SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib
Aprelin 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi uşaqların ədəbiyyata, folklorumuza, xalq nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır.
“Çiçəyim” uşaq teatr studiyasının balaca aktyorlarının, “Azəri inciləri” rəqs kollektivinin qruplarının bir-birindən maraqlı səhnəcikləri nümayiş olunub.
Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, xalq rəssamı Arif Hüseynov, “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova, uşaq yazarları Sevinc Nuruqızı, Solmaz Amanova və başqaları iştirak ediblər.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl