SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək
Aprelin 22-də Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək.
Final turunda iştirak edəcək 534 nəfər şagirddən 307-si texniki və təbiət fənləri, 227 şagird isə humanitar fənlər üzrə biliklərini sınayacaq. Şagirdlərdən 282 nəfəri paytaxt, 252 nəfəri isə bölgə məktəblərinin payına düşür.
Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla 8 müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın, Respublika mərhələsinin yarımfinal turunda isə 5909 nəfər şagird iştirak edib.
İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıq tipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunacaq. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək.
Yekunda hər fənndən şagirdlərin nəticələrinə əsasən təxminən 240 nəfər şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fənndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl