• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeniyetmə idmançılardan Avropa çempionatında yüksək nəticə

Bolqarıstanın Samokov şəhərində keçirilmiş yeniyetmələrin sərbəst və Yunan-Roma güləşi üzrə Avropa çempionatında yığma komandanın  tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər.

Belə ki, Yunan-Roma güləşi üzrə keçirilən yarışlarda birinci yerə çıxan yığma komandamızın tərkibində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Fərid Xəlilov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Sərbəst güləş idman növü üzrə “Təhsil”  Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Musa Verdiyev, Cavid Cavadov və Əbdülrəhman İbrahimov Avropa çempionatının gümüş, Abşeron Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Zenfira Həşimova isə yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalına layiq görülüb.


3 il əvvəl