SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır
2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində həyata keçiriləcək. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlər Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Əlavə ixtisas seçimində I mərhələdə iştirak etməyən namizədlərin də müraciət etməsinə imkan yaradılacaq. 11-26 avqust 2016-cı il tarixlərində keçirilən ilk mərhələ üzrə 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Qeyd edək ki, “ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır.
“ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl