SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Birgə intensiv-interaktiv təlim-dərs layihəsi davam edir
Paris Sorbonna Abu Dabi Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının əməkdaşlığı çərçivəsində “Təhsil Sistemində Qiymətləndirmə və Təhsildə Keyfiyyətin artırılması” movzusuna həsr olunmuş intensiv-interaktiv təlim-dərs layihəsi davam edir.
Layihə 3-7 sentyabr 2016-cı il tarixlərində Bulvar Oteldə keçirilir. Layihənin əsas məqsədi təhsildə keyfiyyətin artırılması naminə təhsildə müasir qiymətləndirmə metodlarına dair layihə iştirakçılarına geniş məlumat vermək və təcrübə mübadiləsi aparmaqdır.
Layihəyə Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi rəsmi dəstək verir.
Layihədə “Sabah” layihəsini təmsil edən 11 universitetdən 42 professor və müəllim iştirak edir. Dərsləri Paris Sorbonna Universitetinin Parisdən gəlmiş professorları tədris edir. Dərslər 130-dan çox müxtəlif interaktiv təlim vasitələrinin tətbiqi ilə keçirilir.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl