəyyənləşdirilməsi;    Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.    İştirakçılar müsabiqə ilə bağlı ətraflı məlumatları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin feysbuk səhifəsindən https://www.facebook.com/rugim.az/ və ya + 994 12 492 57 67, +994 55 518 00 94 telefon nömrələri vasitəsilə əldə edə bilər.

Qrant müsabiqələrə layihə qəbulu bu gün yekunlaşır

“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı”,  “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” və “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” mövzularında Təhsil Nazirliyi tərəfindən elan edilmiş qrant müsabiqələrinə layihələrin qəbulu davam edir.   Müsabiqədə iştirak üçün müraciət sənədləri elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir.    Layihələrin qəbulu bu gün saat 21:00-da başa çatacaq.   Qrant müsabiqələri barədə daha ətraflı məlumatla aşağıdakı elanlar vasitəsilə tanış ola bilərsiniz. “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin elanı 

VI Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb

Oktyabrın 16-da VI Respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, şagird və valideynlər iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi barədə danışıb. Fuad Qarayev deyib ki, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır.   Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şagirdlərimizin əldə etdikləri uğurlardan danışan nazir müavini bildirib ki, beynəlxalq yarışma qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məktəbliləri olimpiadalarda iştiraka daha da stimullaşdırır.     Firudin Qurbanov çıxışının sonunda qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.   Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov qarşıda duran hədəflər və istedadlı şagirdlər barəsində aparılacaq tədqiqatlardan söz açaraq qaliblərə uğurlar arzulayıb. Tədbirdə beynəlxalq olimpiada qaliblərinin təbrik videoçarxı nümayiş olunub.   Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.

Gəncədə “Unudulmaz tarix” adlı tədbir keçirilib

Oktyabrın 15-də Təhsil Nazirliyinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsi, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Unudulmaz tarix” adlı tədbir keçirilib.   Tədbirin məqsədi ötən ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, həlak olanların əziz xatirəsini yad etməkdən ibarət olub.    Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Gənclər və İdman Baş İdarəsinin müdiri  Həmid Nəsirov, təhsil işçiləri, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri, ümumtəhsil məktəblərinin direktorları və KİV nümayəndələri iştirak ediblər.    Tədbir iştirakçıları Gəncə şəhərində  ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.   Daha sonra məktəblilər əllərində tutduqları plakat, şəkil və bayraqlarla terror törədilən məkana yürüş edib. Gəncə şəhərində amansız terror nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, hadisə yerinə gül dəstələri qoyulub.   Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ədəbi-bədii kompozisiyalarla çıxış edib, uşaqların ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.   Sonda uşaqlar səmaya Gəncə terroru nəticəsində şəhid olan körpələrin, məktəbli uşaqların xatirəsinə ağ şarlar uçurub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı