• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov Amerikanın Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görülüb. 42,6 min dollar həcmində olan bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək. Milli Elm Fondu ABŞ federal hökuməti tərəfindən maliyyələşdirilir və hər il elmi inkişaf etdirəcək, əhalinin rifahını yüksəldəcək və sosial siyasət qərarlarını daha effektiv edəcək elmi araşdırmalara qrant şəklində mükafat verərək elm adamlarını dəstəkləyir. Fondun qrant mükafatları alimlər arasında olduqca nüfuza sahibdir və bir neçə mərhələdən ibarət olan bu mükafat referilərin rəyi və komissiyaların qərarları nəticəsində ən yüksək perspektivli elmi işlərə verilir. Samir Hüseynov Fondun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə mükafatına layiq görülüb. O, son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır. 2007-ci ildə Amerikada qəbul olunan qanuna görə, bütün restoranlar menyularında təqdim olunan yeməklərin kalorisi ilə bağlı məlumat verməlidirlər. Bu qanunun əsas məqsədi insanları yüksək kalorili qidalardan çəkindirmək, əhalini az kalori istehlak etməyə sövq etmək və kökəlmənin qarşısını almaqdan ibarətdir. Amma qanunun tətbiqi gözlənilən nəticəni vermədi və əhalinin kalori istehlakında azalma müşahidə olunmadı. Samir Hüseynovun qurduğu nəzəri-davranış modelinə görə, yüksək kalorinin təqdim edildiyi mühitdə (restoranlarda və s.) insan beyni daha ləziz görünən, çox kalorili və sağlam olmayan qidaların pozitiv xüsusiyyətlərini önə çəkir, neqativ xüsusiyyətlərini isə görməzdən gəlir və bu yolla qeyri-sağlam qidalanmaya səbəb olur. S.Hüseynovun qurduğu model insanın emosiyalarını, beyin dalğalarını və göz hərəkətlərini də ölçməyi və bu yolla qida seçiminin neyro əsaslarını da araşdırmağı planlaşdırır. Samir Hüseynov Bakıdakı 1 saylı fizika-riyaziyyat təmayüllü liseydə oxuyub, Prezident təqaüdçüsü olub, İqtisad Universitetinin xüsusi istedadlar qrupunda təhsilini bitirdikdən sonra Macarıstanda Mərkəzi Avropa Universitetində magistratura təhsili alıb. O, hazırda xaricdə təhsil üzrə 2007-2015-ci illər üzrə Dövlət Proqramı çərçivəsində Texas A&M Universitetində doktorantura təhsili alır.   AZƏRTAC

Növbəti diaqnostik qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək

Aprelin 16-dan start verilən diaqnostik qiymətləndirmə bu gün başa çatıb. Bərdə Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmə 5 gün davam edib. Diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib. Növbəti diaqnostik qiymətləndirmə 25-30 aprel 2017-ci il tarixlərində Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək. Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. 5 gün ərzində Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. 

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Aprelin 22-də Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək.  Final turunda iştirak edəcək 534 nəfər şagirddən 307-si texniki və təbiət fənləri, 227 şagird isə humanitar fənlər üzrə biliklərini sınayacaq. Şagirdlərdən 282 nəfəri paytaxt,  252 nəfəri isə bölgə məktəblərinin payına düşür.  Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla 8 müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın, Respublika mərhələsinin yarımfinal turunda isə 5909 nəfər şagird iştirak edib.  İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıq tipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunacaq. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək.  Yekunda hər fənndən şagirdlərin nəticələrinə əsasən təxminən 240 nəfər şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fənndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək.

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir

Masallı Olimpiya İdman Kompleksində sərbəst güləş, Balakən Olimpiya İdman Kompleksində Yunan-Roma, Şirvan Olimpiya İdman Kompleksində atletika, Xaçmaz Olimpiya İdman Kompleksində karate, Sumqayıt Olimpiya İdman Kompleksində boks, Hövsan Olimpiya İdman Kompleksində taekvando, Şəmkir Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib. 900 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Cəlilabad, II yerə Masallı, III yerə Lənkəran, Yunan-Roma güləşi idman növü üzrə I yerə Balakən, II yerə Göyçay, III yerə Ağdaş, atletika idman növü üzrə I yerə Beyləqan, II yerə Füzuli, III yerə Hacıqabul, karate idman növü üzrə I yerə Sumqayıt, II yerə Xaçmaz, III yerə Xızı, boks idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Abşeron, taekvando idman növü üzrə I yerə Nəsimi, II yerə Binəqədi, III yerə Nərimanov, stolüstü tennis idman növü üzrə I yerə Gəncə, II yerə Şəmkir, III yerə Samux rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaqdır.

Tələbələr arasında bədii yaradıcılıq festivalı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  ali, orta ixtisas və ilk-peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri arasında bədii yaradıcılıq festivalının II Respublika mərhələsi üzrə seçimlər başa çatıb. Seçimlər Bakı, Lənkəran və Gəncə şəhərlərində aparılıb. Respublika mərhələsinin nəticələri elan olunduqdan sonra qaliblərin iştirakı ilə  konset proqramı keçiriləcək. Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış edəcəklər. Hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq, inkişaf etdirməkdən ibarətdir. Seçimlər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.

Təhsil Texnologiyaları Mərkəzində elekton sınaq imtahanları keçiriləcək

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim və direktor olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanları keçirəcək. Direktor vəzifəsində çalışmaq istəyən şəxslər aprelin 22-də, müəllimlər olmağa hazırlaşanlar isə aprelin 23-də elektron sınaq imtahanlarında iştirak edə bilərlər. Sınaq imtahanları Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində kompüter vasitəsilə keçiriləcək.  Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar.

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv  təhsil tətbiq olunan 2-ci sinfində “TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində “Açıq dərs” keçirilib. TOPs təlimlərindən keçmiş ibtidai sinif müəllimləri Gülər Abdullayeva və Səbinə Əliyeva şagirdlərə innovativ tədris vəsaiti olan TOP oyun tədris kartlarından istifadə edərək ilkin hərəki bacarıq və vərdişlər öyrədiblər. “Açıq dərs”i Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin, “İnkişaf Naminə İdman” İctimai Birliyinin məsul şəxsləri, müəllim və valideynlər izləyiblər. Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən TOPs layihəsinin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Hazırda layihə Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil məktəbində tətbiq edilir. 2014-cü ildən start verilən layihədən 100 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərsindən, eləcə də dərsdənkənar fəaliyyətdən faydalanıb, 200-ə yaxın ibtidai sinif və 500-dən artıq fiziki tərbiyə müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.  

“Sağlam təhsil –sağlam millət”: görülən işlər, nailiyyətlər, perspektivlər”

Aprelin 18-də Azərbaycan Tibb Universitetində (ATU) “Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransın əsas məqsədi “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması, təhsil nailiyyətlərinin yüksəldilməsinə dair 4 il ərzində görülmüş işlərin və nəticələrin təhlil olunması, qarşıda duran vəzifələri müzakirə edilməsindən ibarət olub. Tədbirdə ATU-nun rektoru Gəray Gəraybəyli bildirib ki, “Sağlam təhsil - sağlam millət” layihəsi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldilib. Təhsil nazirinin müşaviri Həsən Həsənli “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanan “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğu amilinin aradan qaldırılması və məktəbyaşlı uşaqların sağlamlığının qorunmasının təmin edildiyini bildirib. Həsən Həsənli sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirildiyini vurğulayıb. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir. Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü V.Kuçma məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, həmçinin sağlam həyat tərzinin şagirdlərə aşılanmasının vacibliyini vurğulayıb. Digər çıxış edən qonaqlar əldə olunmuş təhlillərə əsasən, layihənin məktəblilərin sağlamlığının qorunmasına xidmət etdiyini bildirib və onun gələcəkdə daha da genişlənməsinə ümid etdiklərini vurğulayıblar. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən “Sağlam təhsil-sağlam millət” layihəsinin pilot olaraq tətbiqinə 2014-cü ildə Milli Təhsil Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində başlanılıb. Layihənin əsas məqsədi fiziki-psixi və mənəvi  sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməkdən ibarətdir. Hazırda “Sağlam təhsil” sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. Tədbirin təşəbbüskarı Təhsil Nazirliyi, əsas təşkilatçıları isə Azərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Tibb Universitetidir. Tədbirdə Səhiyyə NazirliyiNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətli nümayəndələri, layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin rəhbər və müəllim heyəti, Milli Təhsil Texnologiyaları Mərkəzinin əməkdaşları iştirak edib.

Təhsil nazirinin müavini Moskvada səfərdə olub

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada işgüzar səfərdə olub. Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Pavel Zenkoviçlə görüşüb, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.  Səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub. Salonu ziyarət zamanı nazir müavini Firudin Qurbanov YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini Qian Tanqla işçi görüş keçirib.  Sərgi çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin birgə təşkil etdiyi stendə də baxış keçirilib. Nümayəndə heyəti həmçinin, Azərbaycan diasporasının Rusiyadakı nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşlığının əsas məqsədləri və bundan yaranan yeni imkanlar barəsində məlumat verilib. 

İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş tədbir

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Balakən Olimpiya İdman Kompleksində sərbəst güləş, İsmayıllı Olimpiya İdman Kompleksində atletika, Şəmkir Olimpiya İdman Kompleksində karate və cüdo, Xaçmaz Olimpiya İdman Kompleksində basketbol, Şağan Olimpiya İdman Kompleksində boks, Sumqayıt Olimpiya İdman Kompleksində taekvando, Şirvan Olimpiya İdman Kompleksində stolüstü tennis, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində bədii gimnastika idman növləri üzrə zona yarışları keçirilib. 1300 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Balakən, II yerə Qax, III yerə Zaqatala, atletika idman növü üzrə I yerə İsmayıllı, II yerə Göyçay, III yerə Ağsu, karate idman növü üzrə I yerə Gəncə, II yerə Ağstafa, III yerə Bərdə, cüdo idman növü üzrə I yerə Gəncə, II yerə Şəmkir, III yerə Yevlax, basketbol idman növü üzrə I yerə Abşeron, II yerə Xaçmaz, III yerə Sumqayıt, boks idman növü üzrə I yerə Binəqədi, II yerə Yasamal, III yerə Nizami, taekvando idman növü üzrə I yerə Sumqayıt, II yerə Quba, III yerə Qusar, stolüstü tennis idman növü üzrə I yerə Şirvan, II yerə Sabirabad, III yerə Hacıqabul, bədii gimnastika idman növü üzrə I yerə Yasamal, II yerə Səbail, III yerə Sabunçu rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı