• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tədris digər dillərdə aparılan birinci siniflərə məktəb seçiminə başlanılır

24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsi aktiv ediləcək.   Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçən övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.  

Təhsil Tələbə Krediti Fondu – Əsas məqamlar

- Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.  - Tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər.  - Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq.  - Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək. - Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək.  - Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq. - Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.  - Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq.  - Təhsil kreditində faiz dərəcəsi çox az olacaq. - Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək.  - Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək.  - Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər.       - Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq. - Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq. - Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq. - Yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək.  - Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.

“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

İyunun 18-də “Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, tanınmış mədəniyyət və incəsənət xadimləri, müsabiqənin qalibləri və digər rəsmilər iştirak edib.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz - Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini Qarabağın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu  qeyd edərək burada müsəlman dövrünə aid olan 2000-dən artıq müxtəlif tarixi və mədəni abidələrin qeydə alındığını vurğulayıb. Qeyd edilib ki, orta əsrlərdən məşhur olan Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlayıb. Qarabağ xalçaları qrupuna aid olan xalçalar adları və naxışları ilə seçilir. Bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda, o cümlədən Qarabağda son orta əsrlərdə də mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirib, sonrakı dövrlərdə də Qarabağ mədəni mərkəz rolunu itirməyib. Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə, davam edən vandalizmi Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv edib. 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazilərdə qalmaqla talan edilib, səhiyyə, təhsil müəssisələri və digər infrastruktur binaları dağıdılıb. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib. Hazırda Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır, müxtəlif sahələrin dirçəldilməsi üçün təkliflər hazırlanır, tədbirlər planları təsdiq edilir.   Firudin Qurbanov istedadlı uşaq və gənclərin aşkar edilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.   Daha sonra çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və Vətən müharibəsi iştirakçısı, “Cəbrayılın azad olunmasıma görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Hərbi xidmətə görə” medalı ilə təltif olunan Mehman İbrahimov 44 günlük Vətən Müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi şücaətdən bəhs edib, qalibləri təbrik ediblər.    Sonra müsabiqədə  I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib.   Sonda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu tərəfindən “Yallı” rəqsi göstərilib.   Qeyd edək ki, 3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqəyə ümumilikdə 15000-dən artıq iş daxil olub və münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.   Onlayn platformada keçirilən müsabiqənin məqsədi Qarabağın qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, həmçinin, istedadlı uşaq və gənclərin aşkar edilməsindən ibarət olub.

“Qarabağ Könüllüləri” Klubu yaradılıb

"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərkibində “Qarabağ Könüllüləri” Klubu fəaliyyət göstərəcək.   Klubun məqsədi Qarabağ könüllülərini birləşdirmək, Qarabağa qayıdış prosesində, quruculuq və bərpa işlərində keçirilən aksiyalarda könüllü dəstəyini göstərməklə yanaşı, onların şəxsi inkişafına, gələcək fəaliyyətlərinə təkan verməkdir.   Klub çərçivəsində üzv tələbə-könüllülər üçün müxtəlif istiqamətlərdə təlimlər, infosessiyalar, müxtəlif məzmunlarda şəxsi inkişaf yönümlü könüllü tədbirləri keçiriləcək.   Kluba üzv olmaq istəyən tələbə-könüllülər müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://karabakh.konullu.edu.az   Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.  

Təhsil nazirinin müavini Yıldız Teknik Universitetinin nümayəndə heyəti ilə görüşüb

İyunun 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov Türkiyə Respublikası Yıldız Teknik Universitetinin rektoru Tamer Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı təhsil nazirinin müavini Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib. Bundan başqa, ölkəmizin ali təhsil müəssisələri ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumat

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq.     Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin cari təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.   Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.   Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.   Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlar aşağıdakı infoqrafikalarda təqdim olunub.   

SABAH qruplarına tələbə seçiminə start verilir

2021-2022-ci tədris ili üzrə SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsinə start verilir.   Müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.   Qeyd edək ki,  yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən mərkəzləşdirilmiş imtahan yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.   Müsabiqə barədə daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/3gMs4EF)  daxil olaraq tanış ola bilərsiniz.

Təhsil naziri brifinq keçirib

İyunun 18-də təhsil naziri Emin Əmrullayev ölkə prezidentinin müvafiq fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılmasına dair brifinq keçirib.    Təhsil naziri məlumat verib ki, Fondun yaradılmasında əsas məqsəd ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır. Təhsil Tələbə Krediti Fondunun ali təhsil sahəsində mühüm dəyişikliklərə gətirib çıxaracağını deyən nazir qeyd edib ki, bununla da sosial həssas qrupa aid olan şəxslərin ali təhsil almaq imkanları genişlənəcək.    Nazirin sözlərinə görə, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək. Kreditlər sosial həssas qrupdan olan tələbələr üçün nəzərdə tutulub. Bu qrupa aid olmayanlar üçün isə qaydalar açıqlanacaq. Müvəffəqiyyət göstəricisi olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq.    Təhsil naziri əlavə edib ki, növbəti tədris ilindən təhsil kreditlərinin verilməsi mümkün olacaq. Təhsil krediti hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub, amma gələcəkdə Fondun maliyyəsi artırıla bilər. Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbələr istifadə edə bilər.    Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb. 

Təhsil naziri Salim Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

İyunun 17-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezidenti Administrasiyasının yanında İnsan Resursları Ofisinin müdiri Salim Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı ölkəmizin ali təhsil müəssisələrində fəaliyyət göstərən karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.   Qeyd edək ki, görüşdə müzakirə olunan məsələ Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunda öz əksini tapıb.

Təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində

Təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində qonaq olub.   Verilişdə təhsil naziri ilə 2020-2021-ci tədris ilinin əsas məqamları, Təhsil Tələbə Kredit Fondunun mahiyyəti, ali təhsil sahəsi üzrə icra edilən ikili diplom proqramlarının töhfəsi, müəllimlərin işə qəbulu və hər kəsi maraqlandıran digər suallar ətrafında söhbət aparılıb.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı