SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Xaricdə təhsil üzrə keçirilən müsahibələrin komissiya üzvləri "Təşəkkürnamə" ilə təltif ediliblər
İyulun 7-də təhsil nazirinin müavini Muxtar Məmmədovun iştirakı ilə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstan, Çin, Rumıniya və digər ölkələrin Azərbaycan vətəndaşları üçün ayırdığı təqaüd kvotaları, eyni zamanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili məqsədilə keçirilən müsahibələrdə xüsusilə fərqlənən komissiya üzvlərinə “Təşəkkürnamə”lərin təqdim olunması ilə bağlı onlayn görüş keçirilib.
Görüşə müsahibə komissiyasının tərkibində iştirak etmiş bir sıra dövlət qurumlarının və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri qatılıb.
Görüşdə bəzi komissiya üzvləri müsahibələr zamanı əldə etdikləri təcrübələri və müsahibə proseslərinə dair öz təəssürratlarını bölüşüblər.
Qeyd edək ki, sözügedən istiqamətlər üzrə xaricdə təhsil məqsədilə hər il Təhsil Nazirliyi tərəfindən müsahibələr keçirilir.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl