SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlər üçün əlavə yerləşdirmə
3-5 sentyabr 2016-cı il tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb. 4432 nəfər namizəd şəxsi səhifələrinə daxil olmaqla, təklif olunan vakant yerləri seçib və ərizələrini təsdiq ediblər. Ərizələrini təsdiq edən namizədlərdən 777 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçmək hüququ qazanıb. Yerləşdirmənin nəticəsi, müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə gələrkən namizədlərdən şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və onun əlavəsini gətirmək tələb olunur.
08/09/2016 09:24
Birgə intensiv-interaktiv təlim-dərs layihəsi davam edir
Paris Sorbonna Abu Dabi Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının əməkdaşlığı çərçivəsində “Təhsil Sistemində Qiymətləndirmə və Təhsildə Keyfiyyətin artırılması” movzusuna həsr olunmuş intensiv-interaktiv təlim-dərs layihəsi davam edir. Layihə 3-7 sentyabr 2016-cı il tarixlərində Bulvar Oteldə keçirilir. Layihənin əsas məqsədi təhsildə keyfiyyətin artırılması naminə təhsildə müasir qiymətləndirmə metodlarına dair layihə iştirakçılarına geniş məlumat vermək və təcrübə mübadiləsi aparmaqdır. Layihəyə Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi rəsmi dəstək verir. Layihədə “Sabah” layihəsini təmsil edən 11 universitetdən 42 professor və müəllim iştirak edir. Dərsləri Paris Sorbonna Universitetinin Parisdən gəlmiş professorları tədris edir. Dərslər 130-dan çox müxtəlif interaktiv təlim vasitələrinin tətbiqi ilə keçirilir.
07/09/2016 11:21
Prezident İlham Əliyev Bakıdakı 247 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Yeni dərs ilində şagirdlərə tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün məktəbdə yüksək şərait yaradılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə diqqət və qayğısını, həmçinin təhsilin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirləri əks etdirən fotolardan ibarət stend qurulub. Qeyd edək ki, Nəsimi rayonundakı 247 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib. 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Məktəbdə təmir işləri ən yüksək standartlar səviyyəsində icra olunub. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur. Diqqətə çatdırıldı ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları da hədiyyə ediləcək. Məktəbdə bədii ədəbiyyat və eləcə də müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılıb. Bütün sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, yeməkxana yüksək standartlar səviyyəsində təmir edilib. Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarını gəzdi, fənn kabinələri və idman zalında yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı. www.president.az
07/09/2016 11:15
İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb
Sentyabrın 6-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi prosesi başa çatıb. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11 avqust–6 sentyabr 2016-cı il tarixlərində pilot olaraq, Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb. “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə 1848 nəfər müraciət edib. Onlardan 1042 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 7–12 sentyabr 2016-cı il tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər: 1. Təhsil haqqında sənədin əsli; 2. Tibbi arayış; 3. Şəxsiyyət vəsiqəsi (surəti); 4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil; 5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər); İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı
06/09/2016 20:15
Məktəb yarmarkası keçiriləcək
8-11 sentyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Yasamal Rayon Bələdiyyəsi və Milli Ensiklopediya Mərkəzinin dəstəyi ilə Community.az portalı tərəfindən “Məktəb icmaları” layihəsi çərçivəsində məktəb yarmarkası keçiriləcək. “Şərq-Qərb” nəşriyyatı, “Sağlam ailə” tibb mərkəzi, “SOS” Uşaq kəndləri, “Dərs Evi” tədris mərkəzi, “Standard İnsurance”, “Antaris” məktəb ləvazimatları şirkətlərinin iştirakı ilə keçiriləcək yarmarka Milli Ensiklopediya Mərkəzində (“Book Cafe”) baş tutacaq. Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etməsinə yardımçı olmaqdır. Burada məktəb ləvazimatları, dərslik, kitabların satışı və müxtəlif həvəsləndirici aksiyaların keçirilməsi nəzərdə tutulur. Məktəb yarmarkası qeyd olunan günlərdə saat 10:00-dan 19:00-a kimi fəaliyyət göstərəcək.
06/09/2016 18:13
Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başa çatıb
10 avqust–5 sentyabr 2016-cı il tarixlərində tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənəd qəbulu həyata keçirilib. Artıq tələbələrin transfer.edu.az elektron portalı vasitəsilə qeydiyyatı başa çatıb. Bu müddətdə 1061 nəfər tələbə portala müraciət edib. Onlardan 239 nəfəri köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 51 tələbə sorğusundan imtina edib. 188 tələbənin 108-i yerli ali təhsil müəssisələrindən, 80-i isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib. Qeyd edək ki, təhsil nazirinin “Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə” əmrinə əsasən, bu il ilk dəfə tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə həyata keçirilməyə başlanıb.
06/09/2016 18:05
Prezident İlham Əliyev Bakıdakı 109 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Bakının Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Diqqətə çatdırıldı ki, 109 nömrəli tam orta məktəbin binası 1966-cı ildə tikilib. Ötən dövrdə burada müəyyən cari təmir işləri görülsə də, binada əsaslı yenidənqurmaya ehtiyac yaranmışdı. Bunu nəzərə alaraq təhsil ocağının binasında dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir işləri görülüb. Məktəbin həyətində bu təhsil ocağının Qarabağ uğrunda döyüşlərdə şəhid olan məzunu Rəhilə Orucovanın büstü qoyulub. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil işçiləri ilə görüşləri, həmçinin müxtəlif məktəblərin açılışı zamanı çəkilən fotolarından ibarət stend yaradılıb. Məlumat verildi ki, 760 şagird yerlik məktəbdə 42 sinif otağı və 5 fənn kabinəsi var. Sinif otaqlarının, o cümlədən fənn kabinələrinin hamısı müasir tədris avadanlığı ilə təchiz olunub. Burada uşaqların təlim-tərbiyəsi ilə 85 təhsil işçisi məşğul olur. Bu il məktəbi bitirənlərin 76 faizi ali məktəblərə qəbul olunub. Beləliklə, paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin müəllim və şagird kollektivi sentyabrın 15-də yeni dərs ilinə müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş binada başlayacaq. Paytaxtda və bölgələrdə yeni məktəb binalarının inşası, mövcudlarının əsaslı şəkildə yenidən qurulması Azərbaycanda təhsil islahatlarının ardıcıl xarakter aldığını nümayiş etdirir. Paytaxtdakı 109 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı. www.president.az
06/09/2016 14:53
Prezident İlham Əliyev Bakıdakı 229 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zallarına baxdı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu məktəb binası 1964-cü ildə inşa olunub. O vaxtdan bəri burada heç vaxt belə əsaslı təmir aparılmayıb. Məktəbin binasında əsaslı təmir işləri dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Təhsil ocağının həyətində bu məktəbin məzunu Milli Qəhrəman Yuri Kovalyovun barelyefi qoyulub. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu təhsil ocağının üçmərtəbəli binasında yaradılan şərait şagirdlərin biliklərin əsaslarına daha dolğun yiyələnmələrinə, müəllimlərin tədris prosesini müasir proqramlar əsasında aparmağa imkan verəcək. Tədrisin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə 964 şagird yeri var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. Məktəbin 43 sinif otağı var. Buradakı fənn kabinələri, laboratoriyalar və digər otaqlar zəruri dərs ləvazimatı ilə təchiz olunub. Məktəbdə şagirdlərin qidalanmaları üçün bufet də yaradılıb. Təhsil ocağının akt və idman zalları da müasir standartlar səviyyəsində qurulub. Məktəbin şagirdləri və məzunları arasında prezident təqaüdçüləri, müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri var. Təhsil ocağını bu il 70 məzun bitirib ki, onlardan da 54-ü ali məktəbə qəbul olunub. Onların 19 nəfəri 500-dən yuxarı bal toplayıb. www.president.az
06/09/2016 14:47
Prezident İlham Əliyev Xətai rayonundakı 265 nömrəli məktəbdə əsaslı təmirdən sonra görülən işlərlə tanış olub
Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq. Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məlumat verildi ki, bu təhsil ocağı dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı surətdə təmir edilib. Məktəbin həyətində bu təhsil ocağının məzunu şəhid Miryusif Yusifovun xatirə lövhəsi qoyulub. Bu məktəb 1983-cü ildən fəaliyyət göstərir. Burada indiyədək heç vaxt bu cür əsaslı təmir işləri aparılmayıb. Təhsil ocağının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotostend qurulub. Burada, həmçinin dövlətimizin başçısının Xətai rayonundakı təhsil ocaqlarında olduğu zaman çəkilən fotoları da var. Məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. Burada şagirdlərə ən yüksək səviyyədə təhsil vermək üçün hərtərəfli şərait var. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir. Məktəbin yüksək səviyyədə qurulan yeməkxanası yeni tədris ilindən şagirdlərin ixtiyarında olacaq. Təhsil ocağının akt zalı da müasir səviyyədə yenidən qurulub. Şagirdlər məktəbin zəngin kitabxanasından bəhrələnəcəklər. Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və 20 minədək dərslik fondu var. Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. 2015-2016-cı tədris ilində məktəbi 54 şagird bitirib ki, onlardan 24 nəfəri tələbə adını qazanıb. Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı. www.president.az
06/09/2016 09:27
Prezident İlham Əliyev Bakıdakı 245 nömrəli məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin yeni inşa edilən tədris korpusunda yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 245 nömrəli tam orta məktəbin əsası 1968-ci ildə qoyulub. Uzun illər təmir olunmayan məktəbdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri görülüb. 1800 şagird yerlik məktəbdə tədris iki növbəli sistemdə Azərbaycan və rus dillərində aparılır. Hazırda burada 80 sinifdə 2111 şagird təhsil alır. Şagird sıxlığı təbii ki, təlim-tədrisin vəziyyətinə təsirsiz ötüşmürdü. Bu və digər obyektiv amillər nəzərə alınaraq 2014-cü ildə məktəb üçün yeni korpusun inşasına başlandı. Dövlət proqramına əsasən iki il ərzində görülən tədbirlər nəticəsində 2630 kvadratmetr sahəsi olan yeni korpusun inşası yüksək səviyyədə başa çatdırıldı. Yeni korpus 20 sinif otaqlı olmaqla 576 şagird üçün nəzərdə tutulub. Bütün sinif otaqları zəruri tədris ləvazimatları, əyani vəsaitlərlə təchiz olunub. Bununla da məktəb yeni tədris ilində şagirdləri daha keyfiyyətli təlim-tədrislə təmin etməyə hazır vəziyyətə gətirilib. Prezident İlham Əliyev məktəbin akt və idman zalına da baxdı. Bildirildi ki, məktəbdə 189 işçi çalışır, şagirdlərin təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Öz uğurlarını getdikcə artıran məktəbi 2015-2016-cı tədris ilində 127 şagird bitirib. Onlardan 76 nəfəri bu il yüksək nəticə göstərərək müxtəlif ali məktəblərə qəbul olunub. Bununla da ölkədə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi konsepsiya bu məktəbin timsalında da öz uğurlu bəhrəsini verməyə başlayıb. www.president.az
06/09/2016 09:15
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı