SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Mən Azərbaycanlıyam” milli bilik yarışmasının qalibləri mükafatlandırılıb
İyulun 2-də “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının X yubiley mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar və qalibləri təbrik ediblər.
Qeyd edilib ki, 2010-cu ilin fevral ayından Gənclər və İdman Nazirliyi tərəfindən “MZ Production“ MMC, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə birgə “Azərbaycanımızı tanıyaq və tanıdaq!” şüarı altında keçirilən “Mən Azərbaycanlıyam“ milli bilik yarışması 2020-2021-ci illərdə də pandemiya qaydalarına uyğun olaraq davam etdirilib, çoxsaylı iştirakçı arasından 40 qalib seçilib.
Layihənin əsas məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.
Layihə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb edib və böyük maraqla qarşılanıb.
Daha sonra 40 qalib, o cümlədən layihənin 10-cu mövsümünün I, II və III yerinin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Tədbir musiqi proqramı ilə başa çatıb.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl