SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Ağ Top” Şahmat Klubunun yetirməsindən yeni rekord
Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb. Paşam Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb. “Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib. Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.
12/06/2017 12:11
“Son zəng”in keçirilməsi haqqında əmr
Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunacaq. Əmrdə ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumlarına “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.
09/06/2017 18:34
Məktəblilər üçün ekstremal təlim
İyunun 9-da paytaxtda məktəblilər üçün “Yanğın zamanı məktəbdə xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üzrə birgə fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib. "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi ilə birgə reallaşdırılan təlimin məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. Paytaxtdakı 139 nömrəli tam orta məktəbdə reallaşdırılan təlimdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Şagirdlər ilkin tibbi yardım və təxliyə zamanı zəruri bacarıqlarını nümayiş etdiriblər. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb. Məktəblilər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə də yaxından tanış olublar.
09/06/2017 18:29
SABAH tələbələri üçün karyera sərgisi
İyunun 9-da SABAH qrupları və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı, 31 şirkətin iştirakı ilə karyera inkişafı sərgisi keçirilib. Sərginin keçirilməsinin məqsədi cari tədris ilində işəgötürənlərin diqqətinin SABAH qruplarının məzunlarına yönəldilməsi, məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüş və tanışlığına imkan yaradılmasıdır. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək sərginin SABAH qruplarının tələbə və məzunlarının gələcək karyeraları üçün geniş imkanlar yaratmasından və peşəkar kadr hazırlığının təmin edilməsindəki rolundan danışıb. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində yaradılmış SABAH qruplarının ilk məzunlarının karyera istiqamətlərinə dəstək göstərilməsi məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb və onların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova Təhsil Nazirliyinə AmCham ilə yüksək səviyyəli əməkdaşlığına görə təşəkkür edib. Natəvan Məmmədova işəğötürənlərlə daimi partnyorluğun önəmini vurğulayaraq sərgidə iştirak edən şirkətlərə təşəkkür, tələbələrə isə uğurlar arzu edib. İcraçı direktor sərginin nəticəsi olaraq gənclərin ölkənin aparıcı şirkətlərində işlə təmin olunacağına ümid etdiyini bildirib. Sərgidə 38 ixtisas üzrə təhsil alan tələbələr iştirak etməklə təcrübə proqramları və işə qəbul vakansiyaları ilə tanış olmaq, öz CV-lərini birbaşa olaraq şirkətlərə təqdim etmək imkanı qazanıblar. Sərgi SABAH Karyera Akademiyası çərçivəsində tələbə və məzunların işə düzəlmə istiqamətində fəaliyyətinə dəstək olmaq məqsədi daşıyır. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində yaradılmış, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir. Azərbaycanda Amerika Ticarət Palatası ölkənin aparıcı və ən nüfuzlu xarici biznes assosiasiyasıdır. 250-dən artıq üzv şirkəti təmsil edən AmCham Azərbaycan üzvlərinin ticarət və sərmayə maraqlarını effektiv şəkildə müdafiə edir. AmCham-ın üzvü olan şirkət Azərbaycan və ABŞ hökumətində biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə, eləcə də Amerika Ticarət Palatasının Avropa Şurası və Amerika Ticarət Palatası vasitəsilə Avropa üzrə dəyərli məlumatları əldə etmək imkanına malik olur.
09/06/2017 14:13
Şəffaf, obyektiv və vaxt itkisinə yol vermədən
Müəllimlər yerdəyişmənin tam elektronlaşdırılmasını mühüm dəyişiklik kimi dəyərləndirirlər Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi başa çatıb. Mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib. Dəyərləndirmə zamanı müəllimlərin sosial statusu əsas götürülüb. Eyni zamanda onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınır. Əgər yerdəyişmə ailə vəziyyəti və yaxud səhhətlə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilib. Yerdəyişmə zamanı bir neçə müəllim eyni vakant yeri göstərdikdə isə bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınıb. Müəllimlərin yerdəyişməsi davam edir. Belə ki, 8-12 iyun tarixlərində bir rayon (şəhər) məktəbindən başqa (rayon) şəhər məktəbinə yerdəyişmə baş tutacaq. Bu proses də müsabiqəsiz, müəllimlərin sosial statusu əsas götürülməklə həyata keçiriləcək. Yerdəyişmədə iştirak etmiş müəllimlərin bir neçəsinin bu proses haqqında təəssüratını təqdim edirik. Aysel Alıcanova, Bakı şəhəri, 95 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi: - Mən 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai sinif müəllimliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirmiş və həmin il Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Yasamal rayonu 38 nömrəli məktəbə müddətsiz müqavilə əsasında əmək fəaliyyətinə başlamışam. 2015-ci ilin dekabr ayında respublikamızda ilk dəfə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplamışam. Lakin 2 il işlədiyim təhsil müəssisəsinin yaşayış yerimdən çox uzaq olması və bundan yaranan çətinliklər məni iş yerimi dəyişdirmək üçün təşəbbüs göstərməyə vadar etdi. 2017-ci ildə respublikamızda yeni qurulan sistem üzrə Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi eyni rayon daxilində müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsində iştirak etdim. Sevinirəm ki, arzuladığım məktəbə düşmüşəm. Növbəti tədris ilindən Xətai rayonunda yerləşən 95 nömrəli tam orta məktəbdə işləyəcəyəm. Təhsil Nazirliyi bizim kimi cavan kadrlara çox qayğı göstərir‚, müəllimlərin bilik və bacarıqlarını yüksək qiymətləndirir. İştirak etdiyim müsabiqələr üzrə bu nəticəni əldə etmişəm. Təhsil Nazirliyi öz işini tam şəffaflıq və obyektiv olaraq həyata keçirir. Hər bir müəllimin iş yerinin dəyişdirmə səbəbini,‚ biliyini‚, bacarığını‚, nailiyyətlərini araşdırır və daha sonra yerdəyişməni həyata keçirir. Bütün bunlara görə bu prosesdə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Gülər Hüseynova, Bakı şəhəri, 72 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi: - Mən Bakının Sabunçu rayonundakı İ.Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində çalışıram. 2015-ci ilin dekabrında Bakıda keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edərək 53 bal toplamışam. Ötən ay Təhsil Nazirliyinin təşkil etdiyi eyni rayon daxilində müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə elektron ərizə verdim. Yerdəyişmədə diaqnostik qiymətləndirmə balı ilə yanaşı, müəllimin yerdəyişməsini zəruri edən səbəblər də rol oynayırdı. İş yerimi dəyişmək səbəbim hazırda işlədiyim məktəbin yaşayış yerimdən uzaq olması idi. Mən bir müəllim olaraq Təhsil Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Müəllimlərin iş yerinin dəyişdirilməsi və ya işə qəbulu prosesinin müəllimin bilik və bacarığına əsasən aparılması, yerdəyişmə zamanı müəllimin topladığı yüksək balın əsas götürülməsi çox sevindirici bir haldır. Azad Həsənov, Goranboy rayonu, Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəbin tarix müəllimi: - 2016-2017-ci tədris ilində Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində 58 bal toplayaraq Goranboy rayonu, Todan kənd tam orta məktəbinə tarix müəllimi təyin olunmuşam. Bu il aprel ayının 27-də Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 58 bal topladım. Bu bala uyğun olaraq, 26-30 may tarixlərində keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak etdim.Yerimi dəyişməyimə əsas səbəb səhhətimdəki problemlərdir. Neçə illərdir revmatizmdən əziyyət çəkirəm. Ailə problemi ilə bağlı məsələləri də səbəb kimi gətirdim. Şəffaf və obyektiv keçirilən yerdəyişmə müsabiqəsindən uğurla keçdim və Goranboy rayonu, Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəbinə təyin olundum. Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatları, tətbiq olunan yenilikləri bir gənc müəllim kimi mən də dəstəkləyirəm. Bundan sonra da təhsildə irəliləyişlər, şübhəsiz ki, olacaq. Mən gənc müəllim kimi buna əminəm. Çünki təhsilimiz qərəzsiz, vicdanlı, işgüzar insanların əlindədir. Yerdəyişmə edib uğur qazananları öz adımdan təbrik edirəm. Vüqar Hüseynov, Quba rayonu, Püstəqasım kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi: - Quba rayonunun Təngəaltı kəndində Azərbaycan dili-ədəbiyyat müəllimi işləyirdim. Bu məktəbə 5 il bundan qabaq Təhsil Nazirliyinin təşkil etdiyi mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olmuşam. 2016-cı ilin dekabr ayında Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək 56 bal topladım. Bu ay həmin balla yerdəyişmə etmək qərarına gəldim. Yerdəyişmədə DQ balı ilə yanaşı, sosial faktorlar da rol oynayırdı. Yerdəyişmə səbəbim hazırda işlədiyim məktəbin yaşayış yerimdən çox uzaqda yerləşməsi idi. Şəffaflıqla həyata keçirilən müsabiqədə istəyim nəzərə alındı və Quba rayonunun Püstəqasım kəndinə keçidim təsdiqləndi. Bizə yaradılan şəraitə görə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Şəlalə Əliyeva, Şəmkir rayonu, Çinarlı 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi: - Şəmkir rayonu, Yeniabad kənd tam orta məktəbində işləyirdim. Özüm Seyfəli kəndində yaşayıram. 2 körpə övladım olduğuna görə məktəbə gedib-gəlməkdə çətinlik çəkirdim. Yollarda vaxt itkisi ilə üzləşirdim. Bu səbəbdən Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı müsabiqəyə sənədlərimi təqdim etdim. Şükürlər olsun ki, nazirlik məsələni tam obyektiv araşdırdı və mənim iş yerimi yaşadığım ünvana - N.Süleymanov adına Çinarlı 1 nömrəli tam orta məktəbə dəyişdi. Nəzərə çatdırım ki, diaqnostik qiymətləndirmədə də kifayət qədər yüksək - 51 bal toplamışam. Bu, müsabiqədə xüsusilə nəzərə alınırdı. Mən Prezidentimiz İlham Əliyev cənablarına minnətdaram. Çox sağ olsunlar ki, biz müəllimlərə, gənclərə belə şərait yaradırlar. Mən də söz verirəm ki, dövlətimizin mənə göstərdiyi etimadı doğruldacağam. Anar Azəri, Quba rayonu, Xınalıq kənd məktəbinin müəllimi: - Mən 2015-ci ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bal toplayaraq Quba rayonu, Qəcər-Zeyid kənd tam orta məktəbində informatika müəllimi kimi çalışmağa başlamışam. Bu il ailə həyatı qurmağımla bağlı olaraq iş yerimi dəyişmək zərurəti yarandı. Mən və Qubanın başqa kəndində riyaziyyat fənnini tədris edən həyat yoldaşım Sevinc Zakirzadə ilə birlikdə Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada apardığı müəllimlərin yerdəyişməsi müsabiqəsinin ilk mərhələsində iştirak edərək, Qubanın Xınalıq kəndində yerləşən məktəbdə fəaliyyətimizi davam etdirmək üçün elektron ərizə yazdıq. Bizim sənədlərimiz araşdırılıb və buna razılıq verilib. Təhsil Nazirliyinin bu müsabiqəni proqram təminatı tətbiq etməklə keçirməsi nəticəsində biz evdən çıxmadan, heç bir idarəyə müraciət etmədən, vaxt itkisinə yol vermədən arzu etdiyimiz yerə yerdəyişmə edə bildik. Yerdəyişmənin bu üsulla keçirilməsinin ən böyük üstünlüyü isə şəxsi maraqlar olmadan, tam şəffaf və obyektiv olmasıdır. İstər müəllimlərin işə qəbulu, istərsə də yerdəyişməsinin müasir informasiya texnologiyaları və metodları tətbiq edilməklə keçirilməsi nəticəsində minlərlə müəllim heç bir ödəniş etmədən istəyinə uyğun yer seçərək işə qəbul olub və ya arzu etdiyi yerə yerdəyişmə edib. Bu, nazirliyin müəllimə verdiyi diqqətin bariz nümunəsidir. Azərbaycan müəllimi
09/06/2017 13:11
Pilot qiymətləndirmənin nəticələrinə dair təqdimat
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində “Tvininq” layihəsi çərçivəsində təqdimat keçirilib. Təqdimatda ali təhsil müəssisələrinin inkişafına dəstək göstərəcək yeni akkreditasiya standartlarının sınaqdan keçirilməsi ilə bağlı pilot qiymətləndirmənin nəticələri açıqlanıb. Qiymətləndirmə Finlandiya və Estoniyadan olan ali təhsil ekspertləri, eləcə də yerli mütəxəssislərin iştirakı ilə aprel ayında həyata keçirilib. Pilot qiymətləndirmənin həyata keçirilməsi üçün bir ilə yaxın hazırlıq işləri həyata keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə birgə Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tələbləri əsasında yeni qiymətləndirmə standartları hazırlanıb. Ali təhsil müəssisələlərinin əməkdaşlarının özünütəhlil hesabatını hazırlamaları üçün xarici ekspertlər tərəfindən üç mərhələdən ibarət təlimlər keçirilib. Qeyd edək ki, təqdim edilən hesabatlar pilot ali təhsil müəssisələrinin rəhbərliyi ilə müzakirə edilib, fikir və mülahizələr dinlənilib. Yeni akkreditasiya standartlarının Azərbaycan ali təhsil müəssisələrinin strateji inkişafına və keyfiyyət təminatı sisteminin yaradılmasına xidmət edəcəyi vurğulanıb. Həmçinin may ayında Azərbaycan Texniki Universitetində yeni akkreditasiya standartları əsasında keçirilən qiymətləndirmə prosesinin təşkilinin təhlil edilməsi və onun təkmilləşdirilməsi məqsədi ilə, eləcə də bu standartların ali təhsil müəssisələrində tətbiqi təcrübəsinə dair xarici və yerli ekspertlərlə birgə seminar da təşkil olunub.
09/06/2017 12:50
“Rəngli kvartet” rəsm sərgisi
Xətai Sənət Mərkəzində Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dörd istedadlı gənc rəssamı – Dəniz Quliyeva, Ayaz Nəcəfli, Gülay Əsədova və Hüseyn Cabbarovun “Rəngli kvartet” adlı rəsm sərgisi keçirilib. Bir çox müsabiqə və sərgilərin iştirakçıları olan bu rəssamların “Rəngli kvartet” ilk sərgisində müxtəlif mövzularda – nağıllar, heyvanlar aləmi, portret və digər mövzularda 50-yə yaxın rəsm əsərləri nümayiş olunub. Sərgidə valideynlər, dərnək üzvləri, balaca rəssamların təhsil aldıqları məktəblərin müəllim və şagirdləri iştirak edib. İstedadlı rəssamlara Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplom və hədiyyələr təqdim olunub. Sonda mərkəzin bədii kollektivləri öz maraqlı çıxışları ilə balaca rəssamları təbrik ediblər.
09/06/2017 11:24
Məktəblərdə zərərli vərdişlərə qarşı mübarizə
Bakı şəhərindəki ümumi təhsil müəssisələrində “Narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “ Siqaretə yox deyək” və digər mövzularda “Dəyirmi masa”, seminar, mühazirələr təşkil edilib. Tədbirlərdə şagirdlər, valideynlər, müəllimlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir. Məktəblilərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün aparılan işlərdən bəhs olunan tədbirlərdə Azərbaycanda 2013-2018-ci illərdə narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının, digər zərərli vərdişlərlə bağlı mövcud qanunvericiliyin və bu məsələlərlə əlaqədar beynəlxalq səviyyədə qəbul edilmiş qərarların tələbləri ilə əlaqədar atılan addımlar diqqətə çatdırılıb. Tədbirlərdə məktəblilər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilib, videoçarxlar nümayiş olunub. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.
08/06/2017 15:30
Müəllimlərin yerdəyişməsinin ilk mərhələsi başa çatıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi başa çatıb. Mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib. Bununla bağlı məlumat isə həmin müəllimlərin “Şəxsi səhifə”lərinə göndərilir. Məlumat üçün qeyd edək ki, proqram təminatında hər bir namizəd öz sosial statusuyla bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırmalı və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət etməlidir. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən İşçi Qrupda dəyərləndirilərək müvafiq qərar qəbul edilir. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınır. Yerdəyişmə ailə vəziyyəti və yaxud səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilir. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. 8-12 iyun tarixlərində bir rayon (şəhər) məktəbindən başqa (rayon) şəhər məktəbinə yerdəyişmə də proqram təminatı vasitəsi ilə, müəllimlərin sosial statusu əsas götürülməklə, müsahibə və ya müsabiqəsiz həyata keçiriləcək.
07/06/2017 17:52
Təhsil naziri Finlandiyanın Azərbaycan Respublikasındakı səfirini qəbul edib
İyunun 7-də təhsil naziri Mikayıl Cabbarov Finlandiyanın Azərbaycan Respublikasındakı səfiri Arya Makkoneni qəbul edib. Görüşdə Azərbaycan və Finlandiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
07/06/2017 17:02
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı