SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Rəngli kvartet” rəsm sərgisi
Xətai Sənət Mərkəzində Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dörd istedadlı gənc rəssamı – Dəniz Quliyeva, Ayaz Nəcəfli, Gülay Əsədova və Hüseyn Cabbarovun “Rəngli kvartet” adlı rəsm sərgisi keçirilib. Bir çox müsabiqə və sərgilərin iştirakçıları olan bu rəssamların “Rəngli kvartet” ilk sərgisində müxtəlif mövzularda – nağıllar, heyvanlar aləmi, portret və digər mövzularda 50-yə yaxın rəsm əsərləri nümayiş olunub.
Sərgidə valideynlər, dərnək üzvləri, balaca rəssamların təhsil aldıqları məktəblərin müəllim və şagirdləri iştirak edib.
İstedadlı rəssamlara Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Sonda mərkəzin bədii kollektivləri öz maraqlı çıxışları ilə balaca rəssamları təbrik ediblər.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl