SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı
Aprelin 28-də xalq artisti, bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. Konsert proqramının keçirilməsində məqsəd Azərbaycan xalqının görkəmli bəstəkarı Tofiq Quliyevin musiqi xəzinəmizin inciləri hesab edilən mahnıları, operettaları, estrada pyesləri ilə gəncləri tanış etmək, yaradıcı, istedadlı tələbə və şagirdləri üzə çıxarmaqdır. Konsertdən əvvəl iştirakçılar akademiyanın foyesində görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Mərkəzin Təsviri Sənət Qalereyasının dərnək üzvlərinin 40 rəsm əsəri nümayiş etdirilib. Konsert proqramında bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Bakı Musiqi Akademiyasının tələbələrinin, İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət musiqi və rəqs nömrələri təqdim edilib. Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən təşkil olunan konsertdə Təhsil Nazirliyinin əməkdaşları, incəsənət xadimləri, xalq artistləri və digər qonaqlar iştirak edib. Fəal çıxış edən tələbə və şagirdlər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları ilə təltif olunublar.
29/04/2017 17:22
Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib
Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk günlərdən bir çox kitabları nəfis şəkildə nəşr etdirməyi öz prioritet istiqamətlərindən biri kimi seçib. Bu baxımdan Azərbaycan mədəniyyətini və milli dəyərlərini təbliğ edən nəşrlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Fondun nəşr etdiyi kitablar arasında uşaq ədəbiyyatı kitabları da mühüm yer tutur. Bu gün Fondun bu istiqamətdə layihələrini Heydər Əliyev Mərkəzi də uğurla davam etdirir. Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışıb. “Oxu Günü”nün keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, bu tədbirin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu vardır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, xalq yazıçısı Çingiz Abdullayev, “Hədəf” Şirkətlər qrupunun baş direktoru Şəmil Sadıqov çıxış edərək şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolunu qeyd edib, “Oxu Günü” layihəsini yüksək qiymətləndiriblər. Tədbir iştirakçıları “Oxu Günü”ndə iştirak edən tanınmış yazıçı və şairlərlə görüşüb, kitablarını imzalatmaq imkanı əldə ediblər. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu Günü”ndə, paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılıb, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olub. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş olunub. Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilib. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılıb, həm də güzəştli şərtlərlə satılıb.
29/04/2017 14:56
“Olimpiya Hərəkatı - 2017” üzrə oyunlar davam edir
“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin Bakı şəhəri üzrə rayondaxili yarışları başa çatıb. Yarışlarda Bakı şəhərinin 12 rayonundan 5 idman növü üzrə 8 minə yaxın məktəbli iştirak edib. Qaydalara uyğun olaraq hər rayon üzrə müvafiq idman növü üzrə qalib olmuş komanda finala vəsiqə qazanıb. Qeyd edək ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı, Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil edilən “Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növü üzrə keçirilir. Yarışlar Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt şəhərlərində və Göygöl rayonunda təşkil olunur. Birinciliyin məktəbdaxili mərhələsinə Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göygöl rayonu üzrə 24 ümumi təhsil müəssisəsindən 90 minə yaxın məktəbli qatılıb. “Olimpiya Hərəkatı - 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir.
28/04/2017 17:30
"Kapital Bank" "SABAH" qruplarının tələbələri üçün seminar keçirib
"Kapital Bank"ın əməkdaşları sosialyönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin "SABAH" qruplarında təhsil alan 100-dən çox tələbə ilə görüşüb. Görüş zamanı "Müsahibədə özünü təqdimat bacarıqları" mövzusunda seminar keçirilib. Tədbirdə "Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, İşə qəbul və yerləşdirilmə şöbəsinin rəhbəri Elçin Nəsibov və "SABAH" qruplarının İcra Komitəsinin sədri Şahin Seyidzadə iştirak edib. "Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib ki, seminar zamanı tələbələrə düzgün iş axtarma yolları, müsahibələrə düzgün hazırlıq və iştirak barədə məlumat verilib. Həmçinin tələbələrin fəal iştirakını təmin etmək məqsədilə onları maraqlandıran suallar cavablandırılıb və bir neçə tələbə ilə iş müsahibəsi prosesi canlı olaraq səhnələşdirilib. Qeyd edək ki, təhsil layihələrinə dəstək verən "Kapital Bank" Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirib. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar. AZƏRTAC
28/04/2017 16:45
Respublika şahmat festivalının final yarışlarına start verilib
“Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının II mərhələsinə start verilib. Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən final yarışının açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək gənc şahmatçılara uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan şahmatçılarının nailiyyətlərindən, şahmatın uşaqlar üçün əhəmiyyətindən danışıb. Şəxsi-komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir. Festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan 500 yüzə yaxın pilot məktəbdən 3000 nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb. 400-ə yaxın şagirdin qatıldığı final yarışlarına mayın 1-də yekun vurulacaq. Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
28/04/2017 16:31
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş idman tədbirləri başa çatdı
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri başa çatıb. Şirvan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma, Respublika Olimpiya Manejində atletika, Bakı Ağ Şəhər bulvarı ərazisində basketbol, Şəmkir Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib. 800 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Şirvan, II yerə İmişli, III yerə Xocavənd, Yunan-Roma güləşi idman növü üzrə I yerə Şirvan, II yerə Sabirabad, III yerə Beyləqan, atletika idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər, basketbol idman növü üzrə I yerə Nərimanov, II yerə Xətai, III yerə Nizami, taekvando idman növü üzrə I yerə Şəmkir, II yerə Gəncə, III yerə Tovuz rayon və şəhərlərin komandaları layiq görülüb. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə martın 30-da start verilib. Bu müddət ərzində ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika idman növləri üzrə zona yarışları keçirilib. Kütləvi idman tədbirləri çərçivəsində 50 zona yarışları təşkil olunub, həmin yarışlara 6619 məktəbli qatılıb, 616 fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib. Qaliblər diplom və medallarla təltif edilib, yarşılara qatılan hər bir iştirakçıya idman geyimləri, məktəbli azarkeşlərə isə idman köynəkləri hədiyyə edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarət olub.
28/04/2017 09:50
Azərbaycanlı tələbələr qızıl medal qazandı
Kiyev şəhərində “Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatının final mərhələsi keçirilib. Çempionatda 300-dən artıq iştirakçı 10 fərqli nominasiyalarda innovativ layihələrini təqdim edərək 20 000 ABŞ dolları həcmində hədiyyə fondu uğrunda mübarizə aparıb. Müsabiqədə ilk dəfə iştirak edən azərbaycanlı tələbələr 6 nominasiya üzrə öz layihələrini təqdim ediblər. Tələbələrimiz yarışdan iki qızıl və iki bürünc medalla qayıdıblar. Qalib tələbələrdən biri 6 aydır ki, fəaliyyətdə olan İT Step Akademiyasının tələbəsidir. “WEB Design” nominasiyası üzrə 1-ci yerin qalibləri Elvin Cuvarov, Orxan Qədirov (“E-Tap” komandası), “Character Design” nominasiyası üzrə 1-ci yerin qalibi Vaqif Rüstəmov, “Startup Challenge” nominasiyası üzrə 3-cü yerin qalibləri Əsəd Yusubov, Nicat Cavadov (“JavaSet” komandası), “Internet of Things” nominasiyası üzrə 3-cü yerin qalibləri Tural Səlimli, Məmməd Kərimli və Fəhmin Zakirli (“Savefy” komandası) olub. Müsabiqə Azərbaycanın və Ukraynanın Təhsil nazirliklərinin, Kiyev Şəhər Administrasiyasının dəstəyi ilə keçirilib. Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndiriblər. 9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir. İndiyədək çempionata 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub. Bu il isə çempionata 10 000-dən artıq iştirakçı layihə təqdim edib. Qeyd edək ki, IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Ötən il Bakıda fəaliyyətə başlayan akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərir.
27/04/2017 16:29
İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub
Təhsil İnstitutu fənn olimpiadaları və müxtəlif fənn müsabiqələrinə hazırlaşan istedadlı şagirdlər üçün xüsusi vəsaitlərin buraxılışına başlayıb. İlk belə vəsait riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarına, beynəlxalq olimpiadalara və müxtəlif müsabiqələrə hazırlaşmaq istəyən VII-XI sinif şagirdləri üçün nəzərdə tutulub. “Riyaziyyat” olimpiada vəsaiti ümumi təhsil müəssisələrində çalışan, riyaziyyatdan fakültativ məşğələlər aparan müəllimlər, istedadlı uşaqlarla işləyən pedaqoqlar, tələbələr, eləcə də riyaziyyat sahəsinə marağı olanlar üçün faydalıdır. Buraxılışlar əsasında çap edilməsi nəzərdə tutulan bu vəsaitdə mövzuların nəzəriyyə hissələri verilib, mürəkkəb olmayan misal və məsələlər seçilərək test formatında təqdim edilib. Bununla yanaşı hər mövzunun sonunda açıq tipli olimpiada sualları da yer alıb. Vəsaiti telefon vasitəsilə (+994124309081 - daxili 134) əlaqə saxlamaqla və ya elektron sifariş blankını doldurmaqla sifariş edə bilərsiz. Çatdırılma pulsuzdur.
27/04/2017 15:53
Modul tipli məktəblərlə tanışlıq üçün mediaturdan foto anlar
İsmayıllı rayonunun Yenikənd, Göyçay rayonunun Hacağabəyli kəndlərində quraşdırılan modul tipli məktəblərlə tanışlıq üçün mediaturdan foto anlar.
27/04/2017 12:53
İdman məktəbinin yetirməsi Avropa çempionu olub
Polşanın Varşava şəhərində kişilər arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Çempionatda ölkəmizi təmsil edən cüdo üzrə yığma komandanın tərkibində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) idmançısı Hidayət Heydərov 73 kq çəki dərəcəsində uğurla çıxış edərək Avropa çempionu adını qazanıb. Qeyd edək ki, Varşavada bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanan Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. İdmançımız Avropa Cüdo Birliyi tərəfindən "Avropanın ən yaxşı gənc cüdoçusu" mükafatına layiq görülüb.
27/04/2017 11:41
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı