• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təltifetmə mərasimi keçirilib

İyunun 23-də Təhsil Nazirliyinin təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən “Məktəblinin dostu” layihəsinin əməkdaşları və məktəb direktorlarının mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərasimdə təhsil naziri Emin Əmrullayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının vaksinasiya prosesinin təşkilində fəaliyyətini yüksək qiymətləndirib. Nazir pandemiya dövründə  “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə aparılan xüsusi iş prosesindən də geniş söz açıb. 

 

Emin Əmrullayev sonda təltif edilən əməkdaşları təbrik edib, məktəblinin dostlarına iş fəaliyyətlərində uğurlar arzulayıb.

 

Çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin vaksinasiyada fəal iştirakı peyvəndləmə prosesinin uğurla həyata keçirilməsinə öz töhfəsini verib. Zaur Əliyev təlim-tədris prosesinin fasiləsiz təmin olunması üçün vaksinasiya işinin bu cür yüksək səviyyədə təşkilinin təqdirəlayiq olduğunu deyib.

 

Daha sonra təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən 44 məktəblinin dostu, 10 heyət üzvü, 13 direktora sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.


3 il əvvəl