SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi yeni tədris ili ərəfəsində regionlarda şagirdlərə məktəb ləvazimatı hədiyyə edib
Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni tədris ili ərəfəsində birinci sinfə hazırlaşan 600-dən çox uşağa məktəbli forması və dərs ləvazimatı hədiyyə edib. Hədiyyələr aztəminatlı ailələr, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə təqdim olunub. Uşaqlar üçün hazırlanan çantalara fənlər üzrə dəftərlər, rəsm albomu, rəngli karandaşlar, qələmlər, boya, plastilin, qayçı və digər məktəb ləvazimatları daxildir. Tədbir Cənub, Şimal-Qərb, Dağlıq Şirvan, Aran regionları üzrə 25 rayondan olan uşaqları, həmçinin Sumqayıt şəhərində, Abşeron rayonunun Ramana və Masazır qəsəbələrində məcburi köçkünlər üçün fəaliyyət göstərən məktəb və liseylərin şagirdlərini əhatə edib. Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi fəaliyyəti çərçivəsində, həmçinin regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqların dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirir.
14/09/2016 16:12
Yeni tədris ilində 160 mindən çox şagird I sinfə gedəcək
2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edəcək. Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq. Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə verilib (o cümlədən,Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 101 məktəbdə əsaslı (onlardan 84-ü Təhsil Nazirliyinin sifarişi ilə), 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub, “Bilik günü”ndə istifadəyə verilib.
14/09/2016 15:12
Məktəb rəhbərlərinin Quba “Yay məktəbi” başa çatıb
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Təhsil Nazirliyi tərəfindən son iki ildə məktəb rəhbərliyinə təyinat almış direktorlar üçün Qubada keçirilən “Yay məktəbi” başa çatıb. Sentyabrın 5-dən 11-nə qədər davam edən “Yay məktəbi”ndə iştirakçılar müxtəlif təlim və seminarlarda iştirak edib, mühazirələr dinləyiblər. "Yay məktəbi"nin iştirakçıları üçün özünü təqdimetmə, ünsiyyət bacarıqları, komanda quruculuğu, məktəb münaqişələri və onların həlli, məktəb mühitinin formalaşdırılması, səriştə əsaslı təhsil, məktəbdə sosial layihələr, məktəbdə təhsil keyfiyyətinin təminatı, müəllimin dərs fəaliyyətinin qiymətləndirilməsi, məktəb sənədləri və hesabatlılıq, məktəb qrant layihələrinin idarəçiliyi mövzularında təlimlər keçirilib. Bundan əlavə müxtəlif mövzular üzrə dəvət olunan qonaq spikerlər tərəfindən müzakirələr aparılıb, praktiki məşğələlər keçirilib. “Yay məktəbi” çərçivəsində iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Təlimin sonunda iştirakçılara sertifikat verilib.
14/09/2016 14:38
Prezident İlham Əliyev 9 nömrəli Bakı Peşə Liseyinin IT STEP akademiyasında yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Binəqədi rayonunda əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olub. Təhsil naziri Mikayıl Cabbarov dövlətimizin başçısına məlumat verdi ki, 9 nömrəli Bakı Peşə Liseyinin tədris korpusu bu il əsaslı təmir olunub. Ümumi sahəsi 2750 kvadratmetrdən çox olan korpusda yeni dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərəcək. IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir. Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala bilər. Hazırda IT STEP-də təhsil almaq üçün 210 nəfər sənəd verib, ilin sonunadək bu rəqəmin 500 nəfərə çatacağı gözlənilir. Akademiyada 17 kompyuter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərəcək. Qeyd edək ki, yeni təhsil sistemində peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bunu Prezident İlham Əliyevin bu ilin aprelində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı imzaladığı Fərman da təsdiqləyir. Peşə təhsilinin inkişafı istiqamətində atılan addımlar isə ölkədə bu sahənin potensialının tam üzə çıxarılmasına imkan verəcək. Çünki ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı getdikcə artırır. Peşə təhsilində tədris prosesinin yaxşı qurulması, bu istiqamətdə özəl sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi indi qarşıda duran əsas vəzifələrdən biridir. Onu da deyək ki, hazırda Azərbaycanda 115 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsi mövcuddur. Burada təxminən 24 minə yaxın şagird təhsil alır, 6 minə yaxın pedaqoji və köməkçi heyət çalışır. www.president.az
14/09/2016 12:47
Prezident İlham Əliyev Bakıdakı 32 nömrəli məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub
Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəb üçün yeni tədris korpusu tikilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub. Məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 1963-cü ildən fəaliyyətdə olan məktəbdə bir neçə il bundan əvvəl əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, məktəbin maddi-texniki bazası möhkəmləndirilib. Lakin sonradan şagird sıxlığına görə məktəbin genişləndirilməsi zərurəti yarandığından ərazidə yeni korpusun tikintisinə başlandı. Yeni korpusda 800 şagird yerlik 40 sinif otağı yaradılıb. Bütün sinif otaqları əyani vəsaitlər, tədris ləvazimatları ilə tam təchiz olunub. Yaradılan şərait isə ümumilikdə 1150 şagirdin təhsil aldığı məktəbin imkanlarını daha da genişləndirib. Belə ki, yeni dərs ilindən həm Azərbaycan, həm də rus bölmələrindən ibarət olan məktəb birnövbəli rejimə keçir. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Bilik günündə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Çünki ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Bu siyasət həm də son illərdə tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. www.president.az
14/09/2016 12:41
Prezident İlham Əliyev Bakıdakı 12 nömrəli orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki, əsası 1974-cü ildə qoyulan bu məktəb bir neçə il bundan əvvəl əsaslı təmir olunub. Lakin ərazidə əhali sıxlığının artması məktəbə gələn şagirdlərin sayının çoxalmasına təsir göstərdiyindən 12 nömrəli məktəb üçün də yeni korpusun tikintisinə qərar verildi. Bununla da 960 şagird yerlik məktəbin ərazisində 432 şagird üçün nəzərdə tutulan və 18 sinif otağından ibarət yeni bina inşa olunub. Nəticədə məktəb birnövbəli sistemə keçib. İndi geniş və işıqlı sinif otaqları məktəbdə tədris prosesinin yüksək səviyyədə aparılmasına imkan verir. Beləliklə, ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox təhsil ocağı üçün yeni tədris korpusları inşa olunub. Bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edib. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqrama hərtərəfli dəstək göstərib. Bununla da Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, bir sözlə, ölkədə nəhəng təhsil infrastrukturunun formalaşdırılması yeni təhsil modelinin tətbiqindən irəli gələn uğurlar sayəsində mümkün olub. Bu modelin nailiyyətlərini isə mükəmməl təhsil konsepsiyası təşkil edir. www.president.az
14/09/2016 12:32
Prezident İlham Əliyev Xətai rayonundakı 58 nömrəli məktəbdə tikilmiş əlavə sinif otaqlarında yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Tədris ocağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Diqqətə çatdırıldı ki, 58 nömrəli orta məktəbin binası 1926-cı ildə inşa edilib. 420 yerlik məktəbdə faktiki 900 şagird təhsil alırdı. Təbii ki, bu, sıxlığa səbəb olmaqla yanaşı, təhsilin keyfiyyətinə də təsirsiz ötüşmürdü. Məktəb üçün tikilən yeni sinif otaqları isə vəziyyəti kökündən dəyişəcək. Yeni tədris ilindən şagirdlər daha geniş və müasir təhsil tələblərinə cavab verən sinif otaqlarında dərs keçəcəklər. Kompyuter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da hazır vəziyyətə gətirilib. Beləliklə, dövlətimizin başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Milli dəyərlər üzərində qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı. www.president.az
14/09/2016 09:33
Prezident İlham Əliyev Bakıdakı 261 nömrəli məktəb-liseydə əsaslı təmirdən sonra görülən işlərlə tanış olub
Prezident İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 261 nömrəli məktəb-liseydə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1979-cu ildən fəaliyyətdə olan məktəbdə bu il ilk dəfə təmir işləri aparılıb. Əsaslı təmir və yenidənqurma işləri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində həyata keçirilib. Dövlətimizin başçısının diqqətə çatdırıldı ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək. Ümumi sahəsi 6600 kvadratmetrdən çox olan, 1176 şagirdin təhsil aldığı məktəbin bütün sinif otaqları yüksək səviyyədə yenidən qurulub və zəruri avadanlıqla təchiz olunub. Fənn laboratoriyalarının hamısı əyani dərs vəsaitləri ilə təmin edilib. Məktəbdə müasir idman avadanlıqları ilə təchiz olunan qapalı idman zalından əlavə, həyətdə yeni idman meydançası da yaradılıb. Sahəsi 2720 kvadratmetrdən çox olan meydançada şagirdlərin bədən tərbiyəsi dərslərini keçmələri üçün bütün imkanlar var. Yenidənqurma işləri çərçivəsində məktəbin ətrafında, təxminən 21 min 500 kvadratmetr ərazidə abadlıq işləri görülüb. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı. www.president.az
14/09/2016 09:23
Təhsil naziri Almaniya Federativ Respublikasının səfirini qəbul edib
Sentyabrın 9-da təhsil naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
09/09/2016 17:36
Prezident İlham Əliyev Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib
Prezident İlham Əliyev Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib. Dövlət başçısı məktəbin binasının əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxdı. Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lent kəsdi. Təhsil naziri Mikayıl Cabbarov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Hil kənd tam orta məktəbinin təməli 1928-ci ildə qoyulub və ilk vaxtlar kəndli Gənclər Məktəbi kimi fəaliyyət göstərib. Bu təhsil ocağının məzunu, fizika-riyaziyyat elmləri doktoru professor Kərim Kərimovun adını daşıyan məktəb üçün 1973-cü ildə 14 sinif otağından ibarət ikimərtəbəli bina tikilib. Lakin şagirdlərin sayı çox olduğundan iki növbədə fəaliyyət göstərən məktəbin darısqal binası uzun illər təmir olunmadığına görə qəzalı vəziyyətə düşmüşdü. İndi Hil kəndində ən müasir tələblərə cavab verən yeni bina tikilib. Məktəbin binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qusar rayonuna səfərləri, həmçinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Yeni üçmərtəbəli məktəb binasının inşasına 2015-ci ilin fevral ayında başlanılıb və 2016-cı ilin iyulunda tikinti-quraşdırma işləri tam başa çatdırılıb. Bu təhsil ocağı 720 şagird yerlikdir. Burada ümumilikdə 30 sinif otağı var. Otaqların hamısı zəruri dərs ləvazimatı ilə təmin edilib. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olur. Bu təhsil ocağı öz məzunları ilə fəxr edir. Hazırda məktəbin yetirmələrindən 4 nəfər elmlər doktoru, 6 nəfər elmlər namizədi var. Məktəbin 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyası var. Laboratoriyaların hamısı müasir avadanlıqla təchiz edilib. Məktəbin 2 əmək təlimi otağı, zəngin kitabxanası, 350 yerlik akt zalı, idman zalı, 92 yerlik yeməkxanası da var. Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən qazanxana, 250 kilovoltluq transformator yarımstansiyası tikilib, artezian quyusu qazılıb. Həmçinin 100 kubmetrlik içməli və 100 kubmetrlik yanğın əleyhinə ehtiyat su anbarları, açıq idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb. Məktəblə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı. www.president.az
08/09/2016 17:33
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı