• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Qəbələdə ilk peşə-ixtisas təhsilinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 2-də Qəbələdə Təhsil NazirliyiBMT İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Qəbələ Peşə Məktəbində tətbiqi planlaşdırılan “Kənd təsərrüfatı üzrə yeni ixtisasların təqdimatı” keçirilib. Tədbirdə rayon ictimaiyyəti və idarəetmə orqanlarının təmsilçiləri, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Regional Kənd Təsərrüfatı İdarəsi və özəl sektorun nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi görülən işlər haqqında rayon ictimaiyyətini və hədəf qruplarını məlumatlandırmaq və Qəbələ Peşə Məktəbi ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə dəstək verməkdən ibarətdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev layihənin rayon üçün əhəmiyyətindən söhbət açıb. Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov Qəbələ Peşə Məktəbinin yenidən qurulması üzrə həyata keçirilən tədbirlər və bu istiqamədə beynəlxalq təşkilatlarla birgə reallaşdırılan layihələr haqqında məlumat verib. P.Yusifov Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış kənd təsərrüfatı ixtisasları üzrə Müasir Tədris Mərkəzinin yaradılması istiqamətində işlərin həyata keçirildiyini, yeni tədris korpusu, emalatxana və təlim kabinetlərinin tikinti işlərinin davam etdirildiyini vurğulayıb. Layihə çərçivəsində əmək bazarının tələblərinə cavab verən yeni ixtisasların və dərs vəsaitlərinin hazırlanması, müəllim-pedoqoji heyəti üçün təlimlərin təşkili planlaşdırılır. BMT-nin İnkişaf Proqramının nümayəndəsi Eltəkin Ömərov “Böyük Qafqaz landşaftında dayanıqlı torpaq və meşə idarəçiliyi” layihəsi və “EC ClimaEast Pilot” layihəsi, “İqlim dəyişikliyinə ekosistem əsaslı yanaşma” layihəsi çərçivəsində "Heyvandarlıq mütəxəssisi" ixtisası üzrə dərs vəsaitlərinin hazırlanması haqqında məlumat verib. Tədbirdə BP şirkətinin maliyyələşdirdiyi “Kənd Təsərrüfatında Yeni Peşə İxtisaslarının Hazırlanması” layihəsi çərçivəsində “British Counsil” təşkilatı tərəfindən “Bitkiçilik mütəxəssisi" və “Aqroservis mütəxəssisi” ixtisası üzrə dərs vəsaitlərinin hazırlanması haqqında da məlumat verilib.

Masallıda “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb

Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də açılış mərasimi keçirilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksində “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb. “ASAN İntellektual” inkişaf mərkəzi bölgə gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün ən müasir imkanlara sahibdir. Mərkəzdə region, ölkə və beynəlxalq miqyaslı tədbir və yarışlar təşkil ediləcək, bütün növ intellektual oyunların təşkili, gənclərin intellektual inkişafı, savad və dünyagörüşlərinin artırılması dəstəklənəcək. Həmçinin, gənclərin karyera qurmaları üçün onlara lazım olan bilik və bacarıqların aşılanması diqqət mərkəzində saxlanılacaq. Mərkəzdə İntellektual oyunlar klubu, Kitabxana və interaktiv oxu zalı, Karyera və treninq mərkəzi, Şahmat klubu, Debat və ritorika klubu və Uşaq yaradıcılıq dərnəklərinin fəaliyyət göstərməsi nəzərdə tutulur. İntellektual oyunlar klubu Masallı, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik rayonlarında intellektual oyunlar (“Nə? Harada? Nə zaman?”, breyn-rinq və s.) üzrə mütəmadi regional çempionatın keçirilməsi, məktəb liqaları, regional və respublika miqyaslı müxtəlif turnirlərin (Azərbaycan çempionatı və Azərbaycan Kuboku) təşkil edilməsi ilə məşğul olacaq. Kitabxana və interaktiv oxu zalı müxtəlif dillərdə ən yeni kitablar və ən müasir tələblərə cavab verən oxu zalı ilə bölgə əhalisinə xidmət göstərir. Eyni zamanda, kitabxanada klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin xüsusi elektron kitab formatına salınması konsepsiyasına start verilməsi nəzərdə tutulub. Kitabxanada məşhur yazıçı və şairlərlə görüşlərin təşkili və yeni kitabların təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Karyera və treninq mərkəzində öyrədənlər üçün müxtəlif mövzularda mütəmadi kurs və treninqlərin təşkil edilməsi (İT, rus və ingilis dilləri, mühasibat və s.), iri şirkət nümayəndələrinin iştirakı ilə “karyera günlərinin” keçirilməsi və gənclərə müxtəlif sahələrdə praktiki biliklərin verilməsi planlaşdırılır. Mərkəz eyni zamanda, xaricdən dəvət edilmiş mütəxəssislərin mühazirələri və bu kimi digər maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə məşğul olacaqdır. Karyera mərkəzində gənclərə peşə seçimi, karyera planlaşdırılması ilə bağlı peşəkar tövsiyələrin verilməsi də həyata keçiriləcəkdir. Şahmat klubunun əsas məqsədi gənc istedadlı şahmatçıların üzə çıxarılması, onların inkişafına dəstək göstərilməsi və regionda şahmat oyununun populyarlaşdırılmasıdır. Bu məqsədlə, mütəmadi olaraq gənc şahmatçıların blits-turnirlərinin, yoldaşlıq oyunlarının təşkil edilməsi nəzərdə tutulur. Bundan əlavə, şahmat üzrə rayon, bölgə və respublika birinciliklərinin keçirilməsi də planlaşdırılır. Uşaq yaradıcılıq dərnəkləri bölməsində Təsviri incəsənət, Tətbiqi incəsənət, Diyarşünaslıq, Ekoloji dərnək və Toxuma dərnəkləri fəaliyyət göstərəcək. Debat və ritorika klubunun fəaliyyətinin əsas məqsədi gənclərdə nitq mədəniyyətini inkişaf etdirmək, müxtəlif mövzularda sərbəst müzakirələr aparmaq, onlara təqdimat bacarıqları və irihəcmli məlumatlarla iş vərdişləri aşılamaqdır. Proqram gənclərin maarifləndirilməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram vasitəsilə gənclərə debat metodologiyası, arqumentləşdirmə, inandırma, natiqlik sənəti, tənqidi təfəkkür, kreativ düşüncə, şəbəkələşmə, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanacaq.

Təhsil Nazirliyində kollegiya iclası

Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Kollegiya iclasında nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinin 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin təhlili, təhsil müəssisələrində təhsil haqqının ödənilməsi, tələbə köçürülmələri, ali təhsil müəssisələri ictimaiyyətlə əlaqələr müstəvisində mövzuları üzrə məruzələri dinlənilib. Daha sonra Azərbaycan Texnologiya Universitetinin 2015-2016-cı tədris ilindəki fəaliyyətinə və Azərbaycan-Fransız Universiteti layihəsi üzrə görülən işlərin cari vəziyyətinə dair hesabatlar dinlənilib. Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Nazir son üç ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərindən söz açıb, habelə təhsilalanların ölkədaxilində və xaricdə yerləşən bir ali təhsil müəssisəsindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi məqsədilə istifadəyə verilən elektron portalın (https://transfer.edu.az) əhəmiyyətini vurğulayıb. İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunmuş, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru N.Əliyevaya ciddi xəbərdarlıq elan edilmişdir.

Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə

Sentyabrın 1-də Təhsil Nazirliyində işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov qeyd edib ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub. Təhsil naziri Mikayıl Cabbarov işə yeni qəbul edilmiş məktəb direktorlarını təbrik edib, onların qarşısında duran vəzifələrə toxunub. Nazir bildirib ki, minlərlə gənc ölkənin təhsil müəssisələrində təhsil almaqla yanaşı, xarici ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq hüququ əldə edib. Bütün bu nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır: “İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Təhsilin nəticələri yalnız məktəblərdən və burada fəaliyyət göstərən peşəkarlardan asılı deyil. Burada ailənin rolu da müstəsnadır”. Təhsil naziri şəffaf rəqabət əsasında seçilmiş məktəb direktorlarını üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə, rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücləri ilə çalışmağa səsləyib və onlara uğurlar arzulayıb.  

Avqust ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 23 891 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 23 891 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 746 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,2 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 145 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 587 sənəd (1 013 ərizə, 491 məktub, 83 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (4 233 zəng) və çərşənbə axşamı (4 002 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 335 müraciət) və çərşənbə axşamı (1 126 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Torpaq və meşələrin dayanıqlı idarə olunmasına dair ekoloji tədbir

BMT İnkişaf Proqramının Qlobal Ekoloji Fondu və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin dayanıqlı idarə olunması” və “İqlim dəyişikliklərinə ekosistem əsaslı yanaşma” layihələri çərçivəsində “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə İsmayıllı rayonunda əhalinin və gənclərin ekoloji maarifləndirmə tədbirləri keçirilib. Layihənin əsas məqsədi xüsusi maarifləndirmə proqramının vasitəsilə Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarə olunması və meşələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılmasından ibarətdir. İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində keçirilən üçgünlük təlim proqramları əhalinin, o cümlədən gənc nəslin meşələrin davamlı idarə olunması, meşə ekosisteminin, flora və faunanın mühafizəsi sahəsində ekoloji biliklərinin artırılmasına şərait yaradıb. Həmçinin, tədbir çərçivəsində Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının ekspertlərinin dəstəyi ilə ekoloji yönümlü idman növlərinin və yaşıl turizmin inkişafında meşələrin cəlbediciliyi, meşədə təhlükəsizlik mövzusunda, eləcə də uşaqlar üçün səmti müəyyənetmənin əsasları ilə bağlı təlim keçirilib, labirint yarışı təşkil olunub.

“ICMSEM 2016” beynəlxalq konfransının açılış mərasimi keçirilib

Avqustun 31-də “ICMSEM 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib. İkigünlük “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) konfransına dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə nümayəndələr qatılıb. Tədbir iştirakçılarını salamlayan akademik Asəf Hacıyev konfransın işinə uğurlar arzulayıb. Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, Beynəlxalq İdarəetmə Elmi və Mühəndislik İdarəetməsi Cəmiyyətinin prezidenti Jupinq Xu, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək, cəmiyyətin inkişafında elmin və təhsilin mühüm rolundan danışıb, müvafiq mövzu ilə bağlı fikirlərini bölüşüblər. Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,  Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir. Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib.  Qeyd edək ki, “ICMSEM 2016” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edir. Sentyabrın 1-də konfrans öz işini davam etdirəcək.

Tələbələr üçün “Bir” Könüllülük Akademiyası

“Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində 2-7 sentyabr tarixlərində Şəki şəhərində tələbələr üçün “Bir” Könüllülük Akademiyası təşkil olunacaq. Akademiya tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsi məqsədilə keçiriləcək. Tədbirdə Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən ilkin müsahibə və xüsusi məntiq testi nəticəsində seçilmiş 60 nəfər tələbə iştirak edəcək. Akademiyanın proqramı təlim-tədris və mədəni-idman proqramı olmaqla, iki hissədən ibarət olacaq.

Müəllimlər üçün əlavə yerləşdirmə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq. 3-5 sentyabr 2016-cı il tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər. Əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmamış 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcəkdir. Əlavə yerləşdirmə başa çatdıqdan sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd olunan mərhələdən uğurla keçən namizədlər müəllim adını qazanacaqlar.

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır

2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində həyata keçiriləcək. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlər Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Əlavə ixtisas seçimində I mərhələdə iştirak etməyən namizədlərin də müraciət etməsinə imkan yaradılacaq. 11-26 avqust 2016-cı il tarixlərində  keçirilən ilk mərhələ üzrə 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qeyd edək ki, “ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı