• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şəmkir müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Şəmkir  rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 16593 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14146 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2447 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 129 sənəd (544 məktub, 368 ərizə, 217 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı olub. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 449 zəng) və çərşənbə axşamı (2 846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (574 müraciət) və cümə (524 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

6000 min nəfərə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

4-6 may 2017-ci il tarixlərində Tovuz Olimpiya İdman Kompleksində Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Qeyd edək ki, 16-21 aprel 2017-ci il tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib. 25-30 aprel 2017-ci il tarixlərində isə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllimin qiymətləndirilməsi aparılıb.

SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçəcəklər

Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin “Azercell Telekom" MMC ilə əməkdaşlığı çərçivəsində bu qrupların tələbələri üçün “Yay Tələbə Təcrübə Proqramı” elan edilib. Proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir. “Yay Tələbə Təcrübə Proqramı”na qoşulmaq istəyən SABAH qruplarının 3-cü və 4-cü kurs tələbələri mayın 8-dək müraciət edə bilərlər. Seçilən SABAH tələbələri iyulun 1-də başlayacaq proqram çərçivəsində “Azercell Telekom”da 2 ay təcrübə keçmək şansı əldə etməklə nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı qazanacaqlar. Qeyd edək ki, SABAH qruplarının “Azercell Telekom”la əməkdaşlığı çərçivəsində təqaüd proqramı üzrə elan olunmuş yerlərin 50 faizi SABAH qrupları tələbələri üçün ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün “Azercell Plaza”ya tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz brendini yarat” mövzularında qısa sessiyalar təşkil olunub. Həmçinin İnsan qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

“Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib

Aprelin 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi uşaqların ədəbiyyata, folklorumuza, xalq nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır. “Çiçəyim” uşaq teatr studiyasının balaca aktyorlarının,  “Azəri inciləri” rəqs kollektivinin qruplarının bir-birindən maraqlı səhnəcikləri nümayiş olunub. Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, xalq rəssamı Arif Hüseynov, “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova, uşaq yazarları Sevinc Nuruqızı, Solmaz Amanova və başqaları iştirak ediblər.

Azərbaycan məktəbliləri iki medal qazanıb

Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib. Yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan  elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib. Beynəlxalq elm yarışmasında Azərbaycanı təmsil edən komanda böyük uğura imza atıb. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medal qazanıb. Ötən tədris ilində şagirdlərimiz bu mötəbər yarışda 2 bürünc medala layiq görülüb. Ümumiyyətlə isə bu olimpiadada Azərbaycan məktəbliləri 4 qızıl, 7 gümüş və 30 bürünc medal olmaqla 41 medal qazanıb. Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetində qəbul imtahanı vermədən ödənişsiz oxuma haqqına sahib olurlar.

Təhsil Nazirliyi 2016-cı ilin hesabatını verib

Mayın 1-də Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, ali məktəblərin rektorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və tanınmış ziyalılar iştirak edib. Əvvəlcə Təhsil Nazirliyinin 2016-cı ildə təhsil sahəsində həyata keçirdiyi tədbirlər və yeniliklərlə bağlı “Təhsil” televiziyasının hazırladığı videoxronika nümayiş olunub.  Daha sonra Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış edib. Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin hesabat tədbirinin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb, belə görüşlərin təhsildə dəyişikliklərin aparılmasında mühüm əhəmiyyətini qeyd edib. Nazir təhsil sahəsində görülən işlər və qarşıda duran başlıca hədəflərlə bağlı cəmiyyətin rəyinin öyrənilməsinin, birgə müzakirələrin aparılmasının və ictimai dialoq mühitinin yaradılmasının vacibliyini bildirib. Bu prosesdə hesabatlılığın və şəffaflığın təmin edilməsi isə əsas şərtdir. Təhsil Nazirliyinin son illər apardığı islahatlar çərçivəsində vətəndaş məmnuniyyətinin təmin edilməsinə, təhsilin əlçatan olmasına və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə önəm verildiyini açıqlayan Mikayıl Cabbarov, həmçinin təhsildə idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı tədbirlərin görüldüyünü deyib. Məzunların zəruri kompetensiyalara malik olmasının vacibliyindən danışan təhsil naziri bildirib ki, onların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün qurumlar arasında kadr hazırlığı, uzun müddətli dəyərləndirmələrin hazırlanması və digər istiqamətlər üzrə daha sıx əməkdaşlıq edilməsinə ehtiyac var. Mikayıl Cabbarov son dövrlərdə müəllimlərin səriştəlilik səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verdiyini deyib. Nazir qeyd edib ki, müəllim olmaq arzusunda olanların sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır. Tədbirdə çıxış edən millət vəkilləri və təhsil ekspertləri son illər təhsil sahəsində müsbət dəyişikliklərin müşahidə olunduğunu, cəmiyyətin məlumatlandırılması baxımından bu tədbirin əhəmiyyətini qeyd edib, həmçinin rəy və təkliflərini bildiriblər.   Təhsil Nazirliyinin 2016-cı il üzrə hesabatı  

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edəcək

Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 8 may 2017-ci il tarixində saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 1-4 may 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Tələbələr arasında futbol çempionatının final turu

Aprelin 29-da ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatı başa çatıb. Final oyununda  Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU-nun komandasının xeyrinə başa çatıb.ADBTİA-nın komandası ikinci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə üçüncü yeri qazanıb. Daha sonra komandalar  kubok,medal  və qiymətli hədiyyələrlə təltif olunublar. Həmçinin çempionatda fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib. Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilib. FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi hakimlər heyəti tərəfindən idarə olunub.

"Oxu Günü"ndən foto anlar

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı