SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Torpaq və meşələrin dayanıqlı idarə olunmasına dair ekoloji tədbir
BMT İnkişaf Proqramının Qlobal Ekoloji Fondu və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin dayanıqlı idarə olunması” və “İqlim dəyişikliklərinə ekosistem əsaslı yanaşma” layihələri çərçivəsində “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə İsmayıllı rayonunda əhalinin və gənclərin ekoloji maarifləndirmə tədbirləri keçirilib. Layihənin əsas məqsədi xüsusi maarifləndirmə proqramının vasitəsilə Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarə olunması və meşələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılmasından ibarətdir.
İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində keçirilən üçgünlük təlim proqramları əhalinin, o cümlədən gənc nəslin meşələrin davamlı idarə olunması, meşə ekosisteminin, flora və faunanın mühafizəsi sahəsində ekoloji biliklərinin artırılmasına şərait yaradıb.
Həmçinin, tədbir çərçivəsində Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının ekspertlərinin dəstəyi ilə ekoloji yönümlü idman növlərinin və yaşıl turizmin inkişafında meşələrin cəlbediciliyi, meşədə təhlükəsizlik mövzusunda, eləcə də uşaqlar üçün səmti müəyyənetmənin əsasları ilə bağlı təlim keçirilib, labirint yarışı təşkil olunub.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl